243
Nə isə fikirli, pərişan idin,
Qayğıyla doluydu gözlərin yenə.
Görəsən, dünyada hansı məhəbbət ana məhəbbətini əvəz edə bilər?
Balasına bəslənən sonsuz sevgisi ölənədək tükənməyən ana, daima baladan
nigaran ana, haqq dünyasına qovuşandan sonra da yuxulardan getməyən
ana! Elə Tapdıq Əlizamanoğlu da bu məqamı nəzmə çəkib, şerin diliylə
oxucusuna çatdırıb:
Danışıb-dinmirsən, bir söz de, barı,
Nəfəsin ağlatsın qoy ayrılığı.
Danış ki, səsinin hərarətilə
Ərisin qəlbimin qoy həsrət dağı.
Bu dünya elə dünyadır ki, yalnız insana son məqamda ötənlərin xiffəti,
itirdiklərinin acısı, yaşadıqlarının acılı-şirinli işartıları qalır.
Ruhu şad olmuş həmkarımın şeirləri bir-birindən duyğulu, bir-birindən
tutarlıdır, əgər oxucu bu topluyla tanış olsa, mənim nə dərəcədə haqlı
olduğuma şahidlik edəcək. Şairin “Gərək” şerində olduğu kimi:
Dünyada hər zaman arif yaşayıb,
Mətləbi bir sözdən anasan gərək.
Özgə işığında yol getmək olmaz,
Özün çıraq olub yanasan gərək.
Və yaxud:
Xoşbəxtdir, ey könül, sevib yaşayan,
Nadandır sevdiyi yardan söz soran.
Sevdiyi gözəlin baxışlarından,
Onun ürək sözün duyasan gərək.
İndiki məqamda bir çox insanlarımızın arasında öz kökünə yadlaşma,
özgələşmə gedir. Öz kökünü, soyunu lağa qoyub, tənə edənlərin sayı alaq
otu təki günbəgün qol-budaq atır. Necə deyərlər, bağa qınından çıxdı,
qınını bəyənmədi. Elə şair də bu iztirabın acısından yana misralar içində
köz-köz alışıb yanıb, xalqına xor baxanlara meydan oxuyub.
244
“Danışsan danılacaqsan” şerində olduğu kimi:
Öz xalqına bağlı olan bir ürək,
Üstünə su calansa da alışar.
Bir ağac ki, öz kökündən ayrıla,
Külək onu tez aşırar, tez yıxar.
Şairin “Gəncliyim” şeri hər bir insanın könül çeşməsini çalxalayan,
dü nəninə qaytaran, yorulmaq bilməyən cavanlığın şirin xatirələri ilə
qovuşduran isti, məhrəmanə pıçıltılardır...
Görəsən, özündən başqa şairlərin ürək yanğılarını başa düşən bir kəs
varmı ətrafda, İlahi?..
Həyat sanki sirli nağıl, tapmaca,
Oğul gərək bu hikmətdən baş aça.
Yaxınlaşan əlli dinir astaca,
Dönməz daha, daha dönməz gəncliyim.
Onun “Kənd yolları”, “Səslə” şeirlərində də həmin yanğı, həmin şirinlik,
doğmalıq duyulmaqdadır. Bir çoxlarının allahsızlıq, imansızlıq duyğuları
şaqqanaq çəkib güldüyü halda, başqalarının inancına həqarətlə baxıldığı
zamanda Tapdıq Əlizamanoğlunun “Ey hikmət sahibi” şeri haray çəkir:
Ey hikmət sahibi, kömək ol mənə,
Səni vəsf etməyə söz tapa bilim.
Ey qüdrət sahibi, kömək ol mənə,
Dodaq titrəməsin, əsməsin əlim.
Sən yazan talehə, bəxtə min şükür,
Zaman qəddi əyir, zaman bel bükür.
Tək sənsən gümanım, köməyim mənim.
Şükür taleyimə, şükür, min şükür!
Şair yenə də yaşadığı ömrə şükürlü olub, oxucunu ruh düşkünlüyündən
uzaq olmağa səsləyib. Etiraf edim ki, ruhu haqqına qovuşmuş şair
həmkarımın heç bir şerinin üstündən ötəri keçə bilmirəm, çünki onun hər
misrasından bir hərarət, bir həyat həqiqəti, bir canıyananlıq boylanır. Hiss
245
edirsən ki, rəhmətlik heç bir sözü misra xətrinə yazmayıb. O, “Köçəri
quşlar” şerində yuvasını tərk edib uçub getmiş quşların yenidən köhnə
yuvalarına qayıtmasını təsvir edir, sonra isə sevgisinə dönük çıxmış
vəfasızla köçəri quşları müqayisə edir:
Dostları ilə paylaş: