Söz köNLÜMÜ QƏLƏm etdi (publiSİSTİk düŞÜNCƏLƏR)


BİZİM ZİBİLLƏMƏ XƏSTƏLİYİMİZ



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə54/99
tarix26.12.2016
ölçüsü1,12 Mb.
#3432
1   ...   50   51   52   53   54   55   56   57   ...   99
177
BİZİM ZİBİLLƏMƏ XƏSTƏLİYİMİZ...
Əslində zibil sözü elə çoxmənalı deyimdir ki, onu bir çox məqamlarda 
işlətmək olar, amma mən bu yazımda küçələrimizdə, yaşayış ərazilərimizdə 
baş alıb gedən zibil yığınlarının bugünkü sağlamlığımız üçün açıq-aydın 
bəlaya  çevrilməsinin  acı  gerçəkliyini  dəyərli  oxucularımızla,  sözə,  fikrə 
qiymət verən qələm əhliylə bölüşmək istəyirəm. İnan ki, bu üzdən xüsusən 
yay aylarında evdən çıxmaq istəmirəm, çünki çıxan kimi ya qonşularla, 
ya  da  zibilləmə  xəstəliyinə  tutulmuş,  kimi  gördüm,  onunla  didişməyə 
başlayıram.  Bu  didişmə  isə  sonucda  ürək  ağrılarımla  başa  çatır.  Necə 
deyərlər, zərbə özümə dəyir, amma neyləyim ki, bu acınacaqlı vəziyyətə 
dözə  bilmirəm.  İndi  bir  çox  məmur  özbaşınalıqlarını,  yağlananların 
haqsızlıqlarını və buna bənzər könül bulandıran mətləbləri çıxmaq şərtilə 
nəinki paytaxtda, hətta bölgələrdə də geniş və ürəkaçan abadlıq işləri ge-
dir. Parklarda, yollarda, küçələrdə səliqə-sahman göz oxşayır, amma kaş 
ki,  bizim  öz  əlimizlə  yaşadığımız  ərazini,  küçəni,  hasarımızdan  o  tərəfi 
zibilləmə  əməliyyatımız  olmayaydı.  Biz  xoşlayırıq  evimizi,  hasarımızı 
daşdan yapmağı, evimizin içini bahalı əşyalarla doldurmağı, hətta pulumuz 
olmasa  belə  kreditlə,  borcla,  xərclə  bu  diləklərimizi  yerinə  yetirməyi… 
Üst-başımızı zinət əşyaları ilə doldurmağı… Necə deyərlər, evimizin içi, 
üst-başımız par-par parıldayar, ancaq evimizdən çıxan zibilimizi mütləq 
hündürmərtəbəli binanın sakiniyiksə ordan aşağı, həyət evində yaşayırıqsa 
hasardan o üzə atmağı xoşlayırıq. Bunu qətiyyən natəmizlik hesab etmirik. 
Elə zənn edirik ki, evimizi, özümüzü təmiz saxlayırıq. Küçədən, parkdan, 
zibilxanalarda qoyulan qutulardan bizə nə, hətta işdir-şayəd aparıb kefi-
mizin  xoş  vaxtı  zibili  zibilxanaya  atmalı  olsaq  onu  qutuya  yox,  mütləq 
yerə tullayırıq. Çox vaxt da bu əməliyyatı azyaşlı uşaqlara tapşırırıq, onlar 
da apardıqları polietilen torbaları elə yolun yarısındaca atıb qaçır. Əllərinə 
alışqan, kibrit düşsə zibilə də od vururlar. Bir də görürsən günəşin yandırıb 
yaxan  vaxtında  tüstü  aləmi  bürüyüb.  Biz  çox  vaxt  bu  yanlışlıqlarımızı 
mənzil-istismar  idarələrinin  boynuna  yıxırıq. Ay  yığışdırmırlar,  ay  apar-
mırlar…  Düzdü,  onları  da  bu  işdə  çox  səriştəli  saymaq  olmaz,  çünki 
zibilliyə  od  vurma  əməliyyatını  çox  vaxt  onlar  özləri  edirlər,  lakin  biz 
heç düşünmürük ki, bu zibilliklər bizim sağlamlığımızın atasına od vurur, 
onun  belini  bükür,  kitabını  bağlayır.  Bu  tədricən,  ağciyər  vərəmi,  ürək 
çatışmazlığı,  qan  azlığı,  xərçəng  (yandırılan  polietilen  torbalar  xərçəng 


178
xəstəliyinin  dost  doğmaca  balasıdır)  xəstəliklərinin  bədənimizi  ünvan 
seçməsinə və bizi vaxtsız məzara yollamasına səbəb olur.
Dünən işıq, qaz, su ödənişləri etmək üçün banka getmişdim. Bank beş 
qatlı binanın birinci qatında yerləşir. Təzə təmirdən çıxıb, necə deyərlər, 
içəri  girəndə  adamın  ürəyi  açılır,  amma  bankın  həyəti  zibillə  doludur. 
Beşmərtəbədə  yaşayan  sakinlər  zibil  atmaq  üçün  aşağı  düşməyi  çətin 
sayıb eləcə yuxarıdan aşağıya – həyətə tökürlər. İşçi xanımlara deyirəm, 
heyif sizin bu təmirdən, həyətdə necə zibillikdir. Deyirlər ki, irad tuturuq 
üstümüzə  hücuma  keçirlər.  Neyləyək,  qanqaraldıcı  vəziyyət  yaratmaq 
istəmirik,  biz  yığışdırırıq,  yuxarıdakılar  tökürlər. Yəni  istəkli  oxuculara 
onu demək istəyirəm ki, bizim elə mənəvi xəstəliklərimiz var ki, ona nə 
həkim, nə təbib, nə də hüquq-mühafizə orqanları çarə edə bilər, çünki bu 
bizə içdən gəlir. Həkimlərin dili ilə desək, genlərlə daxil olur qanımıza…
 Biz donlarımızı həddindən artıq qısa, şalvarlarımızı dar edib küçəyə 
çıxmaqla  və  yaxud  televiziya  kanallarında  belə  əndrəbadi  geyimlərlə 
var-gəl  etməklə,  reklamlarda  vay  sözünə  vuay  deməklə,  elə  bilirik  ki, 
avropalıyıq. Bizə avropalı yox, özümüz olmaq lazımdır, amma küçələrin, 
parkların  təmizliyini  avropalılar  kimi,  yəni  inkişaf  etmiş  ölkələr  kimi 
qorumalıyıq, bacarmırıqsa onlardan bu gözəl mətləbləri öyrənib gündəlik 
həyatımızda vərdişə çevirməliyik.
 Biz hərdənbir əlindən çox əsəbiləşdiyimiz adama zibil deyirik. Yəni 
bu sözü söyüş kimi işlədirik. Deməli, zibilin üfunətli bir şey olduğunun 
fərqindəyik, amma bu üfunətli şeyi uf demədən qapımızın ağzına, dalan-
lara, yol kənarlarına tökürük, hətta insanlarımız, utanıb-çəkinmədən, as-
falta tüpürür də… Günəbaxan tumunu isə çırtlayıb hara gəldi tullayırıq. 
Dayanacaqlar  siqaret  qutuları,  kötükləri  ilə  ah-vay  edir.  Hələ  saqqızı 
demirəm, hərdənbir kefimizə düşəndə onu sərnişin avtobuslarında otura-
caqlara da yapışdırırıq… 
Yazıqlar olsun ki, bunu qətiyyən eyib hesab etmirik. İndi siz deyin, ey 
şərəfli, izzətli millətimiz, bizim zibilləmə xəstəliyimizə kim çarə edəcək? 
Həkimlər, hüquq-mühafizə orqanları, ya özümüz?!
 15.08.2012

Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin