Söz köNLÜMÜ QƏLƏm etdi (publiSİSTİk düŞÜNCƏLƏR)



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə29/99
tarix26.12.2016
ölçüsü1,12 Mb.
#3432
1   ...   25   26   27   28   29   30   31   32   ...   99
Yoxdur haqq-hesabı çəkən, çevirən, 
Pəncərə gözlüyü kasıblar üçün…
Dünyanın ləzzəti meşələr, dağlar, 
Çiçəkli ormanlar varlılar üçün.
Şeirdə  imkanlıların  min  bir  cah-calalla  ömür-gün  sürdükləri,  kasıb 
bəndələrin  isə  adi  yaşam  haqqını  ödəyən  qəpik-quruş  içində  əzildikləri 
misralara köçür, dükan görəndə ağzı sulanan binəva insanların əhvalı şair 
ürəyini yandırır və qələminin kağız üzərində harayına çevrilir. 
Müəllif bacısı qızı şairə Pərvanə Nizaməddinə şeirlə yazdığı “Gətirə 
bilsən,  gətir”  məktubunda  bütöv  bir  elin  adət-ənənəsini  ustalıqla, 
sənətkarlıqla qələmə alır:
                               Anamın nəfəsindən, 
Atamın ər səsindən,
Yaşamaq həvəsindən,
Gətirə bilsən gətir. 


96
O  bu  şeirdə  Qazax  elində  bişirilən  yeməklərdən,  çəmənlərində,  dağ-
larında,  yaylaqlarında  bitən  çiçəklərdən,  bulaqlardan,  bütöv  bir  mahalın 
adət-ənənələrindən bəhs edir. Bizim tərəflərdə nə qurut hazırlanır, nə də 
qatlama bişirirlər. Şairə yazdığı bu mənzum məktub vasitəsilə oxucusunu 
söz qatarına mindirib ustalıqla çəkib öz yerlərinə aparır, adət-ənənələri və 
mətbəxi ilə onu tanış edir. Bax, poeziyanın uğuru budur. Şairənin “Bir mey-
dan istəyirəm” şeri Qarabağ müharibəsinin veteranı şairə Aida Vüsala ithaf 
olunub.  Şeirdə  bütünlüklə  keçmişimizdə  və  bugünümüzdə  qəhrəmanlıq 
göstərən qadınlarımızın adı sadalanır. Şeirdə Qarabağ müharibəsində canı 
odlar  görmüş  Salatının,  Gültəkinin,  Məleykənin,  Familənin,  Aidanın, 
Rüxsarənin, Gülarənin adları yad edilir, şücaətləri dilə gətirilir:
Ey kişi libası geyənlər,
Sözlərini hünərlə deyənlər,
Çağırın Salatını, Gültəkini,
Məleykəni, Familəni, Aidanı,
Cavahiri, Rüxsarəni, Gülaranı,
Ayağımız altından torpaq qaçmayıbsa,
Səmamız haqsızlıqdan uçmayıbsa… 
Fəridə Ləmanın “Bir meydan istəyirəm” şeri bütöv bir milləti döyüşə, 
vuruşa,  qisasa  çağırır.  Ona  görə  “söz  xəncərdən  itidir”  deyirlər,  sözün 
gücü, dizin gücüdür! Bu gücün, bu təpərin alovu adamın ürəyini yandırır, 
damarlarını cuşa gətirir. Bax, budur vətənpərvər poeziya. Böyük rus şairi 
Nekrasov  demişdir:  “Şair  olmaya  bilərsən,  ancaq  vətəndaş  olmaq  bor-
cundur”,  çünki  Vətənin  varlığı  onun  vətəndaşından  asılıdır.  Müəllifin 
“Tamahkar”,  “Oyaq  olmaq  istəmirəm”,  “Səni  mən  ağartdım,  ay  qara 
saçım”, “Ağladan ağladır”, “Vətən dərdi”, “Görməmiş”, “Sevin Vətəni” 
kimi şeirləri millətin cəfalarından, üzləşdiyi haqsızlıq və özbaşınalıqlardan 
bəhs edir. “Sevgi düşüncələri” şerində şair elə bil bir anlıq da olsa əzablar 
içində çırpınan ruhunu dincəldir:
 
Bir azca yaxın otur, 
Bir azca mehriban ol,
Başını qoy çiynimə.
Əllərini ver mənə.


97
 Bax gözümün içinə,
 Bax qəlbimin suçuna,
 Səni sevirəm axı! 
Həqiqi  məhəbbət  ağrı-acılarla  cilalansa  da  onun  şirinliyi,  sevdalığı 
in san  ruhunda,  şüurunda  şahanə  bir  taxt  qurub.  Şair  sözlə  məhəbbətini 
ovudur.  Söz  əslində  gözəgörünməz  bir  varlıqdır,  onun  dairəsi  genişdir, 
sonsuzdur.  O,  bütün  dövrləri  yerindən  silkələməyə  qadirdir.  Biz  bu  qa-
dirliyin  ucalığını  Fəridə  Ləman  yaradıcılığında  görürük.  Şair  iqtidarda 
olan hakimiyyətin uğurlarına göz yummur. Ölkənin birinci xanımı, millət 
vəkili Mehriban Əliyevaya həsr etdiyi “Xanım Mehriban” şerinə bəstəkar 
Zabitə  Məmmədova  musiqi  də  bəstələyib.  Kitabın  üçüncü  fəslində 
mərhum prezident Heydər Əliyev haqqında yazdığı “Onu zaman seçib” 
poeması da bu qəbildəndir. Bu poema görkəmli bəstəkar Cövdət Hacıyevin 
8-ci simfoniyasının şeir mətni kimi də götürülmüşdür. Bu fəsildə həmin 
poemanın  ingiliscə  tərcüməsi  də  yer  alıb.  Müəllif  xalqın  işıqlı  gələcəyi 
üçün çalışanların zəhmətini poeziyaya gətirir, öz könül prizmasından baxır 
və yüksək qiymət verir. Şair kitabın ikinci fəslini nəvəsi Əmirxana həsr 
edib. Əmirxanın dünyaya gəlişindən təsirlənib yazdıqları şeirlər elə fidan 
balalarımızın hamısına şamildir:
Sən Vətən aşiqi, Torpaq aşiqi,
Səman aydın olsun, həyatın nurlu.
Sən elə böyü ki, elə yaşa ki,
Baxanda hər zaman görüm qürurlu!
 
Onun  “Şirin  pay  verib”,  “Sarıl  bu  bayrağa”,  “Əmirxan  çağırır”,  “Yazıq 
sərçələr”, “Qızılgülümsən”, “Xurcun əhvalatı”, “Bu ki, ayrandır…” kimi bədii 
uğurları gül balalarımıza gözəl töhfədir. Üçüncü fəsildə müəllifin Böyük Vətən 
Müharibəsinin ağrı-acılarından bəhs edən “Abumüslüm dastanı” polkovnik-
leytenant Abumüslüm Baxşıyevə həsr olunub. Poema uzaq cəbhələrdə canını 
güllə qabağına vermiş bir vətən oğlunun keçdiyi həyat yolunun müsibətlərindən 
bəhs edir. Fəridə Ləmanın “Anama məktub” kitabının üçüncü fəslində bəşəri 
hisslərlə yoğurulmuş “Fələstin” poeması da yer alır.
Bu kiçik poemada müəllif sinəsi dağlı-düyünlü Fələstin xalqının ağrı-
acılarını öz başımıza gətirilmiş müsibətlərlə uzlaşdırır:


98
                               Azadlıq olmayan yerdə çatışmaz hava,
Olmaz dərdlərə dəva…
Bir zaman əzab köynəyindən doğulmuşuq,
Qan içində boğulmuşuq…
1947-ci ildən fəlakətlər tüstüsündə boğulan fələstin anası bu gün də dərd 
içində  çapalayır,  balaları  gülləbaran  edilir,  haqqı  tapdalanır,  əzablardan 
mütiləşmiş  dünya  susur.  Sonda  müəllif  Fələstinlə  Qarabağın  müsibətini 
eyniləşdirir.  Eyni  dairədən  qaynaqlanan  əli  qanlı,  başı  havalı,  pulu  çox, 
vicdanı yox zülmkarlar şeytanla ünsiyyətdən yorulmur, bulanıq sular du-
rul mur ki, durulmur. Dünyanın hər yerində müsəlman insanın haqqı tapda-
lanır, bəxtinə su calanır, varlığı paralanır, ürəyi yaralanır. Fəridə Ləman da 
məhz bu haqsızlıqlara qarşı qələmini itiləyir, cahanı əyri yola yuvarlayan-
larla söz savaşına çıxır.
Yazımın  əvvəlki  səhifələrində  qeyd  etdiyim  kimi  Fəridə  Ləman  icti-
maiyyətçi bir xanımdır. Ona görə onun dairəsi çox genişdir. Ziyalı təbəqə 
ilə daim ünsiyyətdə olan xanım sənətkarın ünvanına çoxlu sayda şeirlər 
həsr olunub. Həm məktublar yazılıb, həm də Fəridə Ləman yaradıcılıqla 
məşğul olan qadın və kişi sənətkarlarımıza çoxlu sayda şeirlər həsr edib. 
Haqq dünyasına qovuşmuş Bəxtiyar Vahabzadə, Mirvarid Dilbazi müəl-
lifin  yaradıcılığı  barədə  öz  tutarlı  fikirlərini  bildiriblər.  Ədəbiyyat  alə-
mində  tanınmış  qələm  sahibləri  Fəridə  Ləman  yaradıcılığını  yüksək 
qiymətləndirib.  Müxtəlif  vaxtlarda,  müxtəlif  mətbu  orqanlarında  onun 
alim, şair, jurnalist-publisist kimi uğurlu fəaliyyətindən könül dolusu söz 
açı lıb. Elə “Anama məktub” kitabının dördüncü fəsli də müəllif haqqında 
yazılan saysız məktub və məqalələrdən ibarətdir. Alim, jurnalist, şair Fəridə 
xanım Ləman nəinki ölkəmizdə, hətta məmləkət xaricində də tanınır. Onun 
ölkəmizdən kənarda, qonşu İran və Türkiyədə şeirləri çap olunub və Fəridə 
xanım bu ölkələrdə Azərbaycanın bir şair xanımı kimi tanınır, sevilir, onun 
qələminə,  şəxsiyyətinə  hörmət  və  ehtiramla  yanaşılır.  Bir  sıra  ödül  və 
mükafatların daşıyıcısıdır. Fəridə Ləman Allah adamıdır, müqəddəs Həcc 
ziyarətində olub. Mən də Fəridə xanım Ləmanın sənət uğurlarıyla qürur 
duyur, ona möhkəm cansağlığı və yaradıcılıq sevincləri diləyirəm. 
Səsin  daima  zirvələrdən  eşidilsin, Allahın  nəzəri  üstündən  əskik  ol-
masın, Fəridə Ləman…
26-27.07.2010 



Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin