Söz köNLÜMÜ QƏLƏm etdi (publiSİSTİk düŞÜNCƏLƏR)



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə40/99
tarix26.12.2016
ölçüsü1,12 Mb.
#3432
1   ...   36   37   38   39   40   41   42   43   ...   99
Gülər, qayaların xınası gülər,
Səhər günəşində aynası gülər,
Baxar gözlərinə sonası gülər,
Su sonası, tər nərgizdi Damcılı.
Şair Damcılını “tər nərgizə, su sonasına” bənzədir. Qayalardan süzülən 
damcıların pıçıltısı ona ana laylasının şirinliyini, müqəddəsliyini xatırladır. 
O, Qafqaza ömür boyu yad olmuş, bu torpağın üstünə axan qanların azğın 
baiskarı erməni (hay) cəlladlarının işğalı altında inləyən, neçə-neçə işğalçı 
hökmdarların tökdüyü qanların şahidi olmuş tarixi Xudafərin körpüsünü 
xatırladır.  O  körpünün  hər  iki  tərəfində  işğallardan,  haqsızlıqlardan, 
imansızlıqlardan təngə gəlmiş eyni kökün, soyun daşıyıcıları Azərbaycan 
türkləridir ki, zaman-zaman bu tarixi bəlalarla baş-başa qalıblar. Əsrlərlə 
bu torpaqda qanlar tökülüb, şəhid qanıyla yuyulmuş torpağımızın ağrıları 
sinəmizə  çalın-çarpaz  dağlarıyla  pərçimlənib,  lakin  Vətənimizin  quzey 
tərəfi öz istiqlalına qovuşsa da, güneyli bacı və qardaşlarımız hələ də işğalın 
qanlı  üzü  ilə  baş-başadır,  məktəbdə  öz  dilində  təhsil  almağa  həsrətdir. 
Hərdən  mənə  elə  gəlir  ki,  biz  güneyli  vətəndaşlarımızın  haqqını  heç 
düşünməmişik, çünki müstəqilliyimizə yetişdiyimiz məqamda ölkəmizin 
adını müstəqil Azərbaycan Respublikası yox, müstəqil Şimali Azərbaycan 
Respublikası kimi elan edəydik. Bununla biz güneyli vətəndaşlarımızın da 
varlığını yazılı şəkildə dünyaya bəyan etmiş olardıq. Bu bizi zaman-zaman 
parçalamaq missiyasını öz üzərinə götürmüş xarici müdaxiləçilərə də görk 
olardı, məhz müəllifi də ehtizaza gətirən bu həsrət, bu yanğı, bu müsibətdir:
Xudafərin üstə həsrət dağ oldu, 
Baxtın taxtı yandı, baxtı dağıldı,


144
Bu nə səbir, bu nə dözüm, ağıldı –
İnamı, ümidi üzdü Damcılı.
Başımıza gələn bu müsibətlər, torpaq itkisi, yurd itkisi varlığı Vətən 
eşqilə  çağlayan  kişilərimizi  mənən  əyib.  Onların  ulu  babalarının  qılınc 
çaldığı  yurdlar  güclə,  zorla  qoparılıb  yadellilərə  ərməğan  edilib.  Onları 
öz  qadınlarının,  ana-bacıların  yanında  gözü  kölgəli,  dili  qısa  edib,  axı 
əskilərdən  Vətəni,  yurdu,  ocağı  kişilər  qoruyub  bu  günlərimizə  gətirib 
ye tir mişdilər.  Birdən-birə  türk  kişisinə  nə  oldu  ki,  onun  vuran  əli  belə 
kütləşdi? Düşüncəsində bir ətalət, bir inamsızlıq yarandı. Bir vaxt bütün 
dün yanı qılıncıyla lərzəyə salmış bu qurd oğlu qurdun ruhunda, canında nə 
baş verdi? Bəlkə islam dini adı altında mövhumat və cəhalət türk kişisinin 
döyüşkən ruhunu öləzitdi. Onun döyüşkənliyinin yerini inamsızlıq, ümid-
sizlik, ağrıya əyilmək, onun quluna çevrilmək əvəz etdi. İndi mən tez-tez 
kişilərimizdən eşidirəm ki, axı biz təpədən-dırnağa kimi silahlanmış toplu-
tüfəngli, atomlu-nüvəli imperiyaya neyləyə bilərik? Çox vaxt imperiyaların 
gücü  sabun  köpüyünə  bənzəyir,  qabaranda  əzəmətli  olur,  partlayanda 
isə kədərverici. Onlar sabun köpüyü kimi şişib-şişib tez partlayırlar. Biz 
əgər  rüşvətə  hərisliyi  içimizdə  məhv  eləsək,  uşaqdan  böyüyə  ölkəmizin 
varlanması,  insanlarımızın  savadlanması,  elmlənməsi  üçün  çalışsaq, 
az  müddətdən  sonra  hansı  imperiya  olursa  olsun,  bizimlə  hesablaşmağa 
məcbur olacaq. Ona görə kişilərimiz çalışıb rüşvətin kökünü ağıllarından, 
şüurlarından kəsməlidirlər...
Mənə elə gəlir ki, topdan da, tüfəngdən də qorxulusu millətin ruhunun 
ölən günüdür! Millətin ki, ruhu öldü, onun özü də, varlığı da bir müddətdən 
sonra heçliyə yuvarlanır. Elə Əli Rza Xələfli də yatmış ruhları ayıldan, on-
larda Vətən eşqini alovlandıran Damcılı poemasında işğalda olan yurdları 
dilə  gətirir,  oxucunu  o  yerləri  unutmamağa,  haqq  işi  uğrunda  mübarizə 
aparmağa, necə deyərlər, fil qulağında yatmamağa çağırır:
 
Xələflinin yurdu hələ dardadı,
Qarabağdan xəbər gələ hardadı?
Cənnətin qapısı, yolu burdadı,
Tanrı dərgahına izdi Damcılı. 
Mənim  bölgəbazlıqdan,  yerlibazlıqdan,  qohumbazlıqdan  zəhləm  ge-
dir.  İnsanın  həyatda  tutduğu  mövqeyə  çox  vaxt  yuxarıda  sadaladığım 


145
xüsusiyyətlər ağır zərbə vurur. Ümumiyyətlə, Əli Rza Xələflidə bir müsbət 
keyfiyyəti  də  dilə  gətirmək  istəyirəm.  Onun  üçün Azərbaycanın  hər  bir 
tərəfi əzizdir, o redaktoru olduğu “Kredo” qəzetinə gələnlərdən heç zaman 
soruşmaz ki, sən haralısan?! Bu Əli Rza bəydə ən müsbət keyfiyyətlərdən 
biridir. Bizim milləti geriyə salan ən mənfi xüsusiyyətlərdən bir də onun 
yerliçilik  azarına  mübtəla  olmasıdır.  Yerliçilik  onu  hər  bir  işdə  geridə 
qoyur,  istər  elmdə,  istər  inkişafda  onun  boğazına  kəndir  təki  dolaşır. 
Yurdu  istəyərlər,  ancaq  o  istək  o  dərəcədə  olmalıdır  ki,  o  sənin  milli 
mənafelərinə  xələl  gətirməsin. Təəssüf  ki,  bizdə  bu  hiss  çox  vaxt  həyat 
yol larımızda  böyük  maneəyə  çevrilir.  Çox  vaxt  bizi  başqa  millətlərlə 
mü qayisədə  inkişafdan  geri  salır,  milli  təəssübkeşlik  hissini  azaldır, 
hətta  müəllifin  Qazax  bölgəsində  doğulmuş  ünlü-ünsüz  adamların,  elm, 
sənət xiridarlarının adını sadalaması və onların haqqında gen-bol izahlar 
verməsi onun ürəyinin genişliyinə dəlalət edir. Qaldı “Kredo”nun çətinlik 
içində olması və Əli Rza Xələflinin mənəvi və maddi basqılarda qalması 
ürəkağrıdıcı  bir  həqiqətdir,  çünki  “Kredo”  ədəbiyyatı  can-dildən  sevib 
özünü bu sahənin adamı sayanların mənəvi ocağıdır! Bu ocağın sönməməsi 
üçün biz hamımız əlimizdən nə gəlirsə onu etməliyik.
Mən bir şeyi həyat təcrübəmdən müşahidə etmişəm ki, adi adamlardan 
çox yaradıcı adamlar arasında paxıllıq hissləri qol-budaq atır. Bir-birinin 
ayağından dartmağa cəhd edirlər, hətta bu hisslər o qədər yayılıb ki, əlinə 
qələm  alıb  təzə  cızma-qara  edənlər  də  bu  mənfur  düşüncələrin  əsirinə 
çevrilirlər,  Habelə,  bunun  ağrılarını  universitetdə  təhsil  aldığım  zaman-
larda belə tələbə yoldaşlarımın arasında da hiss etmişdim...
Mənə elə gəlir ki, eyni dili danışan bir millətin bölgə sevgisi Vətən sev-
gisinin qarşısına sədd çəkməməlidir, məhz Əli Rza Xələfli də Vətənə olan 
hədsiz  sevgidən  bu  poemanı  qələmə  alıb,  onun  “Həsrət  körpüsü”ndəki 
istəyi,  coşqunu,  məhəbbəti  duyursan  bu  poemada.  Müəllif  poemanın 
axırını gözəl sonluqla bitirir:
 
Zal oğlunun sözlərini yaz saxla,
Fəsil-fəsil payız saxla, yaz saxla,
Sinən üstə bir üçtelli saz saxla,
Deyərsən ki, əhdi pozdu Damcılı. 
Damcılı bulağının hali-əhvalını qətrə-qətrə söz qədəhinə süzüb oxucu-
suna  şərbət  kimi  içirən  müəllif,  “Ağlayan  gözəl”in  göz  yaşlarını  misra-


146
misra,  bənd-bənd  ovudur,  ağ  sulardan  dəstə  tutmuş  “Ağlayan  gözəl”in 
hörüklərinə söz tumarı çəkir. 
Əli Rza Xələflini Damcılı bulağına çəkib aparan illərlə dostluq etdiyi Daş 
Salahlı kəndinin oğlu olan sadə, mehriban, sakit təbiətli Nizami bəy və həyat 
yoldaşı Həkət xanımdır. Bu poemanın yaranmasının səbəbkarları əsərdə adları 
çəkilən obrazlarla bir sıradadır. Həkət xanım ömrünün əziz illərini kompüterin 
monitoru qarşısında keçirir. “Kredo”nun araya-ərsəyə gəlməsində müstəsna 
rolu var. Ona bu yolda can sağlığı, səbir, dözüm diləyirəm. 
Bir  də  Allahdan  diləyim  odur  ki,  “Ağlayan  gözəl”in  göz  yaşları 
kədərdən yox, sevincdən çağlasın... Vətənimizin üstündən qara buludlar 
çəkilsin,  işğal  altında  olan  məmləkətimiz  yağı  tapdağından  xilas  olsun, 
yurdlarımızın, həmçinin Damcılının başına Haqqın göylərindən nur tökül-
sün... Elə bu istəklə də yazıma nöqtə qoyuram.
  14.10.2011

Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin