Söz köNLÜMÜ QƏLƏm etdi (publiSİSTİk düŞÜNCƏLƏR)



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə48/99
tarix26.12.2016
ölçüsü1,12 Mb.
#3432
1   ...   44   45   46   47   48   49   50   51   ...   99
165
HİMNİMİZƏ BASQILAR…
 Hər dəfə istəyirəm qələmi əlimdən yerə qoyum və yazmayım. Açığını 
deyim ki, axır vaxtlar heç qələmlə də yazmıram, kompüterin düymələrini 
basmaqla məşğulam. Hər halda bu da müasir dövrün qələmi əvəz edən yazı 
üsuludur, amma yazmamaq olmur ki, olmur, çünki bizim insanlarımızın 
daxili və xarici baxışları səni məcbur edir ki, yazasan. Yazmayanda da, 
başıbəlalı  ürək  partlamaq  dərəcəsinə  gəlir.  “Azərbaycan  gerçəkliyi-2” 
məqaləmdə yazmışam ki, biz kölə xalq idik, babalarımız birləşə bilmədiyi 
üçün iki yüz ildən yuxarı köləlik düsturu ilə qol-budaq atmış, onu ruhu-
muzdan beynimizə, beynimizdən yeni dünyaya gələn nəslin yetişməsinə 
sərf  etmişik  və  bu  köləliyin  içində  məddahlıq,  yaltaqlıq,  ikiüzlülük, 
rüşvətxorluq, oğurluq, haqqın tapdalanması, Vətən deyib Vətəni can-dildən 
sevənlərin təhqir olunması, güllələnməsi, sürgünlərə sürülməsi və bir çox 
yadıma sala bilmədiyim gerçəkliklər tarixin, başıbəlalı dolaylarında, özünə 
yer alıb. Bu düşüncə tərzi köləlik illərində bizimlə birgə doğulub ağlımızda, 
şüurumuzda özünə yaxşıca yurd-yuva qurub. 20 ildir torpaqlarımızın bir 
hissəsinin yenidən işğalı ilə biz müstəqillik qazandıq, amma bu o demək 
deyil  ki,  tam  müstəqil  olmuşuq.  Bunun  üçün  öncə  şüurun,  düşüncənin 
müstəqilliyinə  çalışmaq  lazımdır.  Hər  dəfə,  himn  barədə  yazı  internet 
saytlarında  və  yaxud  dövri  mətbuatda  özünə  yer  alanda,  ürəyim  yerə-
göyə  üsyan  edir,  içəridən  canımı  didir,  dağıdır.  Necə  deyərlər,  dözə 
bilmirəm. Vallah dözə bilmirəm, billah dözə bilmirəm… Ey xalq şairləri, 
ey xalq yazıçıları, ey millətin ziyalı, sayılıb-seçilən mənəviyyat, elm, bilik 
insanları, dözə bilmirəm. Axı biz cəmi-cümlətanı 20 ildir ki, parça-parça 
edilmiş, sinəsinə min bir yerdən dağlar, düyünlər vurulmuş, Azərbaycanın 
az bir hissəsində istiqlal qazandıq. O istiqlalı da gözümüzdən al-qırmızı 
qanlarla laxta-laxta tökdülər yerə!.. Yerin bağrı yarıldı, ağrısı köksümüzə 
sarıldı.  O  ağrı  içimizi  göyüm-göyüm  göynədir  hər  gün,  hər  dəqiqə,  hər 
saniyə… Azərbaycan müstəqilliyinin yaradıcılarının məsləkdaşı hesab ol-
unan bəxti qara, ailəsi haqsızcasına, imansızcasına xalq düşməni elan ed-
ilib sürgünlərdə olmazın müsibətlərə düçar olmuş, 1937-ci ildə güllələnmiş 
Əhməd Cavad, sənin nə ağrılı taleyin varmış? Türkiyə Cümhuriyyətinin ik-
inci himni kimi səslənən “Çırpınırdı Qara dəniz” şerini türklər nə araşdırır, 
nə onun haqqında söz-söhbətlər aparır. Elə soruşanda deyirlər, bu bizim 
Əhməd Cavadımızın şeridir. Nə olub ki, bizim istiqlal mücahidlərimizin 


166
nə özləri, nə sözləri, nə o dövrdə dahi Üzeyir bəy tərəfindən yazılmış mu-
siqisi xoşumuza gəlmir?! Nə baş verir? Bu bizim öz içimizdən qaynaqlanır 
və yaxud kənardan bizə diktə olunur? Axı cəmisi dörd bəndlik şerə, İlahi, 
nə qədər araşdırma, nə qədər söz-söhbət ünvanlayarlar? Ey millətimizin 
sevimli qələm əhli, əlinizə, sözünüzə, ruhunuza qurban olum, Vətən deyən 
dilinizə qurban olum!!! Himn müqəddəsdir, toxunulmazdır, bu millət dur-
duqca  durmalıdır.  Onun  nə  özünə,  nə  sözünə  toxunmazlar.  Başqa  xalq-
lar yüz illərlə müstəqillik qazanıb nə himninin musiqisini, nə də sözünü 
araşdırma meyarına çevirib. Araşdırmaçılarımız, qoy gedib hayların əlinə 
keçmiş, bədbəxt Albaniyanın oğurlanmış tarixini, əlifbasını araşdırsınlar, 
əsrlərdir  onu  özününküləşdirmiş  haylardan  haqq-hesab  sorsunlar.  Axı 
“Çırpınırdı  Qara  dəniz”  kimi,  ürək  titrədən,  şeri  yazan  Əhməd  Cavad 
niyə himnin sözlərini yaza bilməsin? Necə, Üzeyirlə bir dövrdə yaşamış 
Əhməd  Cavadla  həmyaşıd,  dost  olmuş  Üzeyir  bəy  bilmirdi  ki,  kimin 
sözünə o musiqi yazır?! Nədən çoxdan dünyasını dəyişmiş, bu insanların 
ruhuna sayğısızlıqlar davam edir? Bəlkə kimsə bu gün himnin sözlərini 
yazmaq  fikrinə  düşüb?  Elə  bir-birimizə  yadlaşma,  bir-birini  daşlama  da 
köləliyin çayır kimi içimizdə qol-budaq atmış bar-bəhəri deyilmi? Dövlət 
atributları – bayraq, himn, herb toxunulmaz olmalıdır. Dövlət atributları 
eyhamlı müzakirəyə qoymamalıdır. Ağlı, huşu olan, Azərbaycan vətəndaşı 
onların  qabağında  diz  çökməlidir.  Kimlərsə  bunu  eləyirsə,  pula  satılmış 
adamlardır!  Belə  adamlar  Azərbaycan  vətəndaşı  adını  daşımağa  layiq 
deyil.  Belə  yazılarla  biz  haylarla  yox,  öz-özümüzlə  vuruşuruq.  Hayları 
alçaltmırıq, özümüzü aşağılayırıq. Bir neçə il öncə Əhməd Cavadın oğlu 
Yılmaz  Axundzadə  televiziya  kanallarının  birində  yana-yana  bu  şerin 
atasına məxsus olmasından danışırdı. Ey bizim qeyrətli, izzətli millətimiz, 
görün  biz  televiziya  kanallarında,  internet  saytlarında,  dövri  mətbuatda 
nəyin  araşdırmasını  aparırıq?  MÜQƏDDƏS  HİMNİMİZİN!  Əlbəttə  ki, 
keçən əsrin əvvəllərində yazılmış bu şeirdə şəkilçi və sözlər baxımından 
bir az fərqlilik var və bu belə də olmalıdır, çünki hər bir dil zaman keçdikcə 
müxtəlif  dəyişikliklərə  uğrayır.  Bu  da  bizim  himnimizin  tarixiliyini 
göstərir. İndi biz hər yüz ildən bir himnimizin sözlərini dəyişəcəyik? Bir 
siz onun sözlərinə fikir verin, ey Vətən eşqilə alışıb yanan soydaşlar, qan 
qardaşlar, necə ruhu titrədir, qəlbi riqqətə gətirir:


167
           Azərbaycan! Azərbaycan!

Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin