282
NİZAMİ MƏQBƏRƏSİ
ÖNÜNDƏ RƏQS
İki gün bundan qabağın sözüdür. Mədəniyyət Azərbaycan Televiziya
Kanalına baxırdıq. Gəncədə Nizami məqbərəsinin önündə oğlan və qızların
rəqsini göstərirdilər. Doğrusu, mən o qədər də fərqinə varmadım. Birdən
həyat yoldaşım dedi,
bunlara bax e, gör harada rəqs edirlər?!
Orda rəqs,
musiqi olmaz,
ora ziyarətə gedərlər, rəqs etməzlər…
Elə bil yuxudan ayıldım, həqiqi mənada çox pis oldum. Adətən məzar
yerləşən yerə ziyarətə gedərlər. Nizami Gəncəvinin məqbərəsi önündə rəqs
ansamblını nümayiş etdirmək, məncə, heç bir məntiqə sığmır, çünki hamı
bilir ki, orda dahi şairin məzarı yerləşir, məzar yerləşən məkanda hansısa
rəqsi görüntüləmək heç yaxşı hal deyil. Zənnimcə, bu orda yatanın ruhunu
incitməkdən savayı bir şey deyil.
Yəqin ki, hər dəfə o məkanda hansısa bir musiqi nömrəsi nümayiş
etdiriləndə bizim kimi fikirləşənlər az olmur. Ona görə bu kimi işləri həyata
keçirən, məsul olan şəxslər diqqətli olmalıdırlar. Nizami Gəncəvi dünyəvi
şairdir, indi bizim teleməkana da xaricdən baxanlar az deyil. Özümüzü et-
diyimiz qeyri-normal hərəkətlərlə gülüş hədəfinə çevirməyək. Kənardan
vallah, billah yaxşı görünmür.
Məqbərə və onun ətrafı oxumaq, oynamaq məkanı deyil. Ora ziyarətə
gedərlər, ən azından müsəlman olduğumuza görə, məzarda yatanın ruhuna
salavat çevirərlər.
Doğrudan da, hər hansı düşünülməmiş hərəkət, yersiz ağızdan çıxan
söz, taleyüklü məsələlərdə tələskənlik sonradan qarşısıalınmaz ağrı-
acı ilə özünü büruzə verir. Mənə elə gəlir ki, məqbərə önündəki rəqs də
düşünülməmiş hərəkətin bəhrəsidir.
Bu kiçik məqaləni dahi şairin öz sözləri ilə bitirmək istəyirəm:
“Bir inci saflığı varsa da suda,
Artıq içiləndə dərd verər o da”.
10.07.2016
Dostları ilə paylaş: