MƏNƏVİYYAT İŞIĞINDA
Müasir Azərbaycan ədəbiyyatını mütaliə etdikdə söz adamlarını bir
neçə qismə bölmək məcburiyyətində qalırsan. Bir qisim söz adamları
qələminə yaradıcılıq yolu qismində iyirmiillik müstəqilliyimizin yalnız
cah-calallı tərəflərini seçir. Bununla da yaşadığı cəmiyyətdə öz ziyalılıq
amalına xidmət etdiyini zənn edir, amma mənə elə gəlir ki, qələmi əlinə
alıb özünü yazıçı qiyafəsində görən hər bir kəs doğulduğu yurdun, vətənin
ağrı-acılarını, millətinin əyər-əskikliklərini vicdanının hökmüylə ürəyinin
cəfasına, qələminin vəfasına söykənib yazıya gətirməlidir. Bu heç də iqti-
darda olan hakimiyyətə zidd getmək yox, onun inkişafına təkan verməkdir.
Cəmiyyətdə baş verən haqsızlıqlar da, vicdan tərəzisinin əyilməsi də,
kasıbın, imkansızın göz yaşı da, işsizlik də, məmur özbaşınalığı da, aman-
sızlıq-imansızlıq da hökmən yazarın qələmindən keçib vərəqlər üstünə
156
səpələnir. Bəli, cəmiyyətdə baş verən özbaşınalıqlara özünü şair, yazıçı,
jurnalist sayan qələm əhli birinci səsini qaldırır və qaldırmalıdır, məhz
Elman Rüstəmov (Qəmgin) o qisim qələm əhlindəndir ki, cəmiyyətin ağrı-
acılarına, kəsə yolla desək haqq tərəzisinin əyilməsinə dözə bilmir. Yalançı
təriflərdən, riyakar gülüşlərdən, həyası olmayan baxışlardan bezir. Dərdini
ağlından qaynayıb çıxan sözlərin ağrısına bükür və onu publisist, hekayə,
şeir dili ilə oxucusuna çatdırır. Elə söz adamının müqəddəs diləyi odur ki,
düzə qələmini çalsın, yaltaqlığa, məddahlığa, yalançı təriflərə yox desin.
Bəzi yazar qurumlarının daxilində öz əndazəsinə, yazısına-pozusuna vuru-
lan və özünü anadangəlmə yazar qismində görən bir çox söz adamlarımız
da bilməlidir ki, yazıçı olmaq hansısa birliyin daxilindən yox, öz içindən
başlayır. Öz içindən başlayan yazıçılığının bar-bəhərini də oxucu dadmağa
müyəssər olur və ondan əməlli-başlı zövq alır, necə ki, mən qələmdaşım
Elman bəy Qəmginin kitablarını oxuduqca mənəvi qidalandım, hətta
hərdənbir göz yaşı içində qəhqəhə çəkib güldüm də!
Hörmətli oxucuları dəyərli yazıçımızın 2010-cu ildə “Qanun” nəşriy-
yatında çap olunmuş “Başkəsənlər” kitabı ilə tanış etmək istəyirəm. Kitab
üç hissədən ibarətdir. Kitabın birinci hissəsi müxtəlif illərdə yazılmış
və dövri mətbuatda çap olunmuş hekayələrdən ibarətdir. Kitabın birinci
hekayəsi olan “Kreml qülləsi” diqqətimi cəlb etdi, hətta oxuyub doyunca
güldüm də. Əgər yazıçı oxucunu öz yazdıqlarıyla güldürürsə, ağladırsa,
ən nəhayət, düşündürə bilirsə, demək, o bu yolda uğur qazanıb. Elə Elman
Rüstəmov da uğur qazanan sənətkarlarımızdandır, çünki sənətkarlığın
qiyməti nə aldığın mükafatlarda, nə də yerli-yersiz təriflərdədir. Sənətkar-
lığın qiyməti onun araya-ərsəyə gətirdiyi ədəbi-bədii məhsuldadır. Bu
hekayədə həqiqətən göz yaşı içində gülüş var. İşğallar altında inləyən
böyük bir millətin dilinin, mədəniyyətinin, siyasətinin basqıları altında
inlədiyini bu kiçik hekayədə eyhamlarla, oxucunun diqqətinə çatdırır
və düşünməyə vadar edir. Hekayənin sonunda “Mən isə raketi Kremlin
qülləsinə oxşatmışam və anketdə Kremlin qülləsini çəkmişəm sən demə...”
Sovet dövründə rus dilini bilməyən kənd uşaqlarımız Rusiyanın müxtəlif
şəhərlərində ali təhsil alırdılar. Onlardan az bir qismi ali təhsilli mütəxəssis
kimi yetişirdi. Özü də min bir əziyyətlərə qatlaşa-qatlaşa. Müəllif bu
çətinlikləri yığcam bir hekayədə oxucusuna ustalıqla çatdırır. Onun “Ağ
vərəq”, “Mən tupoy”, “Çaşbaş Əhməd” kimi hekayələri kitabda yer alıb.
Bu hekayələr öz oxunaqlığı ilə, ürəyəyatımlığı ilə diqqəti cəlb edir.
157
Mən isə müəllifin “Başkəsənlər” hekayəsinin üstündə xüsusən dayan-
maq istəyirəm. Elə uşaq vaxtlarımdan nənəmin türklər haqqında danışdığı
şirin-şəkər xatirələri məndə onlara xüsusi məhəbbət yaratmışdı. Nənəm
deyirdi ki, türklər gəlməsəydi, erməni-rus dəstələri bizi tamamilə məhv
edəcəkdilər, hətta 1918-ci il dəhşətlərində nənəmin də bir bələkdə olan
qız uşağını oda atıb yandırmışdılar. O, dünyasını dəyişənə qədər namaz
üstündə şəhid türk əsgərlərinin ruhuna salavat çevirərdi və onları böyük
məhəbbətlə yad edərdi... Elə Elman bəy də “Başkəsənlər” hekayəsində
türkiyəli oğlanla azərbaycanlı qızın ali məktəbdə bir-birini sevməsindən,
bir müddət sonra onların toy mərasimində baş verən məzəli əhvalatlardan
bəhs edir və illər boyu bir-birindən ayrı düşmüş eyni dilin, eyni kökün, eyni
dinin daşıyıcıları olan Türkiyə türklərilə Azərbaycan türklərinin dillərində
işlənən bəzi sözlərin başqa-başqa mənalar daşımasının bir-birləri arasında
anlaşılmazlıq yaratmasını qələmə alır. Burada həm ürəkağrıdıcı kədər, həm
də düşündürücü gülüş vardır, çünki Türkiyə türklərinin çoxdan çəkilmiş
filmlərinə baxdıqda onlarla demək olar ki, eyni dili danışdığımızın şahidi
olursan. Sonralar isə Türkiyə türklərinin dilində, sanki bizim dilimizdən
uzaqlaşma olub, amma Azərbaycan türkcəsinə yaxşı bələd olan hər bir kəs
üçün Türkiyə türkcəsi də o qədər çətinlik törətməz.
Elman Rüstəmovun “Başkəsənlər” kitabında ikinci hissədə “Şeirlər”
yer alır. Bir yazar olaraq şeir ruhuma daha yaxın olduğu üçün bu bölmədən
xüsusi bir maraqla söhbət açmaq istəyirəm. Əksər hallarda tənqidçilərimiz
şeirdə mənadan, məzmundan öncə kəşflər axtarırlar, amma mənə elə gəlir
ki, şeir də yaradıcılıq növünün bir üsuludur. Onunla da çox mətləbləri, çox
incəlikləri, dövrün ağrı-acılarını, zaman tərəzisinin əyilməsini daha yüyrək
yolla oxucuya çatdırmaq olar, çünki şerin dili daha itidir, daha kəsicidir,
daha ağrıdıcıdır. Biz bu gün dastanlarımızda, bayatılarımızda, ağılarımızda,
laylalarımızda tarixin dolaylarında baş vermiş bir çox mətləbləri açıq-aşkar
görürük. Hər bir dövrün yazarı öz tarixini təbii olaraq bədii ədəbiyyatın
dili ilə kitab səhifələrinə həkk edir. Elə Elman Rüstəmovun “Başkəsənlər”
kitabındakı şeir bölməsi yaşadığı dövrün bənzərsizliklərini, qeyri-adi
incəliklərini, ağrıdıcı, düşündürücü, güldürücü məqamlarını şerin dili ilə
nəzmə çəkir. Onun “Heykəllər də canlıdır” şeri dərin-dərin mətləblərdən
xəbər verir. Şeirdə müxtəlif zamanlarda müxtəlif talelər yaşamış təfəkkürlü,
təkəbbürlü insanların heykəl ömründən bəhs edir. Şeirdə Qarabağda
erməni cəlladları tərəfindən gülləbaran olunmuş Natəvanın, Üzeyirin,
158
Bülbülün incik heykəllərindən söz açılır. Dahi Marksın, Leninin, Kirovun,
Əzizbəyovun, Nərimanovun və bir çoxlarının heykəl ömrünü nəzmə çəkir.
Müəllif elə şerin ilk misralarında heykəllər barədə tutarlı açıqlamalar verir:
Dostları ilə paylaş: |