Söz köNLÜMÜ QƏLƏm etdi (publiSİSTİk düŞÜNCƏLƏR)


GÜNDƏM XƏSTƏLİYİNƏ TUTULANLAR



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə91/99
tarix26.12.2016
ölçüsü1,12 Mb.
#3432
1   ...   87   88   89   90   91   92   93   94   ...   99
GÜNDƏM XƏSTƏLİYİNƏ TUTULANLAR
Axır zamanlar məndə belə fikir yaranıb, təhsildə davamiyyəti zəif olan, 
kifayət qədər məktəbdə öyrədilən fənlərdən baş çıxarmayan insanların bir 
çoxu qələm əhli, ya da müğənni olur. Mənim indiki yazacağım mövzuda 
qətiyyən  müğənnilərlə  işim  yoxdu.  Bu  mövzu  ilə  qoy  musiqi  sahəsində 
çalışan, ömrünü-gününü o işə sərf edən adamlar məşğul olsun. Mənim özü-
mün də içində olduğum mühit axır zamanlar daha çox narahat etməyə və 
həyəcanlandırmağa başlayıb. Necə deyərlər, hərə əlinə bir qələm götürüb, 
bir-iki hekayə, ya şeir yazandan sonra çevrilir şirə, az qalır ətrafındakıları 
dağım-dağım etməyə, hətta nəinki ətrafdakıları, bir neçə əsr bundan qabaq 
dünyasını dəyişib haqq aləminə qovuşmuş insanlarımıza qarşı zəif inkişaf 
etmiş  beyinlərinə  nə  düşdü  sözə  çevirib  indi  internetdə  geninə-boluna 
var-gəl edən saytlarda çirkab atmağa, hay-həşir salmağa… Guya bunlar 
ədəbiyyatımızda  inqilab  etmiş  dahilərdi.  Bunların  işığı  elə  aləmə  düşüb 
ki, günəş bunların yanında yalan olub. Bunlar olan yerdə klassiklərimiz 
Füzuli, Nəsimi, Xətai kimdi? Onlar eşqdən, güldən, bülbüldən yazıblar, bu 
üzdəniraq dahilərsə ədəbiyyatımızda tapıntılardı.


272
Adama  deyərlər,  ay  özünü  yazar  sayan  bu  tip  bədbəxtlər,  Füzuli, 
Nəsimi,  Xətai  harda,  siz  harda?  Füzuli  çoxdan  sizin  kimiləri  həm  öz 
dövründə, həm də sonrakı dövrlərdə öz nəhəng söz kəhkəşanı ilə özünün 
də dediyi kimi (“Mən qoparıb atmışam min dağı bir dırnaq ilə”) bir dırnağı 
ilə qoparıb atıb. Siz onun-bunun qeybətini qırmaqdansa başınızı salın aşağı 
ağıl qazanınızda nə isə varsa bişirin, sonra ortaya qoyun. Xarici yazarların 
yazdıqlarının orasını-burasını düzəldib, özününküləşdirib, surətini çıxar-
mayın. Siz xarici yazarlar kimi yazmaqla nə alman, nə ingilis, nə də di-
gər millət olacaqsız. İnanın ki, bu çox gülünc görünür. Xarici oxuculara 
da  hər  millətin  adət-ənənəsi,  mədəniyyəti,  yaşam  tərzi,  həyata  baxışı 
maraqlıdır. Saqqal-bığınızın görkəmini dəyişib, xarici yazarlar sayağı cəh-
cəh vurmağınız gülünc görünür, bu həm də sizin kimi cikkildəyən qadın 
yazarlara da aiddir. Necə deyərlər, bağa qınından çıxıb qınını bəyənmir. 
Mən  başa  düşə  bilmirəm,  siz  hansı  ailələrdən  çıxdız,  sizin  çıxdığınız 
ailələrdə  hansı  qeyri-adiliyi  yaşadız  ki, Azərbaycanın  həm  çörəyi,  həm 
suyu, insanlarının yaratdıqları sizə zəhər dadı verir. Siz körpə ikən beşiyiniz 
başında analarınız layla demədimi? İçinizi kök-soy sevgisilə doldurmadımı? 
Hardan, nədən qaynaqlanır sizdə kökə, soya nifrət? Axı siz keçmişdə və bu 
gün bədii yaradıcılıqla məşğul olmuş insanlarımızdan nə istəyirsiz? Bununla 
nəyə nail olmaq istəyirsiz? Fikrimcə, fitri istedadı olan kəs heç kəsin bostanına 
daş  atmaz,  öz  ürək  çırpıntılarının  səsini  dinləyər,  özünün  bacardığı  qədər 
yaradıcılığa nail olar. Nifrət heç zaman heç kəsi xoşbəxtliyə çatdırmayıb, xoş 
günlər nəsib etməyib. Nifrət insanı uçuruma aparır. Bədbəxtliyə düçar edir. 
Siz sovet dövrünün yazarlarını daşlamaqla nəyi qazanırsız? Onlar heç olmasa, 
işğal dövründə dilimizi qorumağa nail olublar, siz o zamanlar doğulsaydız 
necə və hansı dildə cəh-cəh vurardınız, Allah bilir… 
Yaradıcı  insanın  kimliyi  onun  aldığı  ödüllərin,  hansı  birliyin  üzvü 
olmağıyla ölçülmür. Sizin həsrətində olduğunuz “Nobel” mükafatı da çox 
vaxt siyasi meyarlara xidmət edir. Siz hansı etnik kökə sahib olmağınıza 
baxmayaraq, bu torpağın suyunu, çörəyini daddınız, bu ölkədə boya-başa 
çatdınız, Avropanın hansı küncündəsə yuva qurmaq üçün öz kimliyinə xi-
laf çıxmaq satqınlıqdan başqa bir şey deyildir. İnanın ki, satqını heç kəs 
sevmir, nə daxil, nə xaric!
Füzuli  bəşəri  sevgini  ilahiləşdirdi,  eşqi  heçliyə  endirənlərin  düşün-
cələrinə qarşı çıxdı, özü eşqin zirvəsini fəth etdi, axı sizlər bunu necə dərk 
edib, qavrayasız, özünüz uçurumun dibindəsinizsə…


273
Sizlər kompüterin düymələrini basmaqla, bir-iki proqramları əz bər lə-
məklə özünüzü dahi sayırsınızsa, onda yazıqlar olsun bizim gələcəyimizə…
Dəqiq  deyə  bilmirəm,  sizlər  daxildən,  ya  xaricdən  maliyyə  dəstəyi 
alıb  ortaya  çıxmısınız,  amma  həqiqət  budur  ki,  sizlər  ədəbiyyat  adamı 
yox, ədəbiyyata baş ağrısısız… Sizlər hansı ocaq, hansı qurum yaradırsız 
yaradın,  bu  əqidəylə  heç  bir  uğur  qazana  bilməyəcəksiz.  Halal  uğur 
qazanmağın  yolları  istedaddan,  ağır  zəhmətdən,  özünün  üstündə  çalış-
maqdan,  yaradıcılıqdan  savayı  digər  peşəyə  yiyələnməkdən  keçir.  Yəni 
sənin başqa peşədən gəlir mənbəyin olsun və heç kəsdən asılı olmayasan, 
özün öz sözünün sahibi olasan. Bütün bunlara sahiblik isə orta məktəbdə 
qazandığın biliklərdən boy göstərir.
Yoxsa səhərdən axşama qədər gününü çayxanalarda keçirib, özündən 
çox-çox ucalarda dayananların haqqında ağına-bozuna baxmadan ağzına 
gələni  üyüdüb-tökmək  savadsız,  məqsədsiz,  amalsız  adamların  işidir. 
Sizlər  hələ  gəncsiniz,  oxuyub  hansısa  sənətə  yiyələnmək,  sizlər  üçün 
hələ gec deyil, əgər buna daxili gücünüz və savadınız çatırsa... Ədəbiyyat 
qeybətlə, kimlərinsə ünvanına şər-böhtan söyləməklə yaranmır, ədəbiyyat 
istedadlı adamları sevir, onlara ana təki isti qucağını açır. Adam ədəbiyyatda 
yaratdığı  ocaqla,  qurumla,  aldığı  ödüllərlə,  tutduğu  kürsüylə  yox,  nəyi 
yaradıbsa  onunla  qalır.  Füzulilər,  Nəsimilər,  Xətailər,  Seyid  Əzimlər  və 
digərləri  öz  yaratdıqlarıyla  ədəbiyyatda  öz  dövrlərinin  özəlliklərini  əks 
etdirdilər.  Sizlər  də  öz  dövrünüzün  əyər-əskikliklərini  yazıya  almağa 
qadirsinizsə, buyurub öz sözünüzü deyə bilərsiz. Bir şərtlə ki, dünənimizi 
və bu günümüzü təhqir etməməklə. 
Sizlərin tutduğu yol bugünkü gününüzü gündəmdə saxlamaq üçündür, 
sabah  isə  sizlər  yaddaşlarda  qalmayacaqsız.  Ədəbiyyat  lağlağı  deyil, 
yaşadığımız həyatın aynasıdır, bu aynadan kim özünü necə görürsə, qələmi 
də gördüyünü yazır… Gənc yaşınızdan Tanrı xatirinə düşüncənizdə dərin 
şırımlar açmış bu mənfilikləri silin, milli düşüncənin, kökün-soyun əksinə 
getməyin.  Əks  halda  bu  da  manqurtluğun  bir  növüdür.  Manqurt  isə  nə 
doğulduğu ölkəyə, nə də bəşəriyyətə heç bir bəşəri dəyər verməyib.
Dağlar başını duman, sis alan təki ədəbiyyat aləmi də dumansız, sis-
siz, yağmursuz olmur, bu yağmurun çamurları sizi batırmamaq üçün bir az 
dərrakənizi işə salın, nəyə qadir olduğunuzu ortaya qoyun. Bəsdirin, eninə-
boyuna  özünüzdən  qat-qat yuxarıda olanları  aşağıdan yuxarı  daşladınız. 


274
Bir həqiqəti dərk edin ki, daş yuxarıdan aşağıya atılanda yaxşı əks-səda 
verir, aşağıdan yuxarı atılan daşsa qayıdıb adamın öz başına dəyə bilər. 
Sizə deyəcəklərim bu qədər, istəyirsiz qəbul edin, istəyirsiz etməyin, 
bu sizin öz işinizdi. Bunu da unutmayın ki, boşa keçən ömrün dəyərini 
heç nə ilə ödəmək mümkün deyil. Özünüzü qələm əhli sayırsınızsa, ona-
buna çamur atmaqla yox, ciddi yaradıcılıqla məşğul olun. Deyəcəklərim 
bu qədər, vəssalam, şüttamam. 
21.12.2015

Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin