Müştəri xınalı quzu axtarır.
Sözü arxasında, addımı iti,
Yalmana-yalmana düzü axtarır.
O bütün yamanlıqları, pislikləri, haramxorları, rüşvətxorları lənətlə-
yəndən sonra yenidən Vətənə üz tutur:
Eşit harayımı, qiyyələrimi,
Mən sənin dəlinəm, dəlinəm, Vətən…
Müəllif məcnun eşqilə vurulduğu məmləkətinə sonda ana sevgisilə bir
təskinlik verir.
Dərdin gedəcəkdir zaminəm, Vətən!
Mən sənin yerinə əminəm, Vətən!
O bu xoş sonluqla da şerin axırıncı misralarını sona yetirir. Deyirlər
ki, şairlər üsyançıdırlar, həyatda baş verən özbaşınalıqları, haqsızlıqları,
amansızlıqları onlar birinci görüb duyur, misra-misra şerə gətirir. Onlar
ömür boyu Vətən ağrısını çiyinlərində aparırlar, milli təəssübkeşliyin daşı-
yıcılarıdır şairlər. Ana dilinin qoruyucularıdır, onlar yana-yana doğulur,
cəmiyyətin amansızlıqları içində boğulur. Bu boğulmalar hər gün olur,
gündə yüz dəfə! Dünyalarını dəyişənə qədər neçə kərə Əzrailin ağzından
qopur şairlər… Elə Fəridə Ləman kimi… Onun “A bəxt yazan” şerinə
diqqət edək:
94
Gəlirsənmi?! Gəl bir yoxla halımı,
İçin-için sökülənə bir bəxt yaz.
Buludların gözü doldu halımdan,
Damla-damla tökülənə bir bəxt yaz.
Adamın şam kimi əriməsi ifadəsi ədəbiyyatda tez-tez rast gəlinən bir
deyimdir, “damla-damla tökül”məsi isə məhz Fəridə Ləman ilhamından
qopan deyimdir:
A bəxt yazan, a bəxtəvər, hardasan?
Demirsənmi ünü ərşə qalxan var.
Bağrı yanıb hey dolanıb dörd yana,
Varlığını oda-közə yaxan var.
Şairə, sanki bəxti ilə bu şeirdə umu-küsü edir. Pərişan halının ağrılarını
ona söyləyir, bir candidəsi, bir əzizi kimi, lakin heç də qəm möhnətinə
yuvarlanmır. “Şükür sənə, ya Rəbbim” şerində Böyük Yaradana üz tutur:
Ruhum gülə bələnib,
Göydən ulduz ələnib,
Yatmış bəxtim dillənib,
Şükür sənə, ya Rəbbim.
Bu şükür-sənalar şair ruhunu cilalandırır, həyat eşqini coşdurur, yazıb-
yaratmaq havasıyla onu haldan-hala salır. Elə sözün sehri, aliliyi də şair ru-
hunu aşıb-daşdırmaqdan ibarətdir. Bizim qadınlarımızın cəsarəti, analığı, ər
başına pərvanə kimi dolanmağı, saflığı, paklığı, kişiyana at minib çapmağı,
ərlərilə döyüşlərdə şücaət göstərmələri, tariximizdə də, ədəbiyyatımızda da
çoxdan öz ucalığını qoruyub saxlayır. Qadın yazarlarımızın cəsarəti də bu
baxımdan qürurlanmalı dəyərlərimizdəndir. Fəridə Ləman yaradıcılığında
da bu cəsarətin şahidi oluruq. “Pəncərə gözlüyü kasıblar üçün” şerindəki
bu ifadə müəllifin özünəməxsus ifadəsidir:
Birgünlük çörəyə möhtac olan var,
Kimi bir gecəyə doqquz min beş yüz.
Ehtiyac içində çapalayan var,
Bu qədər ağrıya, ürək, di gəl döz.
95
Bütün bu bərabərsizliklərə, tərəzinin gözünü əyilməsinə dözməyən
şairə şerin bəndlərinin birində haqsızlığa qarşı belə öz səsini qaldırır:
Verdiyi quruşu deyər min dəfə,
Əlini cibinə atar, ya atmaz.
On-on beş qəzetdə yazdırar azdır,
Əndamı ləkəli, özü nataraz.
Söz xiridarlarının əksəriyyəti ədəbiyyatımızın bir qolu olan şerimizdə
poetik kəşflər axtarırlar. Fikrimizcə, şeir də bədii yaradıcılığın digər
qolları kimi dövrün ağrı-acılarını, haqsızlıqlarını əks etdirib tənqid atəşinə
tutmalıdır. Ədəbiyyat bütünlükdə cəmiyyətin yaralarının sağalmasına
xidmət etməlidir. Əgər belə deyilsə, onda o yaradıcılıq xalqın sevgi və
istəyini qazana bilməyəcək. Müəllif dünyasını dəyişən kimi yazdıqları da
dünyasını dəyişəcək. Ola bilsin ki, şairin poeziyasında poetik tutum zəif
olsun, ahəng, qafiyə pozuntuları olsun, amma yüksək dərəcədə xalqın
ağrı-acılarından bəhs etsin, onun məhəbbətini qazana bilsin və yazdıqları
millətin yaddaşında iz qoysun. Belə olanda söz adamı uğur qazana bilir.
Biz bu uğurun tapıntılarını Fəridə Ləman yaradıcılığında görürük:
Dostları ilə paylaş: |