142
Ruhu uçsa kim saxlayar canı bəs,
Bais kimdi, kimlər tökdü qanı bəs,
Könül verdin, kimi sevdin, hanı bəs?
“Ağlayan gözəl?!”
Şair bir zərgər dəqiqliyi ilə başı bəlalar çəkmiş və hələ də işğal altın-
da inləyən yurdunun, Cəbrayılın, əziz Qarabağın fəryadlarını könül tel-
lərinə kökləyir, köklənmiş könül telləri kaman təki haray edir, ruhunun
odunda üryan etdiyi sözləri misralara düzür. Bu misraların da hər biri,
sanki “Ağlayan gözəl”in boyuna biçilib. “Ağlayan gözəl” şairlə munis
olub, vəfadarlıq edir və onun çağlayan təbilə yol yoldaşlığı edir. Bəli,
hörmətli oxucular, şeir onda şeir olur ki, o yazanın ruhunu titrətsin, kön-
lünü təlatümə gətirsin, ondan bir-bir misralar doğulsun... Şair “Damcılı”
bulağına bədahətən “Ağlayan gözəl” adı verdim deyir. Müəllif “Damcılı”
poemasında bütöv bir yurdun adlı-sanlı adamlarını nəzmə çəkir. Onların bu
yurdun üstündə bir işıq kimi parladığını və bu işığın ana Vətənin mənəvi
nurlara boyanmasında böyük rol oynadığını poemasının misralarına gətirir.
Əli Rza Xələfli əsərin proloqundan sonra ilk bəndini belə təsvir edir:
“Ağlayan gözəl”i görməyə gəldim,
Gəldim ki, çağlayan göldü Damcılı.
Dillərdə dolaşan əfsanə, nağıl,
Deyirdim bəlkə də sözdü Damcılı.
Bulağın təsvirini ustalıqla əsərin misralarına gətirən şair, sanki oxu-
cunun əlindən tutub onu ömründə görmədiyi yerlərə sözün ovsunuyla,
qüdrətilə səyahətə aparır. Deyirlər ki, şairlərdə həm rəssam, həm də musiq-
içi duyumu olur. Bu iki duyum şairliklə birləşəndə misralar bənd-bənd öz-
özünə çağlayır və ona üz tutan oxucularla könül bağlayıb həmdəm olur...
Şeirdə quruluq varsa, o adamın ruhuyla dildarlıq etmirsə, o şəffaf bulaq
suyu təki qaynamırsa, qaynaya-qaynaya söz kəhrizinə dolmursa, ondan
nə misralar, nə də bəndlər yaranar. Oxucunu da özünə çəkməz. Beləliklə,
Əli Rza Xələflinin Damcılı poemasının bəndlərində yuxarıda qeyd etdiyim
axıcılığı, istiliyi, doğmalığı duyursan. O dəqiqə bir zaman sənə qoynun açıb
ana laylalarına can deyib qucaq vermiş, doğulub pərvəriş tapdığın yurd-yu-
va gözlərin önünə gəlir, sanki müəllif səni Damcılının timsalında əlindən
143
tutub öz yurd-yuvana aparır. Hərəmiz bir tale yazısından yerlərimizdən,
ocaqlarımızdan diyarbədiyar olmuşuq, amma o ocaqların tüstüsü də, ürək
yandıran istisi də bir an belə yaddan çıxmır. İnsanın qan yaddaşıyla ətinə,
sümüyünə, ruhuna yeriyir və adamı bu dünyadan köç edib gedənə qədər
müşayiət edir. Elə Vətən sevgisi də qan yaddaşına çökən o doğmalıqdan, ocağa
səcdədən ağlımızda, şüurumuzda peyda olur, bizimlə sevgili yar kimi dildarlıq
edir. Müəllif Damcılını sözlərinin şirinliyilə oxşayır, bir rəssam fırçasının
dəqiqliyilə vərəqlər üstündə onun canlı tablosunu nəzmə çəkir:
Dostları ilə paylaş: