AZƏRBAYCAN GERÇƏKLİYİ
1991-ci ildə “Ürək, niyə ağrıyırsan?!” ilk toplum dünya işığına vəsiqə
qazanandan sonra uzun müddət ədəbi aləmdən ayrıldım. Səbəbi də o idi
ki, bir həqiqəti gün kimi aydınca dərk etmişdim ki, yazar olmaq böyük
bir məsuliyyətin altına girmək deməkdir. İstər şair, istər yazıçı, istərsə
jurnalist olsun, əsl həqiqəti ortaya qoymalıdır. Heç kimə şər yaxmadan,
heç kimi qaralamadan, heç kimin haqqını tapdalamadan, heç kimə yal-
107
taqlanmadan, heç kimə məddahlıq etmədən ağlının, şüurunun diktə etdiyi
kimi, vicdanınla xoş məramlı təmasından rövnəqlənib əsl həqiqətlər fo-
nunda yazmalısan. Yəqin ki, hər bir ciddi yazar dərk edir ki, o bu gün
üçün yazmır. O, sabaha görə bu günü qələmə alır. Elə birinci kitabımda
da əsl həqiqətlər ortaya qoyulmuşdu. Bu hələ o zamanlar idi ki, sovet
hökuməti dağılmamışdı. Deyəsən mənim bəxti qara ilk kitabımın ayağı
sovet hökumətinə düşmədi. Az müddət sonra onun ölüm xəbəri bütün
dünyanı yerindən silkələdi. İndi bir çox siyasətbazlar, vətənbazlar, parti-
yabazlar, tayfabazlar, hoqqabazlar, habelə boşboğazlar sovet hökumətinin
ölümünü Qarabağ hadisələrilə bağlayır, amma mən belə düşünmürəm,
əslində Qarabağ və ümumən Sovet İmperiyası daxilində baş vermiş faciələr
Sovetlər Birliyinin dağılması üçün qabaqcadan yazılmış, böyük dövlətlər
tərəfindən planlaşdırılmış bir ssenari idi. Ssenarinin müəllifi isə hegemon
dövlət olan Amerika, Qarbaçovsa bu ssenarinin baş qəhrəmanı idi, necə
deyərlər, balıq başından iylənmişdi. Qorbaçovun Rusiyadakı tərəfdaşları
isə ona görə bu addımı dəstəklədilər ki, yığdıqları milyonları həzm etmək
üçün... Vaxtilə 300 illik Romanovlar sülaləsinin, yəni çar Rusiyasının altını
üstünə çevirmiş və bütün dünyanı öz imperialist inqilabıyla çalxalamış,
sosialist adı altında xalqları yenidən qoca imperiya qartalının caynaqları
altına yığmış V.İ.Leninin təbirincə desək: “Yuxarıdakılar ölkəni idarə edə
bilmirdilər, aşağıdakılar isə bu qaydayla yaşamaq istəmirdilər”. Əlbəttə ki,
dünyanın heç bir yerində vətəni olmayan, qaraçı qövmü olan ermənilər
(hayklar) də bu cızılmış plandan yetərincə yararlandılar. Daha doğrusu, əzəli
qardaşları ruslar bu baş verənlərdən onları dəyərincə mükafatlandırdılar.
Bəs erməni sevgisi ruslarda nə zamandan yaranıb?.. Rusiya Qafqazda öz
dayaqlarını möhkəmləndirmək üçün dünyanın heç yerində yeri-yurdu ol-
mayan ermənilərdən istifadə etdi. Siz sual edə bilərsiz ki, xristian dininin
qollarından biri – eyni pravoslav məzhəbin daşıyıcıları olan gürcülərlə
ruslar niyə bu birliyi yarada bilmədilər? Ona görə ki, gürcülər ruslara
işğalçı kimi baxır və Qafqaz onların ata-baba məkanıdır. Ruslara isə yer-
siz-yurdsuz bir qövm lazım idi ki, onları daimi boyunduruqda saxlasınlar.
Özləri cənubi Qafqazda asanlıqla lövbərlərini sala bilsinlər. Bu qövm isə
ermənilər oldu. Rus imperiyası Azərbaycanımızın ata-baba torpaqlarının
hesabına qılınc gücünə ermənilərə dövlət qurdu. Erməniləri yaxşı tanıyan
millətlərin aydınları yaxşı bilirlər ki, onların bir neçə üzü var. Bu bir neçə
üzlü millətdən ruslar Qafqazda bu gün də yararlanmaqdadırlar. Əslində
108
Ermənistan adlanan dövlətin adı ermənilərin, dadı isə ruslarındır. Onlar
necə lazımdır Qafqazda bu dövlətin dadını çıxardırlar. Ermənilər isə bu
dövlətin kirayənişinləridir. Sual edə bilərsiz nəyə görə? Ona görə ki,
gəlmədilər, yerli deyillər. Onları burda yerli edən ruslardır, ermənilər on-
lardan daimi asılılıqdadırlar, çünki ermənilərə dövlət, ruslara isə cənubi
Qafqazda daimi at oynatmaq üçün məkan lazım idi... Məzhəbləri ayrı olsa
da, əqidə birliyi dadlarına yetib. Həmişəki kimi... Əslində təkcə ruslar
yox, hegemon xaçpərəst dövlətlər niyə ermənilərin tərəfindədir? Bunun
səbəbini millətimizin çox qismi müsəlman dini ilə bağlayır. Yaşlı və gənc
nəslin arasında bu fikir dolaşmaqdadır, ancaq birinci səbəb müsəlmançılıq
yox, ölkə əhalisinin böyük bir qisminin türk olmasıdır. Hegemon dövlətlər
ikinci bir türk dövlətinin bu bölgədə möhkəmlənməsinin əleyhinədir.
Məhz müsəlman dövlət olan, güney Azərbaycanın öz əsarətində saxlayan
İranla da bu məsələ də fikirləri üst-üstə düşür, çünki tarixləri silkələyən
türk xofu onların qan yaddaşında öz dərin izlərini buraxıb... Bu baxımdan
can-dillə ermənilərə tərəfkeşlik edirlər. Öz haqq işimiz uğrunda dünyanın
böyük istilaçıları ilə çarpışmaq üçün bizə uzun bir mübarizə yolu lazımdır.
Bu ölkənin vətəndaşı olan hər kəs başının altına yastıq qoyub dərin yux-
uya getməməlidir, çünki əzəli yurdlarından çıxmışlar öz əzəli yurdlarına
qayıtmalıdırlar. Bu belə olmasa, bizim bugünkü müstəqilliyimiz də ol-
mayacaq. Bu məsələnin hamımız bir nəfər kimi dərkinə varmalıyıq. Bu
gün bizim düşmənlərimizin çoxluğunun səbəbini dinimizdə yox, dilimizdə
və hansı kökün təməlində durmağımızda axtarmalıyıq. Əgər bunu danmaq
mümkündürsə danın, hansı millətdən istəyirsizsə olun, əgər bu sizə zövq
verir sə... Ey internet portallarında səhərdən-axşamadək millətin dininə, onun
həyatda daşıdığı mövqeyə dodaq büzənlər... Sizin axırınız hara gedir?!
Əslində ov silahları da əlindən alınmış kişilərimiz ordusuz, əliyalın
imperiya qoşunu ilə üz-üzə qaldı. Elə burdaca bunun ən böyük günahını
kürsü aşiqlərində görürəm. Onlar Moskvanın sözüylə yox, namusunun,
vicdanının səsilə oturub-durmalı idi, amma təəssüf ki, bu belə olmadı...
Biz ermənilərlə yox, rus işğalçılarıyla döyüşürdük, çünki ruslar onlara qah-
mar çıxmasaydılar, ermənilər bizimlə üz-üzə gəlməyə cəsarət tapmazdılar.
Qarabağ döyüşlərində canıyla, qanıyla şücaət göstərən kişilərimiz hər
cür hörmətə, izzətə layiqdirlər. Məhz onlar namuslarının tapdalanmasına,
ana-bacılarının, arvad-uşaqlarının yağı əlinə düşməsinə dözə bilmədikləri
üçün əliyalın, əllərinə keçən silahlarla nəyi bacardılarsa onu etdilər. Mən
109
Qarabağ döyüşçülərinə məğlub kimi baxmıram, onlar qəhrəmanların
qəhrəmanıdırlar. Rusiya bizim qolumuzdan qandalları tam açmayıb,
yurdlarımızı işğal altında saxlamaqla bizi öz tabeliyindən tam buraxmamağa
çalışır, Qarabağ düyünü rusların idbar siyasətçilərinin əlindədir. Rusların
daxildən öz burunları əzilməsə biz bu zillətdən çətin qurtararıq. Bu gün
Rusiyada rəhmətlik Roxlin kimi siyasətçilərin sayı artmasa onun öz sabahı
sual altında olacaq. Rusiyanın daxilində hələ zəncirlərdən qurtulmamış
sayı milyonları ötmüş rus olmayan azsaylı xalqlar haqlarının tapdalanması
məcburiyyətindədirlər. Rus hökuməti qandallardan azad olmuş ölkələrin
azadlığını heç cür həzm edə bilmir. Bütün bunları yazıya gətirməkdə
məqsədim heç də siyasəti çözələmək deyil. Tarixlə politoloqlar, tarixçilər,
siyasətçilər məşğul olmalıdır, ancaq doğru-düzgün şəkildə... Bu da onların
öz vicdanına qalıb...
Sovetlər Birliyinin dağılması bir tərəfdən bizə müstəqillik bəxş etdisə,
digər tərəfdən bizi qarşısı alınması çətin olan bir çox problemlərlə baş-
başa qoydu. Bu problemlər bu gün də yaşadığımız ölkənin hər sahəsində
öz çılpaqlığıyla büruzə verməkdədir. Torpaqlarımızın az bir hissəsində
müstəqillik ab-havasında yaşayırıqsa, bu bizim hələ tam xoşbəxtliyimiz
demək deyildir, çünki bu müstəqilliyi göz bəbəyimiz kimi qoruyub saxla-
maq üçün biz öz-özümüzlə, öz içimizdə inqilab etməliyik. Hamı bir nəfər
kimi bu müstəqilliyin bayrağından, himnindən, himnin sözlərindən tutmuş
bütün dəyərlərini can-dildən sevməlidir. Öz ailəsi kimi, ailəsinin içindəki
uşağı kimi, nəfəsi kimi, insanın var olmasının əsas amili olan hava kimi, su
kimi... Müstəqilliyimizi qazanan gündən demokratiya pərdəsi altında xalqın
baş-beyni korlayan saysız-hesabsız sektalar qapı-qapı düşüb avam, pulsuz,
köməksiz insanlarımızın şüurunu korlamağa başladılar. Bu, dünən özünü
müsəlman kimi görən, müsəlman adət-ənənəsilə yaşayan insanlarımızın
bir çoxunun beynini zəhərləməyə başladı. 70 il sovet sisteminin allahsızlıq,
dinsizlik qadağaları altında yaşayan millətimiz ruhunu qorudu. Ata-
babalarının əziz bir nemət təki saxladığı adətləri öz qan yaddaşında əzizlədi,
ürəyində bəslədi, əqidəsindən dönmədi, onun üstünə heç bir ləkə düşməsinə
yol vermədi. Bizim insanlarımızı nə əydi görəsən, maddiyyat çatışmazlığı
və yaxud mənəviyyat yoxsulluğu? Əslində Azərbaycanda sektalaşma
siyasəti aparanlar mənəvi casuslardır. Şimali Azərbaycanımızın varlığını
yox etmək istəyənlərdir. Əgər dünən bu insanların sayı barmaqla sayılası
idisə, bu gün minlərlədir. Ölkəmizə əməlli-başlı xarici missionerlərin
110
axını başladı. Pulsuz paylanılan boş-boş xülyalarla doldurulmuş kitablar-
la, aylıq ac millətə ödənilən məvaciblə sektalaşma sevdası gündən-günə
insanlarımızın içində artdı, hətta bu bölgələrimizdə də tüğyan etməyə
başladı. Bu gün sektalaşma gedən bir ölkədə sabah qardaş qardaşa qarşı
çıxmayacaqmı?! Xristianlaşma, sektalaşma iki yüz il rusun əlaltısı olan
və nəinki türk qövmünə, hətta bu ərazidə yaşayan müsəlman inanclı digər
azsaylı xalqlara qənim kəsilən erməniyə güllə atmamağı, onunla can deyib
can eşitməyi təbliğ edir bizlərə... Bu erməniylə müharibə şəraitində olan
Azərbaycana nə vəd edir? Deməli, bizi içəridən dağıdıb məhv etmək
istəyirlər. İş burasındadır ki, həmin bu adamlar müsəlman adlarını və
soy adlarını daşımaqla millətimizə yad, ögey dinlərə, sektalara xidmət
etməkdədirlər. Bu adamların ədəbi aləmdə də boy göstərməkləri bu gün
ağlı kəsən hər kəsə gün kimi aydındır. Onlar, islam inanclı millətimizin
kimliyinə qara yaxır, məxsusi şərq aləmi ilə qırılmaz tellərlə bağlı olan
ədəbiyyatımızı, musiqimizi, folklorumuzu danır və dünənimizin üstündən
qara xətt çəkirlər. Bu şəxslər internet portallarında, necə deyərlər, at
oynadır, xalqımızın kimliyini danırlar. İnternet portallarında bu adamların
minlərlə oxucuları var. Jurnalist adıyla ermənilərin evinin içinə qorxusuz-
hürküsüz gedib-gələn bu insanlarda milli hisslərdən başqa hər şey var.
Əsasən internet saytlarından gənc nəsil istifadə edir. Deməli, sabahımız
olan gənc nəslin beyni zəhərlənir. Nə qədər acı, ürəkbulandırıcı olsa da
bunu etiraf etməliyik. Əslində dinlər müasir ikiayaqlı bəndələrin əlində
oyuncağa çevrilib. Biri ondan öz siyasətini qurmaq üçün, digəri qazanc
mənbəyi kimi, bir başqası başqalarından fərqlənmək üçün istifadə edir. Elə
xristianlığa pərəstiş, onlar kimi yazmaq, onlar kimi danışmaq, toylarda gəlin
və bəyə şampan içirtmək, qərb musiqilərinin sədası altında atılıb-düşmək,
toyu iyrənc, çığır-bağırla dolu şouya çevirmək və sair. Onu da qeyd etmək
yerinə düşər ki, bir tərəfdən gəlinlə bəyə Quranın haram saydığı spirtli içki
olan şampanla dolu olan qədəhlər təslim olunur, digər tərəfdən elə ordaca
onları Quran altından keçirdib dinimizə uyğun kəbin kağızı təqdim edilir.
Heyrətamiz və acı bir mənzərə deyilmi?! Bir şeyi diqqətinizə yetirim ki,
toyda pul yığmaq elə özümüz sayaqdır. Onu heç cürə dəyişmirik, çünki bu
bizim cibimizin xeyrinədir.
Təhsilimiz qənaətbəxş deyildir. Savadsız, kitabdan, mütaliədən uzaq
düşən, yazı-pozu bilməyən təbəqə yaranmağa başlayır və bu gənclərin sayı
minlərlədir. Hamının söyüb təhqir etdiyi Sovet hökumətinin bir işi var idi
111
ki, elmə, təhsilə ciddi fikir verirdi. Alimin də, çobanın da, fəhlənin də, bir
sözlə, bütün zümrələrdən olan insanların uşaqları təhsil görürdü. Məktəbi
atmaq, oxumamaq, demək olar ki, yox idi. Bu gün isə avtobuslarda, metro-
da, küçələrdə məktəbyaşlı uşaqların alış-verişlə, yəni alverlə, yaşına uyğun
olmayan işlərlə məşğul olduğunun şahidi olursan. Gələcəyimiz olan, canı
bərkiməmiş balaların bəs sabahı necə olacaq? Məktəb ola-ola repetitor
təhsili ilə ali məktəblərə üz tutan imkanlı uşaqlar kimi deyil axı bu gələcək
vətəndaşlarımızın taleyi! Bir çox ali təhsil alanlarımızın isə bilik səviyyəsi
yox dərəcəsindədir. Rüşvət verməklə ali təhsil alan, rüşvət verməklə
elmi iş yazdırıb alim olanlarımızın sayı yağışdan sonra çıxan göbələklərə
bənzəyir. Sonra bu alimciyəzlər ali məktəb otaqlarında binəva xalqın
balalarına dırnaqarası elm öyrədirlər. İndi pullu adamların sevimli balaları
ali təhsil almaq üçün xarici ölkələrə üz tutur. Nəyə görə? Niyəsinin səbəbi
yuxarıdakı yazdıqlarımdır.Təəssüf ki, bizdə xarici ölkələrdən fərqli olaraq
təhsil ocaqlarında pul xərcləyirik ki, oxumayaq. İnternetdən başı çıxan və
yaxud ali məktəbdə oxuyan tələbələrin bir qismi internet çatlarında saat-
larla məktublaşmaqla və porno-videolara baxmaqla məşğuldur. Kitabdan,
tarixdən, mətbuatdan uzaq bu insanların gələcəkdə necə mütəxəssis
olması indidən göz qabağındadır. Bəlkə də biz dünyada internetdən bu cür
istifadəyə görə birinci yerlərdəyik. Bir ölkədə ki müəllim müraciəti bütün
zümrələrdən olan hər kəsə şamil edilirsə, onda bugünkü məktəbimizin,
mətbuatımızın, ədəbiyyatımızın, mənəviyyatımızın hali-vəziyyəti də bu
şəkildə olmalıdır.
Əziz oxucular, neçə vaxtdan bəri məni narahat edən bir məsələni
də sizinlə bölüşmək istəyirəm. Hicab barədə. Dərinliyinə varanda din
fəlsəfədir. Hicab da bu fəlsəfənin bir qoludur. Baxmayaraq ki, ilahi varlığı
tamamilə danıb, özünü Allah səviyyəsində sayanların sayı cəmiyyətdə
günbəgün artmaqdadır. Onlar dinin boş ideologiya olduğunu aləmə
canfəşanlıqla faş etməkdədirlər. Bəs günbəgün sayı artan bu filosoflar,
şairlər, yazıçılar özləri kimdir? Haqqın nurunu danan bu sovet allahsızlıq
ideologiyasının mənəvi məhsulu ilə çayır kimi qol-budaq atmış dırnaqarası
bu bəşər fədailəri boş-boş cızma-qaralarından savayı özləri dünyaya nə
bəxş edib? Onlar dünyanın təkərini hara döndərmək istəyirlər? Bəli, mən
də səhərdən axşama qədər namaz qılıb heç bir işin qulpundan yapışmayan,
gününü ibadətdə keçirdib ətrafdakılara ikrah hissi ilə baxanlara, müqəddəs
dinimizi xurafatda əzənlərə yaxşı baxmıram, amma içində haqqın nuru
112
olmayan adamın yazdıqları boş-boş sözçülükdən savayı bir şey deyildir.
Füzulini Füzuli eləyən Allah sevgisi idi. Dahi Üzeyiri dahi edən də bu
işıq, bu nur idi. Ona görə də onları oxuyanda və dinləyəndə insan ruhu
dilə gəlir. Bu diləgəlmə isə həyəcanlanma və duyğulanmayla olur. İnsan
təbiətin zəif bir qüvvəsidir. Həm də təbiətin dağıdıcı qüvvəsidir. Başıbəlalı
ağlının hesabına təbiəti məhv edir. Bu məhv öz istəklərinə nail olmaq üçün
təbiəti özünə tabe etmək hesabına olur. O, haqqın verdiyi ağıl hesabına
yaşayır, ancaq bu ağılı bəzən şər, bəzən isə xeyir qüvvə idarə edir. Allah da
bu bənzərsizlik içində insanı öz ağlının ümidinə buraxıb, çünki Yaradan hər
kəsin əməllərini yaxşı görür. Din insan həyatında xeyrə yönəlirsə, bunun
nəyi pisdir? Bir haşiyə çıxım: Metroda gedirdim. Növbəti dayanacaqda sa-
lona 6-7 yaşlarında arıq, çəlimsiz, hicablı qızcığaz və onun cavan yaşında,
üzü taraş edilməmiş, görkəmindən dindar, atası daxil oldu. Cavanlardan
biri bu qızcığaza yer verdi. Qız əvvəl oturdu, sonra nə fikirləşdisə ayağa
qalxdı və öz yerini atasına verdi. Ata oturmaq istəmirdi, qız təkidlə
atasını oturtdu və özü də onun qucağında əyləşdi. Salondakılar sual dolu
nəzərlərlə bir-birinə baxmağa başladılar. Bir çoxunun üsulluca dodağı da
qaçdı. Cavan ata camaatın baxışlarında əks reaksiyanı gördükdə pərt oldu
və növbəti dayanacaqda salonu tərk etdi. İndi siz deyin: 6-7 yaşlı, hələ ağlı
kəsməyən qızcığazı hicablamaq nə əhəmiyyət kəsb edir? Deməli, bu uşaq
hicabın mahiyyətini dərk etmir, dərk etsəydi atasının qucağında oturmazdı
və ata da camaatın içində utanc vəziyyətinə düşməzdi. Əslində biz islam
inanclı bir ölkədə doğulmuşuq, adlarımız da Əli, Vəli, Tükəzban, Fatma
və sairdir. Daima analarımızın, nənələrimizin örpəyi olub. Bu gün də yaşlı
qadınlarımız bu örpəkdən məmnuniyyətlə istifadə edir. Dini hansı şəkildə
qəbul edib, hansı şəkildə həzm etmək hər kəsin öz daxili savadı, tərbiyəsi,
mənəviyyatından və düşdüyü mühitdən aslıdır. Bu yaxınlarda qarşılaşdığım
bir hadisəni də nəql etmək istəyirəm, çünki bu hadisəni də hicab barədə
fikirlərimin davamı sayıram. Nəşriyyatdan çıxıb Elmlər Akademiyasının
bağından metroya tərəf gedirdim. Bağ qələbəlik idi. Əsasən yaşlılar və
uşaqlar buradakı istirahətin zövqünü çıxartmaqda idilər. Bir skamyada
əyləşmiş hicablı bir qızla cavan oğlan diqqətimi cəlb etdi. Bəlkə də bu
qızın başında hicab olmasaydı mənim diqqətimi cəlb etməzdi. Sayardım ki,
gündəlik qarşılaşdığımız səhnələrdən biridir. Cavan oğlan qolunu hicablı
qızın boynuna dolamışdı. Siz deyin, bu hicablı qızın qələbəlikdə qol-boyun
olmasının hansı namusa, qeyrətə, adət-ənənəyə dəxli var? Qarşı skamyada
113
isə yaşlı kişilər oturmuşdu. Belə görünür ki, Azərbaycanda Həcc mövsümü
dəb xarakteri aldığı kimi hicab da dəbə düşüb. Bu hicab örtənlərin az bir
qismi Allaha sidq-ürəklə bağlıdırlar. Baş örtüyü təkcə islamda deyil, bu
bütün dinlərdə, elə bir çoxlarının sevib pərəstiş etdikləri xaçpərəstlərdə də
var. Sadəcə, onlar dinlərini yeniləşdiriblər, müasirləşdiriblər. Rahibələrini
çıxmaq şərti ilə onların qadınları baş örtüyünü yalnız kilsəyə ayaq
basarkən və yas yerlərində örtürlər. Son vaxtlar internetdə tüğyan edən
portallar, virtual qəzetlər, mətbəədə çap olunan qəzetlər, televiziya, radio,
bütünlükdə bütün məlumat qurumları hicabla bağlı xoşagəlməz xəbərlərlə
gündəmdədirlər. Dini ağılla, mərifətlə qəbul etmək heç də insanın ziyanına
deyil, onu bir çox iyrəncliklərdən və çılpaqlıqlardan çəkindirir, amma hər
şey qədərincə olmalıdır. Dahi Nizami demişkən: “Artıq içiləndə dərd verir
su da”. Bu gün bizə nə hicabı şişirdib cəmiyyətin bəlasına çevirmək, nə də
ona qorxulu bir kabus kimi baxmaq lazımdır. Əgər mövhumata qurşanıb
elmdən bilikdən, təhsildən uzaqlaşacağıqsa, onda bizim sabahımızı bun-
dan da ağır fəlakətlər gözləyir. Gəlin etiraf edək ki, əgər ananın savadı
yoxdursa, əksər hallarda bu uşağın təlim-tərbiyəsində özünü büruzə verir.
Mən savad deyəndə təkcə ali məktəbi nəzərdə tutmuram. Orta məktəbi
yaxşı bitirmiş ana da uşağının savadlanmasına diqqətli olur, ancaq bu
gün hicaba girib təhsildən uzaq düşmək, erkən yaşlarında ailə qurmağa
sürüklənmək, kişilərimizin yenə də qadınlarımıza ikrah hissilə baxmasına
və xaçpərəst qızlarla izdivaca girməsinə sürükləməyəcəkmi?! Onsuz da biz
azəri qadınlar bu gün də bu fəlakətlə baş-başayıq. Bölgələrimiz yaşı 50-
ni, 60-ı keçmiş qarımış qızlarımızla doludur, çünki onların yaşıdları olan
kişilərimiz xaçpərəst qadınların sevdasına düşüb öz qız həmvətənlərinin
taleyinə biganə qalıb. Özü də bizim kişilərin bir qəribəliyi haqqında da öz
fikirlərimi qədirbilən oxucularla bölüşmək istəyirəm. Onlar bizim millətin
qızlarıyla nikaha girməmişdən öncə dönə-dönə onun əsil-nəslini ələkdən
keçirirlər. Həmin əsil-nəsil ələkdən təmiz çıxandan sonra gözaltı etdiyi
qızla ailə həyatı qurur, ancaq başqa millətlərin qızları, qadınlarıyla həyat
quranda isə əsil-nəsil məsələsi qətiyyən onları maraqlandırmır. Eşq ön
plana keçir və eşqlə ailə həyatı qurur, böyük bir sevgiylə xaçpərəstlərin
adlarını da doğulan uşaqlara qoyurlar. Özləri də ailə qurduqları bu qeyri-
azərbaycanlı qadınlar üçün ev işindən tutmuş çöl işinə qədər hər iş görürlər,
təki başqa millətdən olan zövcələrinin gözündən düşməsinlər. Onlar qeyri-
azərbaycanlı qadınlarının qarşısında əməlli-başlı qulluqçuya çevrilirlər,
114
nəticədə dili, azərbaycançılığı, həm özləri, həm də uşaqları itirirlər. Bu çox
vaxt belə olur... Halbuki bizim qadınlar kimi ailəcanlı, uşaqcanlı, ərcanlı,
evcanlı yoxdur. Ömrümün 22 ilini erməni, rus, gürcü, yəhudi əsillilərlə
bir idarədə işlədiyimə görə bu qənaətdəyəm. Qoy kişilərimiz mənim bu
iradımdan inciməsinlər. Yaradanın dünyanın altını üstünə çevirməməsi
üçün həqiqət nə qədər acı olsa da onu hərdənbir dilə gətirmək lazımdır.
Mən də bacardığım qədər, ağlımın kəsdiyi qədər yazmağa başladığım
gündən həqiqəti dilə gətirməyə çalışıram...
Gəlin müsəlman ölkələrinin hal-vəziyyətinə diqqət kəsilək. Əfqanıstan,
Pakistan, İraq, İran və sair. Bunlarla yanaşı, Malayziya kimi iqtisadiyyatı
inkişaf etmiş müsəlman ölkə də var. Deməli, geridəqalmışlığı biz müsəl-
mançılıqda yox, həmin millətlərin, xalqların kökündə axtarmalıyıq. Sə-
hərdən axşama qədər, axşamdan səhərə qədər özümüzü tərif edib bir-bir-
imizi mədh etsək, bu bizi hara aparar? Bu gün avam, savadsız ailələrdə
İranın uzunsaqqal mollalarının kitabları doludur. 30 milyonluq güneyli
bacı-qardaşlarımızın şərəf və ləyaqətini tapdalayan, bizim başımızın
üstündən erməniyə raket başlıqları, bir sözlə silah, yemək içmək, yanacaq
ötürən, ticari alış-verişi edən İran mollaları tutduğu bu əməllərinə görə bəs
müsəlman olmağından, Allahından, Quranından qorxmurmu?! Əlbəttə ki,
qorxmur, çünki onlar islama inanmır, islam onlara öz siyasətlərini yeritmək
üçün, komfort həyatlarını qurmaq üçün lazımdır. İmperialist qonşumuz İran
dilini, varlığını, torpağını əsir etdiyi cənubi Azərbaycanın ayağa qalxacağı
gündən qorxur. Kəsə dillə desək şimali Azərbaycanın müstəqilliyi onların
ürəyindən deyil. Ona görə də ölkəmizin içində və çölündə fəsad törətməklə
məşğuldur. Əslində erməni sindromu həm Rusiyaya, həm də İrana
lazımdır. Hər ikisi də bundan yetərincə faydalanır, bu məsələdə artıq din,
iman arxa plana keçir. Hər iki imperiya baxmayaraq ki, ayrı-ayrı dinlərin
daşıyıcılarıdır, can-dildən birləşirlər, bu məsələdə qardaşlaşırlar. Mən bunu
«Siyasətdi, siyasət» şerimdə yazmışam:
Dostları ilə paylaş: |