139
sala, ocaq çatıb lavaş yaya-yaya, nehrə çalxaya-çalxaya bal dillərindən süzülən
bayatıları söz boğçalarında əzizləyə-əzizləyə nəsildən-nəslə bizlərə ötürüblər.
Bir növ kimliyimizi bu söz incilərilə bizlərə diqqət ediblər. Bax beləcə yaranıb
inkişaf
edib dilimiz, kimliyimiz, sözümüz və özümüz!
Yeri gəlmişkən, bunu qeyd etmək yerinə düşər ki, bəzən ayrı-ayrı
yazarlarımızdan eşidirik, hansısa şerin misralarında, nəsrin cümlələrində
müəllif arxaik sözlərdən istifadə edib. Çox hörmətli həmkarlarımın nə-
zə ri nə çatdırmaq istəyirəm ki, hansısa söz adamına tanış olmayan ifa-
dəyə arxaik damğası vurmaq olmaz. Əksinə, ayrı-ayrı bölgələrimizdə
el ara sında işlənən ifadələri bədii ədəbiyyata gətirmək dilimizi zəngin-
ləşdirmək deməkdir. Dilimizin zənginliyini arxaik damğasıyla yaral-
amaq yolverilməzdir. Ola bilsin ki, sözə arxaik damğası vuran müəllifin
doğulduğu yerdə o sözdən istifadə olunmur. O demək deyil ki, ona tanış
olmayan söz arxaik sözdür. Bir vaxt Salman Mümtaz kimi ədəbiyyatımızın
qeyrətini çəkən tədqiqatçılarımız bölgələrimizi qapı-qapı düşüb dilimizin
zənginliyindən istifadə edərək el arasında işlənən sözlərlə ədəbi dilimizi
formalaşdırırdılar, onun inkişafı naminə gecə-gündüz, yorulmadan məşğul
olurdular. Əbəs yerə demirlər ki, mütaliə insanın dilini zənginləşdirir,
bu yolda gözlərinin işığını yağ kimi əridən söz adamının yaratdığı bədii
ədəbiyyat yurdlarımızın dil şirinliyindən yaranıb və yaranır.
Məhz Vətən hissi, dilə, kökə bağlılıq gül analarımızın, nənələrimizin
qönçə dodaqlarından qəlbimizə çağlar çeşmə kimi axdıqca axıb. Dədə-
lərimizin, babalarımızın, atalarımızın yaratdıqları əfsanələr, dastanlar,
növbənöv atalar məsəlləri bəzilərimizin “kəndçi” deyib yuxarıdan aşağı
baxdığımız bu canlı, köklü-köməcli söz xiridarlarının bağrından qo-
pub, məhz bu gün şifahi xalq ədəbiyyatı dediyimiz bu söz boğçasının
yaranması üçün biz elə, elata, yurda, ocağa, onun əsrarəngiz gözəlliklərinə,
ürəklərimizi təlatümə gətirən və bizi bir maqnit təki öz qoynuna çəkən
KƏNDƏ borcluyuq...
Şəhərin ürək sıxan səs-küyü, sıxlığı, soyuqluğu, öz kökünə, soyuna
yadlaşma diktəsi bizləri bir qədər dərinə varmağa, özümüzdən qopmamağa
çağırır. Milli mənlik, qürur, ləyaqət hissini itirməməyi bizlərə aşılayır.
Asfaltın qışda bumbuz, yayda can yandıran istisi insanda necə torpaq,
ocaq sevgisi yarada bilər? Əgər analarımızın çatdığı o ocaqlarımız yox-
dursa?.. Bütün günü internet çatlarında özündən uzaqlaşmağa ayaq döyən
bəzi dırnaqarası vətənpərvərlər avropalılar kimi dəyişmək, yeniləşmək
141
bədiiləşdirə təbii hisslərlə tarixə köçürürsən. Tarix isə elə ilkin olaraq söz
sərraflarının ağlından və qələmindən həyatilik qazanır. Başıbəlalı, sinəsi
azğın yağılar tərəfindən min bir yerə parçalanmış, sönmüş, ocaqlarına su
calanmış Vətənin qərb hissəsində uca dağlardan üzü aşağı süzülən, qayalar-
dan aram-aram ələnən, göz yaşı kimi dumduru bir bulaqdan söz açır müəllif.
Qazaxın Daş Salahlı kəndinə toya gedən şairi bulağın qeyri-adiliyi ovsunlayır.
O da ovsununa düşdüyü Damcılı bulağına gözəl bir poema yazır. Əsərlərinin
ab-havasıyla tərbiyələndiyimiz böyük Səməd Vurğunun, “İdeal”ı ilə məni
hələ də heyrətdə qoymuş İsa Hüseynovun (Muğannanın), “Dəli Kürü” ilə
qəlbimizdə özünə yer qazanmış İsmayıl Şıxlı kimi sənətkarların diyarıdır
Qazax mahalı. Bu bölgə qurudu, xingalı, qatlaması, yurdcanlılığı, elə bağlılığı,
istiqanlılığı ilə dillər əzbəridir, məhz Əli Rza Xələfli də qonağı olduğu bu gözəl
bölgədən söz ovqatını kökləməmiş qayıtmayıb.
Maraqlı və diqqətçəkən cəhət odur ki, müəllif oradakı camaatın Damcılı
adı verdiyi bulağa əlavə bir ad da qoyub: “Ağlayan gözəl”ə nə gözəl dey-
im, nə gözəl bənzətmə! Qayalardan damcılar şəklində süzülüb gəlib daş
hovuza tökülən bulağın əsrarəngizliyi şairi ovsunlayıb və könlünü riqqətə
gətirib. Şair təbiətin rəssam fırçasıyla işlədiyi bu gözəlliyə biganə qala
bilməyib və onun sözlə çəkdiyi təsvirini belə şeirlə cilalayıb:
Dostları ilə paylaş: