Söz köNLÜMÜ QƏLƏm etdi (publiSİSTİk düŞÜNCƏLƏR)


MANATA İKİNCİ GİZLİ MƏKTUB



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə92/99
tarix26.12.2016
ölçüsü1,12 Mb.
#3432
1   ...   88   89   90   91   92   93   94   95   ...   99
MANATA İKİNCİ GİZLİ MƏKTUB
Əzizim manat, salam. Əgər yadındadırsa, mən sənə 14 mart 2015-ci ildə 
gizli məktub yazmışdım və həmin məktubda sənin bizim başımıza gətirdiyin 
bu müsibətə görə öz etirazımı bildirmişdim, yəqin ki, unutqan deyilsən, 
yaddaşını  işə  salsan  yazdığım  məktubumun  sətirlərini  xatırlayarsan.  O 
vaxt sənə demişdim axı durub-durub özünü və bizi quyunun dibinə salma. 
İnsafın, mürüvvətin olsun, sən bir halal zəhmətlə yaşayan kasıb zümrəni 
düşün. Əvvəlki dəyərində qala bilmirsənsə, bunu qəpik-qəpik et, camaatın 
belini  qırma,  boğazına  çatı  salma.  Sən  dolların  qarşısında  duruş  gətirə 
bilməzsən, süni vəziyyətdə dondurmasınlar səni, reallığı nəzərə al. Dollar 
hara, sən hara? Özünü hegemon dövlətin pulundan üstün tutma. Sən az 
bir zamanda müstəqillik tapmış bir ölkənin parasısan, özünü dağ başına 
qoyma.  Mən  sənə  o  vaxt  yazmışdım  ki,  gözdə-qulaqda  ol,  səni  növbəti 
dəyərdən  düşmə  (devalvasiya)  gözləyir.  Sən  deyəsən  o  zaman  mənim 
yazdığım məktubu qulaqardına vurdun, heç vecinə də almadın. Deyəsən 
sənə  kasıb  camaatın  halı,  vəziyyəti  çatmır.  Sən  onu  bilirsənmi,  millətin 
yarısından  çoxu  banklardan  götürdükləri  kreditlərdən  asılıdırlar?  Onlar 
bu  kreditləri  xəstələri,  ölüləri,  diriləri  üçün  götürüblər. Axı  sənin  düçar 
olduğun ikinci devalvasiya onların düşdüyü durumu daha da dəhşətli edib. 
Əzizim  manat,  xəbərin  varmı  ki,  ölkədə  intiharların,  yəni  öz  canına 
qəsd edənlərin, bir qarın çörək üçün törədilən cinayətlərin sayı artıb, sə-
nin  xəbərin  varmı  ki,  bu  ölkədə  yaşayan  insanlar  bir-birilə  pul  üstündə 
üz-göz  olur,  hətta  doğmalar  arasında  bir-birinə  qarşı  dəhşətli  cinayətlər 
baş alıb gedir? Əzizim manat, hələ üstümüzə cuman xərçəngdən, infarkt-
dan, şəkərdən sənə bəhs etmirəm. Sən bilirsənmi, insanların həyat şəraiti 
aşağı düşəndə xəstəliklər baş alıb gedir? Niyə susursan? Haqlı suallarım 
qarşısında cavab tapmırsanmı? 


275
Sən bilirsənmi, növbəti böhranı necə qarşılayır Azərbaycan? Kasıblar 
bu böhranı necə keçirir, bilirsənmi? Artıq iki dəfə devalvasiya göstərdin 
bizlərə, qabaqda neçənci dəyərdən düşmə səni gözləyir, Allah bilir. Canım 
manat, dilim gəlmir deməyə, amma deyəsən səni də rus rublunun aqibəti 
gözləyir. Sən rubla baxma, Rusiya böyük ölkədir, daxili bazarı var, bizimlə 
müqayisədə inkişaf etmiş iqtisadiyyatı var. Necə deyərlər, çullarını sudan 
çıxarırlar.  Belə  böhranları  kapitalist  ölkələri  dəfələrlə  yaşayıb,  Avropa, 
Amerika, amma onların daxili bazarı və güclü iqtisadiyyatları olduğu üçün 
bu çətinliklərdən üzüağ çıxmağı bacarıblar.
Azərbaycan  isə…  Əzizim  manat,  böhranı  ala-babat  keçirmək  üçün 
bizim  daxili  bazarımız  çox  varlı  olmalıdı.  Sənə  demədimmi,  manat,  öz 
var lığını  neftə  bağlama,  neft  səni  qaldırıb  təpəsindən  çırpar  yerə…  Sən 
bilmirsənmi neftə bağlı dövlətlərin axırı heç-puç olur? Neftdən gələn pullar 
sel kimi axır, axırda isə bu pullar onları yıxır, necə deyərlər, gözləri qızır, 
sonda uduzur. Bizim isə daxili bazarımızda Azərbaycanın iqtisadiyyatının 
payı on faiz var, ya yox. Bununla millətin qarnını doydurmaq, müstəqilliyi 
qorumaq olarmı? Bizim başı bəlalı Vətəndə bütün mallar xaricdən gəlir. 
Sən  də  dəyərdən  düşmüsən,  bəs  biz  indi  necə  yaşayaq,  hansı  gəlirnən, 
manat? Sənə dedim axı neftdən gələn gəlirləri sel kimi axıtma, qara günü-
müz üçün yığ, sən bəs pullarını neylədin manat? Niyə sən gəlirlərini kənd 
təsərrüfatına, yüngül və yeyinti sənayesinə, həmçinin digər gəlir gətirən 
sahələrə yatırmadın? Bizləri heç fikirləşmədin. Əgər belə olsaydı bölgələrdə 
də  çoxlu  sayda  iş  yerləri  açılardı,  kişilər  də  öz  əhli-əyalını, yəni  arvad-
uşaqlarını  qoyub  xarici  ölkələrə  üz  tutmazdılar.  Qadınlar  ərsiz,  uşaqlar 
atasız qalmazdı. Vallah manat, bizim kişilər kimi zəhmətsevər, ailəcanlı 
yoxdu. Sadəcə, bir tikə çörək qazanmağın ucbatından öz yurdlarından di-
yarbədiyar düşürlər. Sən bunları görmürsənmi, manat?! 
Neft  gəlirlərinin  yaxşı  vaxtında  Azərbaycan  nə  nailiyyət  qazanıb? 
Dollardan gələn valyutanı əgər iqtisadiyyatın dirçəlişinə xərcləsəydin bu-
günkü ağır duruma düşməzdik. Əzizim manat, səndən sormaq istəyirəm ki, 
bu idman oyunları, avroviziya haramıza yaraşırdı? Axı bizim işğal altında 
qalan yurdlarımız bizdən bir tərpəniş, bir hayqırtı gözləyir. Sən isə, manat, 
nəyin varsa hamısını göyə sovurdun. Özünü də, bizi də pis günə qoydun. 
Açığını sənin hüzuruna ərz edim ki, millətin heç halı da yoxdu torpaq azad 
etməyə, adətən torpağı işğaldan kasıb zümrə azad edir, onun da hay-hayı 


276
gedib, vay-vayı qalıb, özün söylə, ac qarında necə hal olar ki, gedib torpaq 
azad eləsin qəvi düşməndən… 
Əslində  sən  nə  edəsən,  bizim  başbilənlərimiz  bizi  fil  qulağında 
yatızdırıb, arxayın salırdılar ki, bəs torpağı biz azad edəcəyik, siz siyasətə 
qarışmayın. Başbilənlərimiz bizə deyirdilər ki, lazım gəlsə silah gücüylə 
torpaqları işğaldan azad edəcəyik, deyəsən, əzizim manat, lazım hələ gəlib 
çıxmayıb,  ona  görə  torpaqlarımız  azad  olunmayıb,  pullu  vaxtında  bunu 
etmədin, bəs indi pulsuz vaxtında müharibə edəcəksən, manat? 
Əzizim  manat,  sən  hakim  partiyaya  de  ki,  boşuna  xərclədiyi  pulları 
qaytarsın  versin  sənə.  Bir  də  onun  səhvlərini  üzünə  vurmaq  üçün  gü-
clü  müxalifət  yaratsın. Vallah-billah,  manat,  sivil  ölkələrdə  belə  edirlər, 
dövlətin  strukturları  zəifləyəndə  onun  inkişafına  təkan  vermək  üçün 
müxalifət  olmayanda,  pul  qoyub  süni  müxalifət  yaradırlar.  Əgər  bizdə 
də  belə  olarsa,  həm  ölkəmizin  iqtisadi  potensialı  yüksələr,  həm  də  iqti-
dar  partiyasında  olanlar  Vətənin  inkişafına,  varlığına,  müstəqil  yaşam 
haqqına  məsuliyyətlə  yanaşar.  XX  əsrin  avropalı  böyük  fəlsəfəçisi  Karl 
Yaspers  yazırdı  ki,  sivil  ölkələrdə  müxalifət  hansısa  səbəbdən  zəifləsə, 
onu dirçəltmək üçün pul qoymaq lazımdır, çünki güclü müxalifət inkişafın 
mühərrikidir. Biz müxalifəti məhv eləyənlərə əl çalırdıq və sonra deyirdik 
ki, biz də avropalıyıq. Vallah manat, mən siyasət adamı deyiləm, nə iqti-
daram, nə müxalifət, heç bir partiyanın da üzvü deyiləm, sadəcə, yazaram, 
yaşadığımız günlərin güzəranını qələmə alan söz adamıyam. Ürəyim yandığı 
üçün düşdüyümüz bu acı durumu səninlə paylaşmalı oldum. Uman yerdən 
küsərlər… Bizi özündən tamamilə küsdürməməkçün dediklərimi qulağında 
sırğa elə. Sənə bu düşdüyün durumdan xilas yolu arzulayıb sözümü tamama 
yetirmək istəyirəm. Əzizim manat, deyirlər ki, indi üzməyə başlamısan, vay 
o gündən ki, uçmayasan. Onda nə əlimiz çatar, nə ünümüz… Allah uçacağın 
gündən qorusun bizləri… deyəcəklərim bu qədər, vəssalam. 
  11.01.2016

Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin