SAYMAN ARUZUN “YÜZ İL İNQİLAB”
KİTABINDA GÜNEY fƏRYADI
Ey Vətən, Azərbaycan, qalx, özün söylə, niyə sən belə paramparçasan?
Səni bu günə salanlara üsyan et, fəryad eylə! Güneyindən Quzeyinə
Quzeyindən Güneyinə haray sal, bu haray qoy bütün dünyanı silkələsin.
Qoy bütün dünya başa düşsün ki, AZƏRBAYCAN adında parçalanmış,
qərbində işğalçı, ipə-sapa yatmayan Ermənistan (Hayıstan) adında qond-
arma bir ölkə yaradılmış, Qarabağı Rus İmperiyasının tapdağının qurbanı,
Güneyi fars-molla zülmü altında əzilir, bütün bunları sənin dünyaya
səpələnmiş 50 milyonluq xalqın həll etməlidir, VƏTƏN, VƏTƏN,
VƏTƏN… sən məni eşidirsənmi VƏTƏN?..
Uzaq illərin xatirəsidir. Siyəzən şəhər 2 saylı orta məktəbdə 9-cu
sinifdə oxuyurdum, bir gün Sima adlı bir sinif yoldaşım mənə əl içi boyda
bir kitabça bağışladı. Kitabçanın üstündə Məhəmmədhüseynin Şəhriyar
və “Heydərbabaya salam” sözləri yazılmışdı. Kitabı elə dərsarası fasilələr
zamanı oxudum və çox həyəcanlandım. İnanın ki, həmin gün keçilən
dərsləri unutdum və bütünlüklə dahi şairin poemasına kökləndim. Mən on-
dan qabaq da İran tərkibinə ürcah olunmuş Güney Azərbaycan barədə bir
çox bədii kitablar oxumuşdum, amma “Heydərbabaya salam” poeması qədər
mənim könlümü təlatümə gətirən ikinci bir əsər olmamışdı. Əsər, sanki büt-
ün Güney Azərbaycanın dilinin, varlığının fəğanı, harayı, fəryadı idi. Bu,
bütünlükdə Azərbaycan xalqının harayını aləmə yayacaq, bütün dünyaya səs
salacaq böyük şairin hecada bərqərar olmuş misralarının dili, hayqırtısı idi…
“Heydərbaba” poeması nəzm diliylə bizim kimliyimizi bizə diktə edən
acı həyat dərsi idi… Bu poema ana laylasıtək doğma, lətif, şirin gəlmişdi
256
mənə… O illər arxada qalıb, Azərbaycanın Quzeyi artıq müstəqillik qazanıb
min bir qanlar bahasına olsa belə, Güney isə hələ də azadlığa çıxacaq
gününü gözləyir. O gün gələcəkmi? Gələcəksə, bəs nə zaman? Nəsillər
dəyişir, tarixə dövlətlər bəxş edən Azərbaycan torpağı hələ də parça-parça,
tikə-tikədir… Elə bu ağrılı taleyimizə çıraq tutan gənc yazar, nasir-şair
Sayman Aruz “Yüz il inqilab”la bizi qəflət yuxusundan ayıltmağa səsləyir.
Elə bir axşam virtual kitabxanada rastlaşdığım Sayman Aruzun “Yüz
il inqilab” kitabıyla baş-başa qaldım. Romanı bir nəfəsə oxudum. Əvvəlcə
Sayman Aruz barədə bir neçə kəlmə dəyərli sözün qiymətini bilənlərimizlə
fikirlərimi bölüşmək istəyirəm. Sayman Aruz Güneydən Quzeyə o tayın
ağrı-acısını qəlbinə yükləyib bu taya üz tutmuş istedadlı qələm adamıdır.
Sayman bəy bəlkə də bu ağrıların çoxunu özü yaşamış, özü məşəqqətli
həyatla baş-başa qalmış adamdı. Ona görə də Onun “Yüz il inqilab”ı belə
təsirli, könül titrədən məqamlarla doludur. Bu kitab bir millətin dilini, varlığını
itirmək təhlükəsilə üz-üzə qalmış ömür hekayəsidir. Din adı altında xalqların
istəklərini boğan, onları dilindən, varlığından, ruhundan uzaqlaşdıran bir
ölkədə cərəyan edən vəhşiliklərin çarəsi nə ilə çözülər, dəyərli Vətən əhli? Bizi
bizdən ayıranlar hər şeyə nail olublar, torpaqlarımızı parçalamaqla, varlığımızı
aşağılamaqla, kimliyimizi yasaqlamaqla... Amma bir şeyi unutmamalıdırlar ki,
haqq nazilər, üzülməz… atalar demiş…
Əsərdə baş qəhrəman Seyiddir. Elə bütün baş verən hadisələr də Seyidin
dili ilə nəql olunur və onun ətrafında cərəyan edir. Seyid özü bədbəxt insandır,
bütün istəkləri gözündə qalmış, nəsibi isə adama cismani əzab verməkdir.
Onun taleyinə güney Azərbaycanın Sulduz şəhərində həbsxanada işləmək
düşür. Bu onun gündəlik işi, peşəsidir, təsadüfən həbsxanada uşaqlıq sev-
gisi olan Raziyə ilə qarşılaşır… Müəllif qadın qəhrəmanı Raziyəyə verilən
amansız işgəncələri oxucuların gözlərindən yaş çıxardacaq dərəcədə bəyan
edir. İran zindanlarında din, Allah adıyla adamlara tutulan divanlar insanı
dəhşətə gətirir. “Quran”dan saysız-hesabsız təfsir kitabları yazıb pul-pa-
ra qazananlar, gündəlik həyat tələbatlarını ödəyənlər, adamların beyninə
bütün günü “şaxsey-vaxsey” aşılayanlar bəs Allah bəndələrinə niyə böylə
zülmdə bulunurlar?
Bəs zülm etdikləri insanların yaşam haqqı yoxmu?! Əsərdə öz var-
lıqlarını döyülə-döyülə, əzilə-əzilə, tutula-tutula, asıla-asıla qoruyan
binəva millətimizin acı həyat dastanı adamın ürəyini param-parça edir.
Axı Raziyə də, Seyid də başqa cür həyat yaşaya bilərdilər, hər insana bir
257
ömür düşür, bəxtə düşən ömrü viran edib, bundan kam alanlar özləri öz
cəzalarına yetəcəklər, bunun gec-tezi var… Elə müəllif də əsərin sonunda
Seyidin əlilə bu vəhşiləşmiş adamları məhv edir. Feyzi, Hacı, molla, doktor
verdikləri zülmün cəzasını alır, Seyid tərəfindən güllələnir, axırıncı gülləni
isə Seyid özünə saxlayır və özünü məhv edir. Raziyənin boğazına kəndir
keçirib onu assalar da, o əsərdə hamıdan pak, hamıdan yüksəkdədir, sanki
yaralı Azərbaycanın özüdür Raziyə. Öz uşaqlıq sevgisinə məftun olub heç
kimlə ailə qurmayan, öz dilini, varlığını, vətənini sevdiyi üçün həbsə atılan
və işgəncələrə məhrum olan, istəklisi Seyidlə həbsxana divarları arasında
üz-üzə gələn, elə onun tərəfindən işgəncələrə məruz qalan, öz bakirəliyini
də illərlə sevdiyi bu adama – Seyidə təslim edən Raziyə…
Budur bizim ana-bacılarımızın təmizliyi, paklığı! Bəs bu gün bizə nələr
təbliğ edilir – vətənsizlik, keçmişimizə, mənəviyyatımıza arxa çevirmək,
hər cür pozğunluğun təbliği, qərbi yamsılamaq, qərbə yarınmaq üçün
Vətənin müstəqilliyini təhdid etmək, el adət-ənənələrini təpikləmək, xor
baxmaq, dodaq büzmək…
“Yüz il inqilab” kitabını oxuyanda müəllifin vəsf etdiyi Raziyə
namuslu-qeyrətli vətən qızı, vətən övladıdır. O, illərlə istəklisinin bağış-
ladığı gümüş üzüyü barmağında əziz xatirə kimi qoruyub saxlayır, öz
istəklisinə qovuşmasa belə, onun sevgisi ilə yaşayır, uşaqlıq günlərinə
çıraq tutan üzük ona ən dəyərli xatirədir. Ona görə də Seyiddən o üzüyün
qaytarılmasını rica edir, amma Seyidin onun illərlə həsrətində qaldığı
istəklisi olduğunu asılacağı gündən bir gün öncə bilir. Bu o gün idi ki,
onu məcburi öldürülməmişdən əvvəl bakirə olduğu üçün zindanda faciəvi
toy edəcəkdilər… Budurmu bizim inandığımız, körpəlikdən beynimizə
yeridilən, səcdəsi vacib bilinən Din! Əgər budursa, islam adıyla insan-
lara vəhşət göstərənlərin cəzasını Allah niyə vermir?! Din adıyla insanları
bir-birinə qırdıranlar, yağı edənlər, bəs görəsən, tanrı xofunu ağıllarından
keçirirlərmi? Gücü, silahı, hakimiyyəti ələ keçirənlər anlamırlarmı heç bir
imperiya zülmlə uzağa getmir? Gec-tez özülü, bünövrəsi titrəyir, divarları
çökməyə başlayır.
Əsərdə müəllif İran-İraq müharibəsindən, sərhəddə yerləşən Sulduz
şəhərinin adamlarının çəkdiyi müsibətlərdən obrazların diliylə yana-yana
bəhs edir. Əsərdə kürd yaraqlılarından, onların şəhərə basqınından bəhs
edən müəllif o insanların da faciəvi həyatını qələmə alır. Əslində imperiya-
lar daxilində yaşayan xalqları bir-birinə yağı etmək güc qurumlarının əlində
258
ən düşünülmüş silahdır. Elə əsərdə də bu gerçəkliklə qarşı-qarşıyayıq.
Kürdü türkə düşmən edənlər əslində “parçala, hökm sür” siyasətilə yaşayır
və çox vaxt da buna nail olurlar. Əzəli Azərbaycan torpaqlarına sahib
çıxmaq istəyənlər bu diyarda, bu məmləkətdə yaşayanların dillərinə yasaq
qoyub. Əgər bir kimsənin kimliyini yox etmək istəyirlərsə, birinci onun
danışdığı dildə olan kitaba, yazıya, əlifbaya qadağa qoyulur. Elə İran zül-
mü altında əzilən həmvətənlərimiz də bu yasaqla üz-üzədirlər.
“Yüz il inqilab” əsəri haqqında yazılan məqalələrin birində oxumuşam
ki, əsərin dilində qüsurlar var, amma mən bunun tam əksini deyərdim.
Əsər çox şirin və oxunaqlı dildə yazılıb, Güneyin yapışıqlı, ürək oxşayan
ləhcəsindən də çalarlar var romanda. Ələlxüsus nəzərə alsaq ki, əsəri ya-
zan müəllif yazısı-pozusu, ana dili yasaq edilmiş bir rejimdə boya-başa
çatıb, fars dilli məktəb, institut bitirib və doğma dildə təhsil almayıb,
onda ancaq Sayman Aruza təşəkkürlər düşür, çünki ana dilli məktəblərlə
dolu Quzeyimizdə nə qədər insanlarımız öz dilində təhsil almağı, bu dilin
gözəlliklərindən bəhrələnməyi özünə ar bilib. Elə indi də bədii yaradıcılıqla
məşğul olub, özünə şair, yazıçı adı verənlərin bir çoxunun yaratdığı ədəbi
məhsullarda bol-bol dil kasadlığı ilə üzləşirik. Yenə də təkrar edirəm,
amma Sayman Aruz o tayda doğma dildə məktəb, tədris görməyib, yazılı
şəkildə ana dilindən bəhrələnməyib. Onun ana dilində əxz etdiyi yalnız
şifahi yolla doğmalarından eşitdiyi, duyduqları olub. Bu barədə müəllif
ən böyük təriflərə, alqışlara layiqdir. Deməli, Güneyli bacı-qardaşlarımız
şifahi şəkildə bu dili yaşadıb, nəsildən-nəslə ötürüb. Biz kirilə keçəndə
onlar da bizimlə kiril əlifbası ilə yazışdılar, məktublaşdılar, latına keçəndə
latın əlifbası ilə. Allah sizləri qorusun, əziz Güneylilər.
Bir-iki kəlmə də xaçpərəst və müsəlmanlar arasında paralellər apar-
maq istəyirəm. Hamımızın bildiyi kimi Azərbaycanın Quzey tərəfi Rus
imperiyasının əsarəti altında olub, bu əsarətə baxmayaraq, biz öz dilimizdə
yazıb oxumuşuq, təhsil almışıq, orta-ali məktəblərimiz olub, amma ruslar
bizə tam yad bir millət olub həm dili ilə, həm dini ilə. Amma bizim ana
dilimizə yasaq qoymayıb, bu dildə tədrisimizi əlimizdən almayıb, bu dildə
musiqimiz, muğamatımız, folklorumuz, ədəbiyyatımız, elmimiz inkişaf
edib, nə qədər başqa sahələrdə bizə qarşı qəddar olsalar belə…
Azərbaycanın Güney tərəfi isə İranın əsarəti altındadır. Dini, hətta
məzhəbi (hərçənd ki, mən məzhəbləri qəbul etmirəm və tanımıram) də
bizimlə eyni olan bir xalq niyə bizim dilimizə, varlığımıza qarşı belə
259
amansız mövqedədir? Məgər islami dəyərlər qəddarlığımı, başqa xalqların
varlığını danmağımı təbliğ edir? Əsla yox! İslam, təkcə islam yox, büt-
ün dini kitablar, sülh, ülfət, sədaqət, saflıq, xeyirxahlıq aşılayır insanlara.
Əfsus, nə fayda, səhərdən axşama qədər “Allahu-əkbər” deyənlər, möhürlə
alnını göyərdənlər insanların haqqını tapdalayır, 50 milyonluq bir xalqın
dilinə yasaq qoyur. Bu da bizim din qardaşlarımız, dindaşlarımız.
Güneyli-Quzeyli Azərbaycan ədəbiyyatının görkəmli gənc simalarından
biri olan Sayman Aruz millətimizin dəhşətli həyat hekayətini özünəməxsus
dillə yana-yana, qövr edə-edə “Yüz il inqilab” romanında qələmə alıb və
dəyərli sözə, mənəviyyata qiymət verən vətən əhlinin ixtiyarına verib. And
olsun kitaba və qələmə, bu kitabı oxuyan heç nə itirməz, əksinə, içində
Vətən eşqi şahə qalxar, sizlərə bu eşqlə baş-başa qalmağı diləyirəm.
Sayman Aruza isə yeni-yeni yaradıcılıq uğurları…
Dostları ilə paylaş: |