Söz köNLÜMÜ QƏLƏm etdi (publiSİSTİk düŞÜNCƏLƏR)


ANADAN ŞAİR DOĞULAN MÜŞfİQ



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə41/99
tarix26.12.2016
ölçüsü1,12 Mb.
#3432
1   ...   37   38   39   40   41   42   43   44   ...   99
ANADAN ŞAİR DOĞULAN MÜŞfİQ...
(Mikayıl Müşfiqin əziz xatirəsinə...)
Neft  Daşlarında  –  Geofizikada  işlədiyim  vaxtlarda  hər  dəfə  Böyük 
Zirə (Nargin) adasının yanından sərnişin gəmimiz keçərkən istər-istəməz, 
özümdən asılı olmayaraq qəhər məni boğurdu... O ada tərəfə baxa bilm-
irdim. Mənə elə gəlirdi ki, o adada bir zaman dəhşətlər içində haqsızcasına 
gülləbaran edilmiş insanların bədbəxt ruhları dolaşır. Sanki bu ruhlar büt-
ün günü bir-birlərinə iblislər əlində qırılmış ömürlərinin şirinliklərindən 
bəhs  edə-edə,  acı  qəhqəhələr  çəkə-çəkə,  oyan-buyana  vurnuxa-vurnuxa 
sarı tüstü-dumanda bozaran Bakıya sarı boylanırlar... Böyük Zirə adasına 
yetişəndə, hətta gəminin göyərtəsində bərkdən səs çıxardan adamlara, üzdə 
büruzə verməsəm də ürəyimdə acığım tuturdu, çünki istəyirdim ki, onlar da 
mənim kimi Böyük Zirə adasına baxanda orda şəhid olanların əziz xatirəsinə 
hörmət əlaməti olaraq bir anlıq da olsa sükuta dalsınlar. Elə zənn edirdim ki, 
əgər belə etsək, orada sərgərdan dolaşan ruhlar da toxtaqlıq tapar... 
Böyük  Zirədə  məhv  olan  insanların  çox  qismi  aylıq  qazanc  haqqı 
üçün  gəmidə  gedən  adi  insanlar  kimi  deyildi.  Onların  əksəriyyəti  milli 
mənsubiyyətinə görə, milli dəyərinə görə, xalqın arasından çıxmış sayılıb-
seçilən  şəxsiyyətlər  idi.  Onları  zamanın  acı  fırtınası  şeytanların  ağız-ağıza 


147
verib  ulaşdığı  bir  dövrdə  haqsızcasına,  imansızcasına  tar-mar  etdi.  Bütün 
arzularını, istəklərini heçə-puça endirdi. Evlərini xaraba qoydu, ailələrini zorla 
zindanlara atdı, sürgünə yolladı, boş qalmış xanimanlarında bayquşlar uladı...
Bu  yaxınlarda  televiziya  kanallarının  birində  deyirdilər  ki,  bəs  oranı 
turist  məskəni  etmək  istəyirlər.  Doğrusu,  bu  xəbəri  eşidəndə  çox  pis 
olmuşdum. Çox zaman şayiələr həqiqətə çevrilir...
Yaxşı  olardı  ki,  hökumətimizin  başında  duranlar  nakam  ruhların 
qaynaşdığı bu adanı qoruğa çevirsinlər. O ada açıq muzey kimi fəaliyyət 
göstərsin. Yerli əhali və ölkəmizə qonaq qismində gələnlər üçün Böyük 
Zirə adasıyla tanış olmaq üçün gediş-gəliş gəmiləri fəaliyyət göstərsin. Ən 
nəhayət, orada faciəli şəkildə öldürülənlərin ruhuna hörmət əlaməti olaraq 
abidə ucaldılsın... Bir çoxumuza məlumdur ki, həmin adada dustaqların 
vaxtilə yaşadığı uçuq-sökük daxmalar qalmaqdadır...
Hələ  məktəb  zamanından  şeirlərini  sevə-sevə  oxuyub  birnəfəsə 
əzbərlədiyimiz  Mikayıl  Müşfiq  də  belə  bir  bədbəxt  tale  yaşadı.  Bəxtinə 
iyirmi doqquz il ömür düşən Müşfiq anadan şair doğulmuşdu. Bunu onun 
məhəbbət dolu, eşq dolu şeirlərinin axıcılığı da bizlərə diktə edir. Cəsədləri 
Xəzərin  qorxulu  fırtınalarına  yem  olan  faciə  qəhrəmanlarından  biri  də 
yəqin ki, Müşfiqdir... Həyatının baharında, ömrünün bar-bəhər verdiyi za-
manlarda cismi yox edilib, ruhu incidilən Müşfiq!.. Nə idi bu böyük, bu 
istedadlı şairimizin günahı, hətta ona qəbir evini də çox gördülər?!
Bu  gün  müşfiqsevərlər,  onun  xatirəsini  əziz  tutanlar  Xızı  bölgəsinə, 
onun doğulduğu ata evinə üz tutmalı olurlar. Ona yadigar məzar da qoy-
mamaq üçün çox güman ki, cismini Xəzərin sularına qərq etdilər!.. 
Bu yaxınlarda internet portallarında Müşfiqlə bağlı səhifələri aramağa 
başladım.  Bu  böyük  şairə  saytlarda  bir  sevgi,  bir  istək,  bir  məhəbbət 
gördüm.  Bəlkə  o,  birinci  şairdir  ki,  onun  haqqında  vikipediyadan,  viki-
mənbədən tutmuş facebook da daxil olmaqla nə qədər istəyirsən gen-bol 
məlumatlar  var.  Şeirləri  internet  çatlarında  çinar  kimi  sıralanıb.  Ürəyim 
qürur hissilə doldu, sağ olsun bu portalları qurub-yaradan və insanlarımızın 
istifadəsinə verən kəslər! O kəslər ki, bizim çoxlarımızın bəyənmədiyimiz, 
ürəyi Vətən eşqilə yanan qeyrətli, həqiqi mənada qürur doğuracaq gənc 
insanlarımızdır. Belə gənclərin şəninə nə qədər qürurverici sözlər desək 
azdır. Necə deyərlər, ömürləri ləyaqət çərçivəsində uzun, bəxtləri ağ ol-
sun! Bu gənclər Azərbaycanımız üçün çox böyük işlər görürlər internet 
çatlarında. Onların özləri də elə Müşfiq qədər əzizdirlər bizlərə.


148
İnternet nədir? İnternet Yer kürəsini öz cibində gəzdirmək deməkdir. 
Dünyada baş verən bütün hadisələrdən gün ərzində xəbərdar olursan, hətta 
imkansızlıq ucbatından xarici ölkələrə ayaq basa bilməyən insanlarımız in-
ternet vasitəsilə bütün dünyanı səyahət edə bilir. Keçən əsrin 90-cı illərində 
səsimizi içimizdə batıranların öz səsləri bu gün sürətli internet bazarında 
dərin quyunun dibindən gəlir. 
Beləliklə,  mətləbdən  qaçmayaq.  Yazacağımız  mövzunun  üzərinə 
qayıdaq,  hətta  vikimənbədə  Müşfiqin  dillər  əzbəri  olan  “Yenə  o  bağ 
olaydı”, “Oxu tar”, “Maralım”, “Yaşa könül”, “Sənə qurban”, “Küləklər” 
kimi  eşqi-məhəbbətdən  bəhs  edən  50-yə  yaxın  həyati  şeirlərilə  bahəm 
bolşevik ab-havasını tərənnüm edən “28 Aprel”, “Zəfər səsləri”, “Əmək”, 
“İrəli” kimi şeirləri də yer alıb. Bəs sovet dövrünün yaranışını böyük bir 
şövqlə nəzmə çəkən şairi kimlər ölüm girdabına sürükləmişdi? Hansı qara 
əllər iyrənc caynaqlarını onun yaxasına keçirmişdi? Axı o hələ çox gənc 
idi, amma gənc olmasına baxmayaraq 70 il, 80 il qələmi kağızlarda ah-
vay  edən  şairlərin  yaza  bilmədiklərini  o  cəmi-cümlətanı  iyirmi  doqquz 
ilin içində yaza bilmişdi. Əgər Allah verən ömrü qoysaydılar yaşamağa 
hələ neçə-neçə dastanların, poemaların, şeirlərin müəllifi olacaqdı, amma 
qoymadılar. Nəyə görə?.. Ona görə ki, Müşfiq anadan şair doğulmuşdu... 
Bunu isə o zamanın dırnaqarası mənəviyyat adamlarının bir çoxu götürə 
bilmədi, çünki Müşfiq cilalanmış almaz idi. O öz misra şəfəqlərilə aləmə 
nur saçırdı...
Bu nurun işığından gözləri qamaşanlar öz ala-yarımçıq bacarıqlarından 
qorxdular.  Qorxdular  ki,  Müşfiq  sağ  olsa  onlar  Müşfiqin  yanında  çox 
solğun, üzgün, cılız, aciz görünəcəklər. Elə ona görə də şeirlərilə könülləri 
ovsunlayan, ürəkləri riqqətə gətirən şairi susdurdular. Susdurdular ki, bül-
bül kimi cəh-cəh vuran misraları, bəndləri bir də şair qəlbindən doğulmasın. 
Onlar təkcə Müşfiqin özünə yox, həyat işığı görməmiş neçə-neçə şeirlərinin 
də  qətlinə  fərman  verdilər.  Onlar  ədəbiyyatımızı,  kitab  rəfini  bəzəyəcək 
Müşfiqin  doğulmamış  əsərlərinə  həsrət  qoydular.  Onlar  ən  nəhayət, 
mənəviyyatımıza zərbə vurdular Mikayıl Müşfiq, Hüseyn Cavid, Əhməd 
Cavad kimi şairləri məhv etməklə... Özləri nə qazandılar, nəyi qazandılar 
bilmirəm,  amma  biz  belə  mənəviyyat  adamlarını  itirməklə  çox  şeyləri 
bada  verdik.  “Kommunist”  qəzetinin  20  iyun  1937-ci  il  tarixli  sayında 
Ə.Əkbər adlı müəllif “Müsavatçıların tulası Müşfiq” adlı bir məqalə çap 
etdirib. Məqalənin kiçik bir parçasını istəkli oxucuların diqqətinə təqdim 


149
etmək  istəyirəm:  –  “İkiüzlü  Əhməd  Cavad,  Hüseyn  Cavid,  Sanılı  və 
onların ayrılmaz quyruğu olan Mikayıl Müşfiq uzun illər boyu sosializm 
quruculuğumuza istər açıq, istərsə də gizli surətdə zidd olmuş və murdar 
işlərini davam etdirmişlər”. Adından da göründüyü kimi məqalə başdan-
başa təhqir, böhtan, kinayə ilə doludur. 5 yanvar 1938-ci ildə isə Müşfiqi 
güllələyiblər. Bu məqaləni nə erməni, nə rus, nə yəhudi yazıb. Bu məqaləni 
adından göründüyü kimi Ə.Əkbər yazıb, necə deyərlər, sapı özümüzdən 
olan baltalar... Bu gün də Ə.Əkbərlərin xələfləri mövcuddur, amma dövr o 
dövr deyil, ona görə də Ə.Əkbərlər o qədər əl-qol ata bilmirlər...
Aman  Allah,  çox  illər  ağlımızın  gerçəkliyindən  qorxaqlıq  boylandı, 
içimiz ağrılar içində alışıb yandı. Öz ahımızın fəryadına xəlvəti hıçqırdıq, 
bu  hıçqırtılar  kirpiklər  üstündə  şəbnəmlər  təki  parladı  gecəbəgündüz... 
Biz uzun illər özümüzə gələ bilmədik. Bu gün də hələ yaşlı nəslimiz o 
qorxuların  xofu  altından  titrək  baxışlarla  ətrafa  boylanmaqdadır.  O 
illərin qanlı havasını udanlar, zəhər kimi ciyərlərinə çəkənlər öz küskün 
mənləri ilə başa-başa inləməkdədirlər. Elə bu sətirləri yaza-yaza Müşfiqin 
ürəyindən qopub qələminə süzülən, ağ vərəqlər üstündə göyərçin tək qa-
nad açan “Yenə o bağ olaydı” şeri qulaqlarımda səslənir:

Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin