ÖN SÖZÜ VACİB BİLİNƏN HEKAYƏ
Ömrünün çiçəklənən vaxtında həyatı acılar içində keçən bir həm-
vətənimizin keşməkeşli taleyindən bəhs edən “Erməni həkimin borcu”
hekayəsi məni çox təsirləndirdi. Həyat hər bir kəsin bəxtinə bir dəfə düşür.
Hər bir insan övladı çalışır ki, ağlının bacardığı qədər nəyə isə nail olsun...
277
Hekayəni araya-ərsəyə gətirən müəllif Ceyhun Ağabəyov əslində həyati
əhəmiyyətli vacib bir mövzunu qələmə alıb. Gözəl şeirləri ilə ürəkləri
riqqətə gətirən şair, qələmini nəsrdə də sınayıb. Əslində nəsrlə qələmə
alınan bu yazı insanlarımızı ayıq-sayıqlığa səsləyir. Bizlərin hər birinin
yolu ən azından bircə dəfə olsa belə xəstəxanalardan keçir, elə bir insan
tapmazsan ki, o hansısa həkimə, ya xəstəxanaya müraciət etməmiş olsun.
Bizlər tibb ocaqlarına ümidlə gedirik, şəfa bulmaq üçün üz tuturuq, amma
bəzən elə olur ki, ümidimiz puç olur, ömrü boyu çarpayı möhtacı oluruq,
ya da vaxtsız həyatı tərk etmək qismətimizə düşür.
Bilərəkdən və ya bilməyərəkdən insanlar həkim yanlışlığının, səhvinin
qurbanı olur. Müəllifin bəhs etdiyi hekayədə isə milliyyətcə mənfur
qonşumuz erməni Sveta Bacanyanın açıq-aşkar çirkin cinayət əməli ifşa
olunur. Hekayənin əsas qəhrəmanı Nail 15 yaşlı yeniyetmədi, məktəb
illərini başa vurmadan xəstəliyə düçar olan uşaq qəfil ağrılarla Bakı
şəhərinə gətirilir, burda hadisələr erməni həkimin ətrafında cərəyan edir.
Həkim uşağı ömürlük əlil edir...
Bu il mənim doğmalarımdan birinin başına gələn faciəni də qısaca
dəyərli oxucuların diqqətinə yetirmək istərdim. Soyuq qış günü idi, bağça
yaşlı balaca Əsmər birdən-birə xəstələndi. Yaşadıqları binada yanğın
olmuşdu, uşaq qorxmuş və dalağı şişmişdi, həkimlər ona qanda xərçəng
(leykoz) diaqnozu qoydular. Uşağı Nəsimikənd bazarının arxasında yer-
ləşən Xərçəng Xəstəxanasına yerləşdirdilər, 5 yaş yeddi ayında olan bu
balaca qızı da üzü üstə uzatdılar, belindən 3 dəfə ilik götürdülər, uşaq cəmi
beş gün yaşadı, dedilər götürün aparın evə, uşağı evə gətirdilər, uşaq 5 gün
fəryadla can verirdi. Mən bu dəhşətli mənzərənin şəxsən şahidi oldum, bu
dəhşəti bizə həkimlər yaşatdı... Milliyyətləri kim idi dəqiq bilmirəm, adları
bizim adlardan idi. Mən Qusar rayonunun Balaqusar kənd orta məktəbində
tarix müəllimi işləyən, bədii yaradıcılıqla da məşğul olan, şair-jurnalist
Ceyhun Ağabəyova yaradıcılıq uğurları diləyirəm.
23.04.2016
|