Söz köNLÜMÜ QƏLƏm etdi (publiSİSTİk düŞÜNCƏLƏR)



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə82/99
tarix26.12.2016
ölçüsü1,12 Mb.
#3432
1   ...   78   79   80   81   82   83   84   85   ...   99
Bir yer var ki, o köksümü dağ edir,
Bu gecə görüşdük, ay məzar daşı.
Bir yer var ki, zaman-zaman köhnəlir,
Bu gecə öpüşdük, ay məzar daşı.
Doğmasıyla  daşların  harayı  ilə  dilləşən,  sükutdan  səs  qoparan  şair 
məzarı təkcə ölənin yatdığı yer təki deyil, həm də tarix təki dilə gətirir. 
Doğrudan da qəbiristanlıqlar həm də insanların milliyyətini, tarixini, dini 
inancını isbat edən tarixi bir ocaqdır. Onlara həddindən artıq bəzək-düzək 
gəlmək də olmaz, dilsiz məzar daşları yazısız-pozusuz da olmaz:
Alov-alov günlər keçir gözümdən,
Həyatımdan, dünənindən, özümdən.
Keçən günün o səs-küyü sözümdən –
Dolub qalar səslər qardaş qardaşı
Bu gecə dirilik, ay məzar daşı.
Şair demiş:
Burası bir cənnət, bura gülüstan,
Burası son mənzil, yer azaddırsa.
Burası səninlə bir görüş-məkan,
Bu kənd ikimizin tək yol qovşağı,
Bu gecə birləşdik, ay məzar daşı.
Bəli,  məzarlıq  itirdiyin  doğmaların  sığındığı  məkan  deyil,  həm  də 
tarixin  əsl  həqiqətləri  bizə  diktə  etdiyi  bir  ocaqdır,  oralar  ölüb  getmiş 
insanların varlığından xəbər verir. Öz susub durmuş lal sərdabələri, göyün 
gürşadlarına qucaq açan, sükuta boyanmış daşlarıyla birlikdə…


248
Tapdıq  Əlizamanoğlu  övlad  sevincini,  bala  istəyini  misralarında  ata 
məharətilə təsvir edir. “Gördüm onun gözlərində” şerini bütünlüklə dəyərli 
oxucuların diqqətinə yetirmək istəyirəm:
Sanki duyub düşüncəmi,
Yanıma gəldi oğlum.
Sarıldı boynuna qolum.
Baxdım onun gözünə,
Sevinc qondu üzümə.
Elə həmin hərarəti –
Gördüm onun gözlərində.
Təravət də gül üzündə,
Şükür sənə, uca Tanrı!
Hər işdə bir xeyir vardı…
Şairin  “Öyrədir  mənə”  şeri  həyatın  ağrılarıyla  üzbəüz  qalan  insanın 
ürəyindən  qopan  yaşam  sədalarıdır.  Bu  sədalar  adamı  özüylə  birlikdə 
ünyetməz,  əlçatmaz  ənginliklərə  aparır.  Həyatda  itirdiklərinin  ağrısını 
çəkən insan daima nəyinsə ümidindədir, nələrəsə nail olmaq arzusu, istəyi, 
diləyilə yaşayır. Əzabın özü də insanı bərkdən, boşdan keçirir. Yaşamaq 
eşqini alovlandırır, duyğularını çiçəkləndirir, sabahın eşqilə coşdurur. Bu 
coşqunluq olmayanda insan özünə qapılır, hər şeydən, hər kəsdən küsür, in-
ciyir. Ona görə istəkli oxuculara şairin bu misralarını əzbərləməyi tövsiyə 
edərdim:
Nəyə gərək dayaz yerdə üzüm mən,
İstəyirəm gedə bilim dərinə.
Könlüm əzabların yuvası olsun,
Əzab yaşamağı öyrədir mənə.
 
Doğrudan-doğruya sözün qiymətdən düşdüyü dövrdə, zamanda yaşa-
yırıq. İnsan əqli bəzən kəşf etdiklərinin acı-ağrısını çəkir, insan şüurunda 
robotlaşma  gedir,  ünsiyyət,  mehribanlıq,  səmimiyyət  arxa  plana  keçir. 
Üzdə  dost  deyib  can  yaxanların  sırası  çoxalır.  İnternet,  sosial  şəbəkələr 
doğmaları bir-birinə yadlaşdırır, adamın yavaş-yavaş təbiətlə sevdası arxa pla-
na keçir, saatlarla elektrotexnikaya əsir olan gənclik kitabdan, dərgidən uzaq 
düşür, gözlər baxa-baxa baxışlarda bir soyuqluq, bir ögeylik müşahidə olunur.


249
Şair elə bil “Dostlar” şerində, sanki bu dərdləri nəzmə çəkir:
Daş atır ayrı düzə,
Qiymət verən yoxdur sözə,
Qurd tək durarlar göz-gözə,
Rəqiblik edən dostlar.
Mərhum şairimiz Tapdıq Əlizamanoğlunun “Dünya” şeri özünəməxsus 
bənzətmələri ilə diqqət çəkir. Kimi üçün kiçik dünya, kimi üçün böyük 
dünya nə qədər acılardan keçib. Şair insan taleyini ovuc içində olan xətlərlə 
müqayisə edir. Şair bu acıları həyatın gözəlliyi qarşısında çökdürür:

Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin