150
O bölgənin insanları farsdilli olsalar da Müşfiqin dahiyanə şeirləri təmiz
Azərbaycan türkcəsinin axarı-buxarı ilə cilalanıb. Onun şeirlərini oxuyan-
da Azərbaycan türkcəsinə heyran olmaya bilmirsən. Onun hər şeri çeşmə
kimi çağlayır, bulaq kimi gözündən qaynayır. İlahi bir pıçıltı duyursan bu
nəğməkar şairin şeirlərində...
Bu gün özlərinə nəğməkar şair adı qoyub yazdıqları cızma-qaralara
yüzlərlə mahnılar bəstələdənlərin nə şeirlərinin sözləri, nə musiqisi yadda
qalır, çünki ilhamsız yazılan şeirlərdir. İlhamla yazılan şerin musiqisi də elə
onun özüylə birgə doğulur. İstedadlı şairimiz Mikayıl Müşfiqin şeirlərində
olduğu kimi...
Onun “Maralım” şerində istəkli sevgilinin surəti canlanır. Sən onun
gözəlliyindən vəcdə gəlirsən, ruhun içində həyat eşqi çağlayır, sevdanın
əli ömür dəftərini vərəqləyir, könülü haldan-hala salır, bu şeir qəlbə munis
olub ürəyində qalır:
Dolaşma sıldırım sal qayalıqda,
Daşlar ayağını əzər, maralım!
Gəl səni bəsləyim gözümün üstdə,
Etmə aşiqindən həzər, maralım!..
Və yaxud “Sənə qurban” şerində istəkli sevgilisinə hər misradan bir uca
söz sarayı yapır:
Deyirsən yanında qalacağam mən,
Çox gözəl fikirdir, qal sənə qurban.
Nə zaman istəsən əziz canımı
Qumral gözlərinlə al, sənə qurban.
Bu gün pula-vara hərislər, beşgünlük ailə həyatı quranlar, doğulan
uşaqların həyatını faciə dolu ömürlə qol-boyun buraxanlar Mikayıl Müşfiq
şeirlərindən bəhrələnsəydilər mənə elə gəlir ki, pis olmazdı. Onlar sevginin
ucalığını, həyatın şirin olduğu qədər, acı olduğunu dərk edərdilər və
qurduqları ailə həyatının möhkəmliyi üçün can-dildən çalışardılar, çünki
Müşfiqin şeirlərində yüksək həyat eşqi, sevginin, məhəbbətin yenilməzliyi,
möhtəşəmliyi insan ürəyində məhrəmanə hisslər bəsləyir. Onu nəinki öz
sevdiyinə kəc baxmağa, əksinə, adamı bu ilahi hissə ömür boyu sadiq
qalmağa səsləyir.
151
Bu gün yazıq şerin başına min bir oyun açan, bir-birini bəyənməyən
şairlər ordusu yaranıb. Özü də biri-birindən müştəbeh, biri-birindən
havalı! Şerə postmodern yarlığı yapışdırıb, onun hal-əhvalını pərişan edən
bu dırnaqarası söz bahadurları nəinki ədəbiyyatımızı şeirlə parlatmaq
istəyirlər, hətta onu belə getsə şeirsiz qoymaq istəyirlər. Bu gün ədəbiyyat
portallarında gen-bol şeirləri çap olunan bu dırnaqarası istedad sahiblərinin
şəninə internetdən başı çıxan və orda bir oxucu kimi sözünü deməyi ba-
caran insanlar həqarət dolu məktublar yazırlar, hətta şerin necə yazılmasını
bu qələm sahiblərinə başa salmağa çalışırlar. Əziz söz və qələm sahibləri,
bu ürəkbulandırıcı, başgicəlləndirici bir mənzərə deyilmi?!
Beləliklə, əgər biz ingilis kimi yazmaq istəyiriksə ingilisin Şekspiri
olub və onun yazdıqlarını oxuduqca oxumaq istəyirsən, hərgah biz rus
kimi yazmaq istəyiriksə rusun Puşkini olub onun şeirlərinin axıcılığına
heyran olmaya bilmirsən.
Ədəbiyyatdan pul çıxarmaq istəyənlər, onu qazanc mənbəyinə çevirmək
istəyənlər bilməlidirlər ki, bədii yaradıcılıq ilahi ruhun məhsuludur. O ani
fikirlə, içib dəmlənməklə yaranmır. Onun yaranması üçün gərək anadan
şair doğulasan Mikayıl Müşfiq kimi... Şair ilhamın nə olduğunu anlama-
yan, lakin şairlik sevdasına düşənlərə bir dördlüyündə yazırdı:
Dostları ilə paylaş: