154
Oxu, tar, bir qədər!
Nəğməni su kimi alışan ruhuma çiləyim,
Oxu, tar!
Səni kim unudar?
Ey geniş kütlənin, şirini, şərbəti –
Alovlu sənəti!...
Tarın qəlb titrədən sehrinə düşmüş şair onun tellərinin fəğanını mis-
ralarının dili ilə oxucunun ürəyinə bir şərbət kimi səpir. Tarın mizrabının
tellərə haray salan sədaları altında qulaqlarında bağrı yandıran “Segah”,
“Çahargah”, “Hümayun”, “Şahnaz”, “Şüştər” səslənir. Budur, Müşfiqin
bulaq kimi çağlamış istedadının bəhrəsi!..
İlhamı sellər təki aşıb-daşan Müşfiqin “Həyat sevgisi” şeri, sanki öz
dostu-yarı ilə, doğmaları ilə vida şeridir. Bədbəxt taleli şair, elə bil başına
gələcək fəlakətin acı yellərinin qoxusunu qabaqcadan duyubmuş, ona görə
insan ruhunu qəmləndirən, onu qəhər yaşları ilə boğan bu şeir yaranıb:
Ah, mən gündən-günə bu gözəlləşən
İşıqlı dünyadan necə əl çəkim?
Bu yerlə çarpışan, göylə əlləşən
Dostdan, aşinadan necə əl çəkim?
Həyat dedikləri bu keşməkeşdən,
Qəlbimdə, qanımda yanan atəşdən,
Gecədən, gündüzdən, aydan, günəşdən,
Bu əngin fəzadan necə əl çəkim?
Özünə Müşfiq adını təxəllüs götürən şair, yəqin ki, bu adın ərəbcədən
tərcüməsini bilməmiş deyildi. Müşfiq – şəfaqətli, mərhəmətli, ürəyi
yumşaq, mehriban deməkdir, amma çox təəssüf ki, dövr onunla mərhəmətli,
şəfaqətli, mehriban olmadı. Bir el bayatısında deyildiyi kimi:
Fələyin qəhri mənə,
Gəlmədi rəhmi mənə.
Doldurub qəm piyaləsin
İçirtdi zəhri mənə...
155
Onun ilhamla çağlayan ürəyini susdurdular, hətta bir quru məzarı da
ona çox gördülər. Hələ uşaq vaxtlarımdan Mikayıl Müşfiqin Siyəzən rayo-
nunun girəcəyindəki büstünün küskün görkəmilə rayona gəlib-gedənlərin
nəzərini cəlb etdiyini görürdüm. Bizi də ədəbiyyat müəllimlərimiz həmin
büstün önünə gətirər və biz də onun şeirlərini əzbərdən deyərdik... Bu
gün də o büst Siyəzənin girəcəyini bəzəməkdədir. Müşfiq öz küskün və
yaraşıqlı görkəmilə üzü Xıdırzindəyə – Beşbarmağa, Xızı dağlarına sarı
boylanmaqdadır, amma onun məhvinə fərman verənlərinsə nə özləri xalqın
qəlbində var, nə izləri, nə də sözləri... Olub-keçənlər onu diktə edir ki,
gec-tez zaman öz sözünü deyir, bu ikiayaqlı bəndələr hansı imansızlıqları,
haqsızlıqları etsələr də, fələk hər kəsin əməlini öz qarşısına çıxarır. İstər
yaxşı mənada, istər pis mənada. Müşfiqin də qətlinə fərman verənlər yəqin
ki, Yaradanın qəzəbinə gəlməmiş deyillər. Arxivlər açılır, hər kəsin əməlləri
yavaş-yavaş üzə çıxır və çıxacaq... Onsuz da dünyaya gələn istədi-istəmədi
bir gün bu dünyadan yığışıb getməlidir. Mikayıl Müşfiq iyirmi doqquz il-
lik ömrü ilə ədəbiyyatımızda öz nəhəng və möhtəşəm şeir heykəlini yon-
du, bu heykəli nə zamanın qasırğaları, nə tufanları yox edə bilməz, çünki
o heykəl xalqın ürəyində ucalıb qeyri-adi istedad sahibi olan dahi şairin
özü tərəfindən. Ruhun şad olsun, ey qəlbimizdə iyirmi doqquz yaşlı qalan
şair!.. Allah sənə qəni-qəni rəhmət etsin...
19.11.2011
Dostları ilə paylaş: