Söz köNLÜMÜ QƏLƏm etdi (publiSİSTİk düŞÜNCƏLƏR)



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə88/99
tarix26.12.2016
ölçüsü1,12 Mb.
#3432
1   ...   84   85   86   87   88   89   90   91   ...   99
ƏDƏBİYYAT YALAN SEVMİR 
Taleyini  qələmə  bağlamaq,  özünü  qələm  əhlinin  əhatəsində  görmək 
içdən gəlməlidir. Necə deyərlər, bu bir mənəvi tələbat olmalıdır. Yəni sən 
yazmasan, yaşaya bilməzsən. Yazmaq həyatı qida kimi səni çuğlamalıdır. 
Yazdığın bədii parçaların içində “baş üstə, bəli” düşüncəsi olmamalıdır. 
Yaradıcı adam tam azad olmalı, öz ruhuna köklənməlidir. Onda ortaya nə 
isə çıxartmaq olar. Tarix boyu şahların, hökmdarların hökm etdiyi zamanlar 
olub və bu gün də var. Tarix çox vaxt başıpozuq hökmdarların ucbatından 
saxtalaşdırılır, həqiqətin üzünə çirkab atılır, həqiqət bir boğçaya bükülüb, 
hansısa taxçada gizlədilir. 
Əsl ədəbiyyat adamı, qələm əhli tarixin qoruyucusuna çevrilir. Yaşadığı 
dövrdə  gizlədilmiş  həqiqətlər  bədii  əsərlərdə,  istər  nəzm  olsun,  istər 
nəsr, istər publisistikada öz əksini tapır. Şairlərin, yazıçıların yazılarında 
dövrün  mühiti  hiss  olunmalıdır.  Sonradan  zaman  keçir,  o  hökmdarlar 
əməlləri  ilə  birlikdə  tarix  səhifəsinə  köçdükdən  sonra,  əsl  qələm  əhlinin 
yazdıqlarında  yaşananların  əks  etdirdiyi  bədii  məhsullar  kara  gəlir.  Tarixin 
yenidən yazılmasında öz bəhrəsini verir. Yalana köklənən ədəbiyyat və onun 
daşıyıcıları saxtalaşdırılmış tarix kimi kitab hücrələrində əbədi toz basır. Bəlkə 
də yaşadığı dönəm kəsiyində o bir çox ödüllərə, təriflərə, titullara sahib olsun, 
amma özü dünyasını dəyişən kimi yazdıqları da dünyasını dəyişəcək.
Keçən  əsrin  90-cı  illərində  Lev  Qumilyovun  tarix  barədə  yazdıqları 
əl-əl gəzirdi, oturub onun yazdıqlarıyla tanış olandan sonra görürsən ki, 
Sovet İmperiyasının sifarişi ilə yazılıb və Rus İmperiyasının təcavüzünə 
bəraət qazandırır, onun nəzəriyyəsilə ruslar hələ 300 il təcavüzkar (pas-
sionar)  xalq  olacaq  və  dünyanı  hələ  300  il  qorxu  içində  saxlayacaq.  O 
öz yazdıqları ilə nəinki bizə, bütün türklərə kifayət qədər çirkablar atıb, 
əsasən  də Azərbaycana…  Özü  bilərəkdən,  ya  bilməyərəkdən  saxta  rus-
erməni tarixçilərinin düşüncələrinin qurbanına çevrilib.


265
Keçən  əsrdə  ədəbiyyatda  yazarlar  arasında  kifayət  qədər  quruluşu 
öyən, onun varlığına mədhlər söyləyənlər, vaxtlarını boşuna sərf etdilər, 
sağlıqlarında quruluşdan bəhrələndilər, amma onların yazdıqlarının çoxusu 
indi nə ədəbi məhsullar kimi dəyərli, nə də insan mütaliəsi üçün yararlıdır. 
Yalnız o dönəmi işıqlandırmaq üçün tədqiqatçılara lazım olar.
Bu yaxınlarda saytların birindən oxudum ki, Böyük Atatürkü əlinə si-
lah götürüb, Vətəni xilas etməyə ruhlandıran dahi Hüseyn Cavidin “İblis” 
dramı olub. Hüseyn Cavid cismən sağlığında çox dəhşətlərə, haqsızlıqlara, 
imansızlıqlara  düçar  oldu.  Ailəsi  faciələrə  atıldı,  özü  Sibirin  soyuq 
buzlarında  məhv  edildi.  Etiraf  edək  ki,  ədəbi  məhsullardan  başı  çıxan 
bir  kimsə  taparsınızmı  Hüseyn  Cavidi  sevməsin?!  O  bu  gün  aydınların, 
ziyalıların, səviyyəli oxucuların qürur mənbəyidir.
Ədəbi yaradıcı məhsullara baş vuranda görürsən ki, bir çox qələm əhli 
kökündən  sapmanı  özünə  həyat  amalı  seçib.  Bədii  məhsulların  içində 
şounu andıran məqamlar bəzən adamı özündən çıxarır. Keçmişinə dodaq 
büzmək, ədəbi ənənələrə arxa çevirmək, şeri, şeriyyəti söz yığını etmək, 
sanki ali bir məqsədə çevrilib. Gənclik – gözəllik, enerji, yaradıcılığın vul-
kan  təki  püskürməsi,  güc-qüvvət,  sağlamlıq  deməkdir. Yaradıcı  gənclik  bu 
imkanları kökünə-soyuna bağlılıq, təmənnasız yaradıcılıq fövqündə qurmalıdır. 
O heç kəsdən yaratdığına ödül gözləməməlidir, yaradılan bə dii məhsul ürək 
yanğısı ilə, təbii mənəvi tələbatla yazılmalıdır. Azad yaradıcılığa görə, insan 
özünə gündəlik yaşamı üçün başqa peşə seçməlidir. Ədəbiyyat adamının gizli 
könül hücrəsi olmalıdır, orda yalan, böhtan, yaltaqlıq, ikiüzlülük, kimlərəsə 
yarınmaq, mənəvi dünyanı aşağılamaq olmamalıdır. 
Keçən  əsrin  əvvəllərində  haqsız  böhtan  və  qırğınlara  məruz  qalan 
ədiblərin həyatına və yazdıqlarına diqqət kəsildikdə görürsən ki, yaşadıqları 
zaman kəsiyinin ab-havasını öz qələm məhsullarında əks etdirən bu insanlar 
ədəbiyyatımızın baş əyəsi, fəxarətlə yad ediləsi şəxsiyyətləri olublar.
Bu gün ədəbiyyatımızı bölgələrə parçalayanlar, bölgə psixologiyasından 
qurtulmayanlar,  bir-birinin  yazdıqlarına  xor  baxanlar  yaradıcı  gəncliyə 
kö  nül  verməlidirlər.  Onları  xoş  məramları  ilə,  canıyananlıqlarıyla  qəlblərini 
isitməlidirlər. Yaradıcı gəncliyin yaşlı ədəbi nəslin deyəcəyi xoş sözə, iltifata, düz 
cığıra, düz yola ehtiyacı var. Biz bunu anlamalı və onlara qayğı ilə yanaşmalıyıq. 
“Burda mənəm, Bağdadda kor xəlifə” deyib gənc nəsil tərə findən yazılan ədəbi 
məhsullara dodaq büzmək olmaz. Onlar bizim sabahımızdı, hər bir sabah isə qoy-
nunda yuva saldığımız Vətənin varlığından keçir. 


266
Yaxın keçmişimizdə Qarabağ haqqında yazılan bədii məhsullar barədə 
yerli  qarabağlı  yazarlardan  eşidirdim  ki,  bu  dəhşətlər  bizə  aiddir,  biz 
bunları qələmə almalıyıq, digər bölgələrdən olan yaradıcı insanlar bunları 
bizim kimi yazılarında əks etdirə bilməz. Bu çox gülməli və ürəkağrıdıcı 
fikirdir.  Dəyərli  qələm  əhli,  rica  edirəm,  vətəni  bölgələrə  bölməyək,  on-
suz da Azərbaycandan bölünə-bölünə heç nə qalmayıb. Bizim bütün bölgə 
mərkəzlərimizdə  Şəhidlər  Xiyabanları  var,  bu  Xiyabanlarda  yatanlar,  orda 
azğın  düşmənin  fəğan  etdiyi  ana  məmləkətimizdə  üzünü  torpağa  sürtüb 
Vətən uğrunda can verdi, o dərd hamımızın dərdidir, keçən əsrin 90-cı illəri 
bizim cavanlığımıza düşdü, bizim gəncliyimiz acı hönkürtülərlə, göz yaşları 
ilə keçdi, indi də içimizdə bu ağır kədəri daşıyırıq, o dövrün gəncləri bu gün 
hamı  əsəbi,  hamı  xəstədir.  Qarabağda  baş  verənlər  Güneyli-Quzeyli  bütöv 
Azərbaycanın yarasıdır, bu yaranı sağaltmasaq hələ çox qanlar axacaq.
Möhtərəm ədəbiyyat adamları, gəlin ədəbiyyatımızı ədəbi məhsullarda 
baş  alıb  gedən  yalanlardan  xilas  edək,  gəlin  ruhumuzun  təmizliyinə 
diqqət  edək,  axı  ruhun  ağrısı  vicdan  ağrısı  deməkdir,  o  insanı  ölənədək 
rahat buraxmır, hələ deyilənlərə inansaq, o dünyada da cəzası var. Yazımı 
burdaca  bitirmək  istərəm,  dəyərli  oxucular,  həm  ürəyi  həyat  eşqilə  qa-
ynayan ədəbi gəncliyə, həm də yaşlı yazar nəslə cansağlığı diləyilə, türk 
qardaşlarımız demişkən, xoşca qalın!
  25.03.2015

Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin