Söz köNLÜMÜ QƏLƏm etdi (publiSİSTİk düŞÜNCƏLƏR)



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə31/99
tarix26.12.2016
ölçüsü1,12 Mb.
#3432
1   ...   27   28   29   30   31   32   33   34   ...   99
Şamın yaşamağı yanmaqsa əgər,
Sənin yaşamağın yazmaqdır, qələm. 
Yolu qamətintək olmayanların, 
Nəsibi yolundan azmaqdır, qələm.
Əslində qələmlə çox şeylər edilir, sonsuz dərəcədə yaxşılıq da, amansız 
dərəcədə pislik də. Qələmlə neçə-neçə talelərin üstündən qara xətt çəkilir. 
Bir sözlə, o hər əmələ yarayandı, yaxşılığa da, naqisliyə də. Baxır kimin 
əliylə bəxt qapısı açılır. Şər əliylə bəxt qapısı açılanda şərə, xeyir əliylə 
açılanda xeyirə xidmətdə olur, məhz Bəydadaş bəy də elə bu prizmadan 
qələmi nəzmə çəkib:


102
Sənlə açıqlayır alim aləmə 
Kəşfin, icadın, bicliyin, qələm,
Cahil əlindədir qara taleyin,
Sənin ölümündür dincliyin, qələm.
Əslində qələmsiz insan heç insan da olmazdı. O, gözü ilə gördüklərini, 
canından süzülüb gələnləri kitab vərəqlərinə büküb bu günlərə ərməğan edib:
Elmsiz cahanın üzü naşıdır, 
Qələm kainatın qiblə daşıdır,
Bəxtə bax, ürəyin axan yaşıdır,
Bəşərin fərəhi, sevinci, qələm.
Şair qardaşım Bəydadaşın “Qələm” şeri geniş, əhatəli böyük mənalarla 
zinətləndirilən  bir  qoşmadır.  Bu  şeirdə  qələmin  qüdrətindən,  onun  gah 
vəfa,  gah  cəfa  əhli  olmağından  söz  açılır.  Bu  piranə  nəzmin  içində  bir 
alilik, bir təmizlik, bir paklıq boylanır. Müəllifin özü demişkən cahillərin 
əlində  “ölüyə”,  aqillərin  əlində  “diriyə”  çevrilən,  yarımçıqlar  əlində 
“girinc” olan qələmin acı taleyindən şair ürək yanğısıyla söz açır. Ulu tar-
ixi öz ələyində ələyən QƏLƏMin şahanə varlığı taxt-tacını kimsəyə bac 
verməyən xaqanları, sultanları, şahları, kralları, çarları xatırladır adama... 
Qələm adamısan axı, Bəydadaş,
Çax göydə şimşəktək, yan yerdə yavaş,
Ehtiraslar coşub salanda savaş,
Sülh sözün demisən sonuncu, qələm.
“Sülh sözünü sonuncu deyən qələmin sehrindən söz açan şair bu sehrin 
sarayını birər-birər söz duyğularıyla cilalandırır. Sonunda nəsibi bir parça 
torpaq olan insanın öz dəyərini bilməməsi, ömrünün çoxunu yamanlıqda, 
qanlı  müharibələrdə  keçirməsi,  millətlərin,  xalqların  bir-birinə  qənim 
kəsilməsi, qan-qırğının, amansız terrorun dünyada ayaq tutub yeriməsi ca-
hanın düşünən başlarını həyəcanlandırmaya bilmir. Elə haqqında söhbət 
açdığım şair də bu həyəcanlanmalar üstündə şeirlərini misra-misra, bənd-
bənd araya-ərsəyə gətirir. Onun üç bəndlik “Məni” qoşmasında şairin öz 
taleyinə müraciət etməsinin şahidi oluruq:


103
Mənim yaşadığım taleyimə bax, 
Düzlüyüm azdırdı düzlərdə məni.
Peşiman deyiləm gələcək nəsil, 
Yaşadar yazdığım sözlərdə məni.
Düz  olanın  düzlərdə  azmasını  ürək  çırpıntısı,  təəssüflə  şerə  gətirən 
müəllif,  sanki  ataların  “Düz  axtaran,  düzdə  qalar”  məsəlinə  tapınır. 
Şeirlərində  düzlüyü,  paklığı  özünə  amal  seçən  Bəydadaş  Cəfərli  düzlük 
pərdəsi altında min bir oyundan çıxanlarla, xalqın puluna, varına qənim 
kəsilənlərlə söz döyüşünə çıxır. Axı şairin, yazarın döyüşmək üçün qələ-
mindən başqa nəyi var? Amma bir məsələni də qeyd etmək yerinə düşərdi 
ki, əslində ehtiyac içində yaşayan qələm sahibinin yazdığı xalqa daha yaxındır. 
Millətin  varlığı  beş-üç  xalqın  sərvətini  öz  altına  yığıb  üstündə  oturanlar-
dan ibarət deyil. Gündəlik bir qarın çörək üçün həyatı olmazın işgəncə və 
əzablardan keçən insanlarımızın aqibəti həqiqi qələm əhlini düşündürməlidir. 
Onun “Villa yarışı” şerində biz bunun şahidi oluruq:
Hasara alınıb bölüşdürülüb,
Kasıba qalmayıb bircə qarışı.
Qarabağ taleyi yaddan çıxıbdır,

Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin