pULA ƏYİLƏN MƏNƏVİYYAT VƏ YAXUD
MİRZƏ CƏLİL BABAMA MƏKTUB
Nə qədər ki yaradıcı mühiti uzaqdan-uzağa izləyirdim, bu mühit mə-
nə pak bir məbədgah, buradakı insanlar isə Allahın ən təmiz bəndələri
kimi görünürdü. Millətini sevən, milləti üçün yanıb lap elə cızdağı çıxan
mən bu mühitin içinə daxil olandan sonra isə, necə deyərlər, özümün
özümdən zəhləm getdi. Tez yadıma düşdü, eyvah, XX əsrin əvvəlində
ürəklərinin odunu kağızlar üzərinə ələmiş, qələmini düzlük, haqq, ədalət
yolunda qılınc edərək söz döyüşünə çıxıb yazıb-yaratmış söz adamları...
Həyatlarını insanlarımızın xoşbəxt gələcəyi, bu günü üçün od üstündə yağ
kimi əritmiş fədakarlarımız, onlardan biri də Sizsiz, ey ruhu Vətən eşqiylə
yanan, dahi insan. Fikirləşdim dini kitabımız deyir ki, insanın bədəni
torpağa tapşırılır, ruhu isə sapsağlamdır. Belə olduğu halda, mən niyə dahi
ədibə məktub yazmayım? Çox fikirləşdikdən sonra bu duyğuya qarşı çıxa
bilmədim. Əziz Mirzə Cəlil babam, ruhunuz şad olsun, bu məktubu Sizə
ünvanlamamışdan qabaq çox götür-qoy etdim yazım, ya yazmayım, amma
ürəyim partlamaq dərəcəsinə gəldi, daxildən bir səs mənə vəsvəsə verdi
ki, bəs bu məktubu Sizə ünvanlayım. Axı Siz o boyda “Molla Nəsrəddin”
jurnalının çapına rəvac verən, onun Vətən içində yayılmasına, başıbəlalı
Azərbaycanın yaralarına məlhəm olmasına cəfakeşlik etmiş insansınız.
Bu yolda nə qədər ağrı-acılara tuş gəlsəniz də məqsədinizdən, müqəddəs
amalınızdan dönmədiniz. Vətənin quzeyindən güneyinə, güneyindən
quzeyinə könül atınızı çapdınız. Vətən insanının cəhalətdən, müsibətdən,
fəlakətdən, mövhumatdan xilası üçün bacardığınız dairədə hər şeyi etdi-
niz. Bu yolda ulu Cavanşir törəməsi olan həyat yoldaşınız Həmidə xanım
da sizə dayaq oldu, varını, pulunu bu yolda xərcləməkdən usanmadı. Siz
böyük Molla Nəsrəddinçilər nəsli yetişdirdiniz, millətin cəhalətdən xilası
naminə. Dahi Sabiri aləmə car edən, Mirzə Cəlil, ruhunuz şad olsun, bütün
Molla Nəsrəddinçilərlə bir yerdə! Ümid edirəm ki, yazdıqlarım Sizə mü-
drik qocalarımızın dili ilə desək, əyan olar böyük Allahın köməkliyi ilə...
133
Ürəyimdə Sizə deyiləsi o qədər sözlərim var, hansı ki, qəlbimi dəlib-
deşir. Əvvəllər elə zənn edirdim ki, yazarlar İlahinin yerdəki mələkləridir.
Onlar gecə-gündüz millətin işıqlı gələcəyi uğrunda gözlərinin işığını
kağızlar üstündə qaraldırlar. Ürəklərinin odunu bu yolda çıraq təki
yandırırlar. Bilmirəm, əziz Mirzə Cəlil, bəlkə sizin dövrünüzdə də belə
olub, mənim bu barədə məlumatım yoxdu, ancaq mənə elə gəlir ki, in-
diki qədər biabırçılıqlar olmayıb. Hər şey tərtəmiz, hər şey pak olub!
Hərə öz yazdığının ağası olub, heç kəs heç kəsə pulla heç nə yazdırmayıb.
Hər yazılan bədii məhsulun yiyəsi müəllif özü olub. Sizin dövrünüz
haqqında kifayət qədər məlumatım var, deyilənlərə görə o zamanlar əsl
ziyalılar təbəqəsi yaranıbmış. Onlar aldıqları savadın, biliyin hesabına
uğur qazanırmışlar. Alimlik dərəcəsi almaq üçün pul verirmişlər, sizləri nə
dəbdəbəli həyat, nə də pul, mənsəb maraqlandırıb. Sizlər millətin qaymağı
olmuşdunuz, əziz ədib, o qaymağı 1930-37-ci illərdə qansızlar iştahalarına
çəkdilər. Südün üzündəki qaymaq yeyildikdən sonra südün altı qaldı. İndi
Siz deyin, südün altından əmələ gələn məhsulun nə dadı, ləzzəti olar?
Əlqərəz, indiki ədəbi mühitin əhvalı heç də ürəkaçan deyil, necə deyərlər,
heç kəs heç kəsin kitabını oxumur. İndi istedadı olanlar yox, istedadı
olmayanlar meydan sulayır. İstər ədəbi aləmdə, istərsə də televiziya
kanallarında, hərçənd ki, Sizin vaxtınızda televiziya yox idi. Yaxşı ki, yox
idi. Olsaydı yəqin ki, qanınız çox qaralardı. Televiziya evlərimizdə peyda
olandan sovet sisteminə xidmət etdi. Müstəqillik qazanandan sonra isə
televiziya kanallarının sayı artdı, amma bu kanallar əksər hallarda reklama
və müğənnilərə xidmət edir, çoxunun da səsi yox, səhərdən axşamacan
kanallarda meydan sulayırlar, millətə namusdan, vicdandan, təmizlikdən
dərs keçirlər, necə deyərlər, bizlərə necə yaşamağın yollarını öyrədirlər.
Hərdənbir də şeri, şeriyyəti olmayan, əksər halda sözünün əvvəli-axırı
bilinməyən söz cəlladlarını ekrana çıxardırlar və onlar da millətə əsl şerin,
bədii məhsulun təbliğini və necə yazılması dərsini keçirlər. Dahi insan,
ruhun şad olsun, hələ sizə bir-iki gün bundan öncə bir televiziya kanalında
olmuş ürək parçalayan mənzərəni də ərz etmək istəyirəm. Aparıcı ekran-
dan kişi şairlərimizdən birinə vətən haqda şeir söyləməyi rica etdi. O da
qayıdıb aparıcıya nə desə yaxşıdı? Dedi ki, mən Müdafiə Nazirliyində
işləmirəm ki, vətən şeri yazım. Vətən şerini qoy onlar desinlər və yazsınlar.
Sonra da dedi ki, bəs mənim şeir yazmağım Azərbaycan ədəbiyyatında
hadisədir. Bilirsiniz necə dəhşətə gəldim. Yəqin ki, dahi Mirzə Cəlil, sağ
134
olsaydınız, “Ölülər” əsərini yenidən işləyərdiniz, özü də yeni planda, çünki
torpaqları yağı işğalında olan bir millətin şairi, yazıçısı, söz adamı necə
Vətəndən yazmaya bilər?!
Əziz Mirzə Cəlil, ey Vətən eşqilə alışıb-yanan, ey avamlığa, cahilliyə,
məddahlığa, mövhumata qarşı qələmini kökləmiş, vətən insanının
gözüaçıqlığı üçün bütün gücünü, istedadını sərf etmiş həmvətən, gör indi
biz nə gündəyik. Ədəbiyyatımız qara günlərini yaşayır. Hərə əlinə bir
qələm və yaxud kompüter götürüb düşüb sözün üstünə. İndi bizim zaman-
da SÖZ yalana, məddahlığa, pula, vara xidmət edir.
Bizim zəmanədə ölkəmizdə alim olmaq o qədər çətin məsələ deyil.
Ona görə istedad yox, pul və dayı lazımdır. Birdən məndən sual etsəniz
ki, bəs dayının alim olmağa nə dəxli var? Hə, onda mən Sizin diqqətinizə
ərz edim ki, “dayı” indiki zamanda bizim ölkədə arxa deməkdir, çünki pul-
nan bahəm əgər nəyəsə nail olmaq istəyirsənsə, möhkəm arxan olmalıdır,
ancaq arxalı olanlar bizim ölkədə yaman at oynadırlar. Adama yuxarıdan
aşağı baxırlar. Atalar demişkən, oğru necə bağırırsa, doğrunun bağrı yarılır.
Əziz Mirzə Cəlil, indi bizim ölkədə həqiqi alim olanlar, alim olmaq
iddiasında olan, lakin alimliyə savadı, biliyi, istedadı çatmayanlar üçün
elmi əsərlər yazırlar. Ona görə də bizdə indi alimlərin sayı, yalan olmasın,
tələbələrin sayından bir az azdır. Sonra başqasının başının hesabına alimlik
dərəcəsi alanlar ali məktəblərdə millətin binəva balalarına dərs keçirlər,
yəni onlara dırnaqarası bilik, savad öyrədirlər. İndi Siz deyin, millətin
gələcəyi olan binəva gənclər belə dırnaqarası alimlərdən hansı savad, bilik
alıb elmə yiyələnə bilərlər?
Adam hərdənbir Sizin ədəbiyyatımıza gətirdiyiniz kefli İsgəndər kimi
içib keflənmək istəyir ki, bu kimi dərdləri eşidəndə ürəyi partlamasın,
sabahkı həyatını yaşamaq şansı qalsın.
Əziz Mirzə Cəlil, Sizin bədii aləmdə qələm çaldığınız zamanlarda hələ
sözün urvatı var idi, onun karvan yoluna çıxmaq üçün hər adamın hünəri
çatmazdı. İndi necə deyərlər, məmə deyəndən pəpə yeyənə qədər hamı
girişib söz deməyə, kəsə dillə desək, yəni yazar olmağa... Ədəbiyyatımızda
qoca yazarlar orta nəsil yazarları, gənc yazarlar isə heç birini bəyənmir.
Tənqidçilərimiz deyirlər, ümumiyyətlə, yaxşı əsər yazılmayıb, ədəbiyyat
durğunluq dövrü keçirir, istedadlı yazarlar yoxdu, buraxılan kitabların isə
əksəriyyəti səviyyəsiz, istedadsız, yazmaq səriştəsi olmayan adamların
qələminin məhsuludur. Vəssalam. İndi saysız-hesabsız qəzet redaktorları
135
meydan sulayır. Bir-iki şeir yazan artıq hansısa qəzetə, jurnala baş redak-
tor olur. O vaxt siz avamlıq, cəhalət və mövhumatla mübarizə aparırdınız.
O vaxt siz və sizin yaşıdlarınız oxuyub təhsil almaq üçün pul ödəyirdiniz.
İndi isə ali və orta məktəblərdə oxumamaq üçün pul ödəyirlər. Ali məktəb
qurtaran məzun heç bir-iki bədii əsər oxumur, nəinki dünya ədəbiyyatından
və tarixindən, hətta öz ədəbiyyatımızdan və tariximizdən xəbərsiz olur.
Təbii ki, belə savadsız mütəxəssislər sonra gedib ali və orta məktəblərdə
binəva millətin balalarına “elm, bilik, savad öyrədirlər”. Özləri pul verib
oxumadıqları halda, hazır diplom aldıqları üçün xalqın balalarını da bu
asan və biabırçı yola cəlb edirlər. Onlar cəmiyyətimizdə bir qarayaradır.
Bu yaranın sağalmasına çarə olsa da, heç kəs onun müalicəsinə rəvac
vermir. Əksinə çalışırlar ki, bu xəstəlik mənəviyyatımızda artsın, çoxalsın.
Axırda da savadsız və mənəviyyatı boş olan dırnaqarası ziyalı təbəqəsi
yaranır. Bu təbəqə heç nəyi, kobud şəkildə desək, vecinə almır, öz quru
adı və maddiyyatını ödəmək üçün cibi onun üçün önəmli olur. Belə
ziyalı təbəqədə nə Vətən sevgisi, nə milli hiss, nə ətraf aləmi öz könül
prizmasından keçirən vicdan olur. Milli hissi, Vətən sevgisi olmayan şəxs
çətin ki, xalqın balalarına, xalqın öz dili ilə desək, əməlli-başlı təhsil verə
bilsin. Hörmətli ədib, artıq bizim ölkədə təbəqələşmə yaranıb. Lap sizin
uşaqlıq və gənclik dövrünüzdə olduğu kimi. Amma sizin dövrünüzdəki
varlılar halal zəhmətlərilə o mərtəbəyə yetmişdilər, bizim dövrümüzdə
çoxu əyriliklə, rüşvətlə, müftəxorluqla, haramzadəliklə varlanıb hər sahəni
işğal ediblər və özlərindən ağıllı heç kəsi görmürlər. Beləliklə, o qədər
varlanıblar ki, dünyanın bir çox yerlərində aldıqları, indiki adamların dili
ilə desək, villaların, banklara qoyduqları pulların sayını-hesabını itiriblər,
axırda belə qənaətə gəliblər ki, bunlarla tarixə düşə bilməyəcəklər. Nə
etmək lazımdır məşhurlaşmaq üçün? Pullarını ciblərinə basıb başlayıblar
istedadlı, iradəsiz müəllifləri ələ almağa... Hə, əziz Mirzə Cəlil, dövrü-
müzün söz dəllalları yəqin ki, deyirlər: Pulu bizdən, yazmağı sizdən. Daha
demirlər ki, xalqın gözü tərəzidir, o hər şeyi görür, dərk edir, bərkdən olmasa
da ürəyində bu bəlalara facianə qəhqəhə çəkir, bu qəhqəhələr imansızların
bağrını yarmasa da, göyün bağrını yarır axı... Amma açığını desəm, xalqın
bağrından qopan qəhqəhələr Sizin “Ölülər” faciəvi-komediyanızdakı ke-
fli İsgəndərin qəhqəhələrinə bənzəyir. O da o zaman, böyük ədib, sizin
ağlınızdan və qələminizdən qoparaq millətin dərdini aləmə aşkar edirdi.
136
Etiraf edim ki, hərdən mənim pulu az, ağlı, biliyi çox alimlərə, söz
adamlarına də yazığım gəlir. Deyirlər, pul şirin şeydir axı, insanın mad-
di ehtiyaclarını ödəmək üçün önəmli vasitədir. Onlar da beyinlərinin
məhsulunu savadsız, təkəbbürlü adamlara satıb bir az maddi baxımdan
irəli düşmək istəyirlər, ancaq mən onlara qətiyyən haqq qazandırmıram,
çünki onların özləri millətin mənəvi sərvətidirlər, əsl alimlərin səviyyəsiz
və iddialı adamların əlində oyuncağa çevrilmələri ürəkbulandırıcıdır.
Bu həm də millətin mənəvi genefonduna ağır zərbədir. Axı gör-götür
dünyasıdır. Bu sahədə görüb-götürənlərin sayı çox olsa onda biz nə günə
qalarıq? Bizim xalqı gələcəkdə hansı mənəviyyat gözləyər? Bax, dahi
Mirzə Cəlil, bütün bunları dərindən fikirləşəndə adamın bağrı partlayır.
Adam heç yerdə özünə yer tapmır, çünki mənəviyyat öləziyəndə insanlarda
Vətən hissi korşalır, mənəvi bağlılıqlar qırılır, ölkə inkişafdan geriyə qalır,
torpaqları işğalçılar əlində oyuncağa çevrilir, milli, mənəvi dəyərlər arxa
plana keçir, maddiyyat mənəviyyatı üstələyir. Millət parçalanır, yarısının
pula, mala başı qarışır, yarısı isə dilənçiliyə aludə olur. Hegemon xalq-
lar isə sanki marıqda yatmış qurdu xatırladır ki, belə millətləri hissə-hissə
didib parçalasın və məhv etsin.
Zaman diktə edir ki, hegemon xalqların tarixində rüşvət, harama batma
yox, təmizlik, düzlük, öz millətinə hədsiz sevgi önəmli yer tutub. Mən
deyərdim ki, iki yüz il bizi əsarətdə saxlamış işğalçı Rusiyanın imperiyaya
çevrilməsi tarixində zülmkar adıyla özünə titul qazanmış İvan Qroznı, I
Pyotr və II Yekaterinanın müstəsna rolu olub. II Yekaterinanın dövründə
qanunsuz, yəni cəmiyyətdən gizlin doğulmuş uşaqlar üçün pəncərə
açılmışdı. Hər kəs gəlib imtina etmək istədiyi körpəsini o pəncərəyə qoya
bilərdi. Onun gizliliyi tam təmin olunurdu. Sonradan bu körpələr hökumət
tərəfindən bəslənilib böyüdülürdü. Onlardan dövlət idarələri üçün məmurlar
yetişdirirdilər. Həmin bu yüksək rütbəli məmurların qohum-əqrəbası,
bacı-qardaşı, ata-anası olmurdu. Ölkəni rüşvətsiz və vicdanla idarə
edirdilər. Bu adamlar böyük məmnuniyyətlə imperatora və onun qayda-
qanunlarına riayət edirdilər və ona tam sadiq qalırdılar, çünki belə adam-
lar bilirdilər ki, vaxtında tale onların həyatında amansız rol oynayıb. Əgər
təsadüfən bu pəncərəyə düşməsəydilər, kim bilir, onları hansı amansız tale
gözləyəcəkdi? Ona görə də belə insanlar ölənədək rüşvət, qohumbazlıq,
yerlibazlıq kimi cılız hisslərin əsiri olmurdular, hökumətə və onun başında
oturanlara minnətdar olurdular... Məhz başda oturanların hakimiyyətini
137
möhkəmləndirmək üçün, dövlətçilik sütunlarının titrəməməsi üçün belə in-
sanlar imperiyanın ömrünü uzadırdılar, amma doğru olaraq dəyərli oxucu-
lar tərəfindən sual ünvanlana bilər ki, bəs rüşvət elə Rusiya imperiyasının
özündən bizə keçib. Bununla tam razıyam.
II Yekaterina rüşvətə qarşı dəyərli mübarizə vasitələrindən biri kimi
yuxarıda sadaladığım üsuldan bəhrələnirdi. Deyirəm elə bəlkə bizim də
başbilənlərimiz bu üsuldan istifadə etsinlər, çünki bizim də uşaq evlərində
boya-başa çatan gənclərimiz var ki, onların savadlanmaları üçün dövlət
səviyyəsində pul xərcləsək, bu uşaqlardan cəmiyyətimizin çiçəklənməsi
naminə yararlanmaq olar. On səkkiz yaşından sonra bu günahsız balaların
əksəriyyəti səfil həyatı yaşamazlar.
Böyük insan Mirzə Cəlil, indiki halda bizdə rüşvət erkən çağlardan
cücərir, əslində bizim cəmiyyətdə rüşvətə alışqanlıq uşaq bağçalarında boy
göstərməyə başlayır. Körpə balalar bağça liderlərinin doğum günlərində
onlara hansısa hədiyyə, gül almaq zorundadırlar, sonra bunun davamı
məktəbdə, ali məktəbdə, iş yerlərində qol-budaq atır. Beləliklə, görüm-
baxım, bəxşiş, barat, hədiyyə, hörmət adı altında rüşvət bizim beynimizdə
ən əziz, ən sevgili munisimiz təki özünə köklü-köməcli saray yapır.
Sonra bunun acı bəhrəsini bütünlüklə yaşadığımız cəmiyyətdə görürük.
Rüşvətsiz, arxasız, dayısız qapılar üzlərə açılmır ki, açılmır. Hər insanın
Yaradandan bir ömür bəxşişi var. Bəxşiş verilmiş ömür yaşadığımız illər
ərzində zəhərə çevrilir. Çox insanlarımız cəmiyyətin özbaşınalıqlarından,
ayrı-ayrı böyük və kiçik məmurlar tərəfindən onlara edilən haqsızlıqlardan
zara gəlir. Bu zara gəlmələr gücdən, haldan düşmüş, günbəgün psixoloji
sarsıntılarla üzbəüz qalmış adamlarımızın həyatında intiharlara yol açır.
Belə intiharlar çox vaxt bütöv ailənin məhvi ilə günahsız, hələ həyatın
acısını-şirinini dadmamış balaların bədbəxt sonluğu ilə bitir. Rüşvətin
qol-qanad açdığı cəmiyyətlər daima köklü-köməcli iflasa uğrayıb. Onun
dayanıqlılığı olmayıb, çünki rüşvət adi insanların cibindən tutmuş, millətin
yeganə umacağı, dayaq mənbəyi olan dövlət xəzinəsinə qədər əl uzadır.
Onun dayaqlarını sarsıdır, gec-tez belə dövlətlər başqa dövlətlərin və
millətlərin içində əriyib yox olur. Rüşvət heç bir millətə, heç bir xalqa
bəxtəvərlik, xoşbəxtlik gətirməyib. Onun açdığı cığırlar insan bədənində
kök atmış xərçəngə bənzəyər. Gec-tez hansı dava-dərmanın, təbibin-
loğmanın müdaxiləsi olur-olsun, həmin bədəni canından qoparıb məzara
aparır. Eləcə də rüşvətə aludə olan dövlətləri və millətləri də belə bir aqibət
138
gözləyir... Keçmişlərdə də belə olub, indi də belədir. Min illər insanların
keçdiyi həyat yolu bunu bizə diktə edir. Başa düşənlər üçün bu həyat
məktəbi görk olub, nə isə yaxşı mənada götürüblər, başa düşməyənlər isə
tarix səhnəsində iz qoymadan məhv olub gediblər.
Hələ dahi Məhəmməd Füzuli əsrlər öncə “Salam verdim, rüşvət deyil-
dir deyə, almadılar” deyərək fəryad qoparırdı. Rüşvət əsrlərlə millətlərin
bağrında dərin-dərin yaralar açıb. Əziz Mirzə Cəlil, bu yaraların
göynərtiləri indi bizim cəmiyyətimizdə də vətən insanının ağlına, şüuruna
toy tutmaqdadır. Axı toy tutmağın iki mənası var. Yaxşı və pis. Bizim ölkə
də pis mənada bizə toy tutur. İşğal altında inləyən torpaqlarımızın dərdi
bir yandan, bizə qıcıdılan xarici quldurların qurd dişləri bir yandan, o biri
tərəfdən içimizdən bizi rüşvət girdabında boğanların qanlı əli bir yandan...
Əziz Mirzə Cəlil, ruhunuz şad olsun, bu yazımı sizə ünvanlamaqda
məqsədim odur ki, bu kimi dərdlərimizi sizə əyan edim. Sizin pak ru-
hunuza and olsun ki, o vaxtların təmiz insanlarını indiki zamanda çıraqla
axtarmaq məcburiyyətində qalırsan. Rüşvət məhəllə-məhəllə, bölgə-bölgə,
diyar-diyar qol-budaq atıb, özü də cəmiyyətimizin hər sahəsində... Mən
həqiqəti, düzlüyü, təmizliyi sevməyənlərin şərəfinə bu yazını araya-ərsəyə
gətirdim ki, onlarda özümə dırnaqarası sevgi hissini artıra bilim...
Ruhun şad olsun, Mirzə Cəlil, sizə deyəcəklərim hələlik bu qədər.
Dostları ilə paylaş: |