92
O, burada sadə folklor diliylə, laylaya bənzər bir harayla uzaqdan-uzağa
əsir Qarabağla danışır. İşğal altında inləyən Vətənin bir parçasına – Şuşaya,
Laçına, Kəlbəcərə, Ağdama, yanıb kül olmuş, külü asimana sovurulmuş
Xocalıya layla çalır. Bu laylanın hıçqırtıları şairənin misralarından boylanır,
oylanır, sanki bizlərə səslənir ki, bu torpağı unutsaq anamızın südü bizlərə
haram olsun!..
Şanım, şöhrətim,
Ən uca taxtım,
Qızıldan baxtım,
İki gözümsən,
Sevgi közümsən,
Qarabağ, ay Qarabağ,
Qarabağ, can Qarabağ.
Qarabağı iki gözü kimi tutan müəllif ürəyində Tanrı xofu olmayan
işğalçılara meydan oxuyur. Könlünün duyduğu qədər, qələminin uyduğu
qədər yaralı Qarabağa layla deyir, bu layla anamızın yanğısı sayaq şirin
gəlir adama…
“Bu yurdu çiynimə yükləyin mənim”. Əcəb deyimdi, əcəb şahanə, şai-
ranə tapıntıdır. Bu şeir haraydırmı, fəryaddırmı, əsrlərlə başımıza
gətirilən
müsibətlərə etirazdırmı? Sinəsi min bir yerdən yaralı Vətənə oxşamadırmı?
Bilmirəm, bir onu bilirəm ki, bu şeir qəlbi yerindən oynadır, ürəyi ah-nalə
ilə qaynadır, əlinə silah götürüb bütün sərhədləri dağıtmaq istəyirsən,
sərgərdan Vətənin yaralı bağrını ovutmaq istəyirsən. Əziz oxucular, sizi də
bu şerin misralarıyla tanış etmək istəyirəm:
Bu yurdu çiynimə yükləyin mənim,
Aparım ocağı, piri gəzdirim.
Nə qədər nəfəsi öz üstündədir,
Görsün gözlərilə diri gəzdirim.
Vətən yanğılı bu misraların, Fəridə Ləman, ruhunu vətənsevər könüllərə
necə mehman etməsin? Şair bu şeirdə vətənin pulunu-malını hərraca
qoyanları, halına, əhvalına zərrəcə yanmayanları şiddətli tənqid atəşinə
tutur:
93
Vətən torpağından yarıyanlardan,
Vətən bircə damla yarımayıbdı,
Vətəni hərraca qoyan dəllallar,
Vətən yarasını sarımayıbdı.
“Sözə müştəri” tapılmayan “bazarda” “xınalı quzu”lar cövlan edir. Söz
sənəti, ədəbiyyat qədir-qiymətini itirib, onun başına sığal çəkəni yoxdur.
Bu zəmanədə yazana elə yuxarıdan aşağı baxırlar ki, adam öz yazdığının
yerinə utanır:
Sözün müştərisi yoxdur bazarda,
Dostları ilə paylaş: