Söz köNLÜMÜ QƏLƏm etdi (publiSİSTİk düŞÜNCƏLƏR)



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə43/99
tarix26.12.2016
ölçüsü1,12 Mb.
#3432
1   ...   39   40   41   42   43   44   45   46   ...   99
 Şairə ilhamdan mayə gərəkdir,
 Anasız çocuğa dayə gərəkdir,
 Şairəm söyləyir yerindən duran,
 Adamın üzündə həya gərəkdir!.. 
Bu gün Mikayıl Müşfiq həyatda yoxdur, onu ömrünün iyirmi doqqu-
zuncu  ilində  bugünkü  şair  olmaq  istəyən  və  anadan  şair  doğulmayan 
həmtayların  sələfləri  susdurdular.  Cismən  onu  məhv  etdilər,  həyatının 
çiçəkləndiyi vaxda onu sevməyə, sevilməyə həsrət qoydular. Onu gülüzlü 
yarından ayırdılar, ona vətən xaini, xalq düşməni damğası vurdular. Onun 
şair ruhunun qarşısında bir tələ qurdular, bir səd kimi durdular və qismən 
də  olsa  arzularına  çatdılar,  amma  bu  ilhamlı  şairi,  ilham  pərisi  anbaan 
sinəsində cövlan edən şairi cismən öldürdülər, fəqət mənən onu həyatdan 
apara bilmədilər, çünki bu gün Müşfiq çox mənəm-mənəm deyən şairləri 
internet portallarında çoxdan ötüb keçib, öz ölməz, əbədiyaşar şeirlərilə!.. 
Facebookda Mikayıl Müşfiq səhifəsi var. Minlərlə oxucu onun şeirlərinin 


152
şəninə xoş sözlər yazır, onun ruhuna Allahdan rəhmət diləyirlər. Sonra da 
deyirik ki, gənclik kitab oxumur, axı bu internet portallarında var-gəl edən 
əsasən gənc oxucu ordusudur ki, yorulmadan mütaliə edirlər və yaxşını 
pisdən ayırmağı bacarırlar. Belə gənclərimizə Allahdan cansağlığı diləyib, 
onlarla qürur hissi keçirdiyimi bəyan etmək istəyirəm.
Müşfiqin  könlündə  coşub-çağlayan  məhəbbət,  sanki  mavi  donlu  bir 
mələk  idi.  Bu  mələyin  donunun  qırçın  ətəklərini  qəlbində  baş  qaldırıb 
tüğyan edən ilham küləkləri əlləri oxşayan yelpiklər təki əzizləyirdi... O, 
məhəbbət  mövzulu  hər  şerində  sevgiyə  misra-misra  könül  kərpiclərilə 
məbəd  yapırdı,  sanki  bu  məbəddən  ilahi  ruhun  sədası  göylərin  bağrına 
dikəlirdi. Oradan buludların göz yaşına çevrilib yerlərə ələnməkçün... Bu 
ələnən  gurşadlardan  bağları,  çəmənlikləri  bəzəyən  çiçəklər  doğulurdu, 
Müşfiqin şeirlərinin ruhunda, amma bu ilahi eşqin carçısını susdurdular, 
sanki könül bülbülünün bağrına min bir yerdən ox vurdular. 
Müşfiq daxilən azad idi, onun daxili azadlığı çeşmələr təki çağlayan 
misralarından görünür, amma o da dövrünün şairləri kimi bolşeviklərin, əli 
qanlara batmış cəlladların zor gücünə yaratdığı başıpozuq quruluşa şeirlər 
həsr edirdi. Bu şeirlər onun ruhundan, canından doğulmasa da, o, bunları 
yazıb  o  dövrün  mətbuat  səhifələrində  nəşr  etdirirdi,  ancaq  təəssüf  ki 
bədxahlar onun yazdığı bu şeirlərə məhəl qoymadılar, ürəyi ilahi məhəbbət 
eşqilə döyünən şairi məhv etdilər. 
Müşfiq  5  iyun  1908-ci  ildə  Bakıda  rus  imperiyasının  tüğyan  etdiyi 
bir  zamanda  doğuldu,  onun  bayrağını,  1918-ci  ildə  on  yaşında  olarkən 
səkkizaylıq müstəqilliyimizin şahidi olub üçrəngli istiqlal bayrağımızı və 
ən  nəhayət,  sovet  bayrağını  gördü.  Onun  körpəlik  həyatı  imperiyaların 
toqquşduğu və qanlı müharibələrin tüğyan etdiyi bir dövrə düşdü. 1920-ci 
ildə Azərbaycanda bolşeviklər qələbə çalanda Müşfiqin on iki yaşı var idi. 
Gəncliyə yetdikcə bu dəhşətli çaxnaşmalar onun şair ruhunu öz yolundan 
döndərə bilmədi. Onun duyğuları şerə çevrilib vərəqlər üstünə axdı, eşqə 
bağlı könülləri titrətmək üçün... Bir-birindən oxunaqlı, bir-birindən axıcı 
şeirlərlə cilalanmış kitabları çap olundu.
Müşfiq  həyat  eşqilə  çağlayan  könlünü  ilahi  misralarının  şirinliyində 
ovudurdu. Bu şeirlərin hər biri sevgilisinə öz sevdalı diliylə şərqi bəstələyən 
bir bəstəkar ovsunu ilə, könül duyğularını rənglər içində hamarlayan və 
onlardan rəsmlər çəkən rəssam işığı ilə sehrlənmişdi. Bu şeirlər müxtəlif 
zamanların sevgi şərqiləri idi. Neçə-neçə nəsilləri yola salacaq, bu Vətən 


153
var  olduqca  Müşfiqin  şeirləri  də,  yaratdığı  əsərlər  də Azərbaycanımızla 
bahəm, onun dəyərli, vətənsevər insanlarının dilindən düşməyəcək...
Şeri  yaşadan  onun  müəllifi  yox,  onun  şeir  kimi  doğuluşudur.  Şeri 
yaşadan  nə  müəllifə  verilən  ödüllər,  nə  təmtəraqlı  təriflərdir.  Şeri  ilham 
yaşadır. İnsan bədənində can olduğu kimi, əsl şerin də bədənində ilham var, 
həm müəllifi, həm də şeri əbədiyaşar ilham edir. Onu da böyük Yaradan 
hər kəsə vermir, əgər şeir şeir kimi doğulubsa, onu nə zaman qadağaları, 
nə qarafikirli insanlar ədəbiyyatdan, insanların qəlbindən, düşüncəsindən 
silə  bilməz.  Bir  el  məsəlində  deyildiyi  kimi:  “Su  axar,  çuxuru  tapar”. 
Müşfiqin şeirlərinin qarşısına keçilməz sədlər çəkib, onu yağı damğasıyla 
susduranlar, burnundan uzağı görməyən adamlar idi. Onlar ədəbiyyatımızı 
Müşfiqin şeirlərindən təmizləmək istədilər, əksinə, Mikayıl Müşfiq xalqın 
qəlbində bir əfsanəvi qəhrəmana çevrildi, onun sevda dolu şeirləri el-el, 
oba-oba  dolaşdı,  xalqın  könlündə  istəkli  bir  yer  tutdu.  Onu  susduranlar 
xalqın  gözündə  kiçilib  yox  oldular,  Müşfiq  isə  xalqın  qəlbində  yenidən 
doğuldu öz ruhu oxşar bir-birindən şahanə, gözəl misraları ilə... Şair “Oxu” 
şerində təkcə öz sevgilisinin yox, həyatı cani-dildən sevən insanların ru-
hunu dinlədir:

Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin