Söz köNLÜMÜ QƏLƏm etdi (publiSİSTİk düŞÜNCƏLƏR)


İMpERİYA HƏVƏSLİ QULLAR



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə77/99
tarix26.12.2016
ölçüsü1,12 Mb.
#3432
1   ...   73   74   75   76   77   78   79   80   ...   99
233
İMpERİYA HƏVƏSLİ QULLAR
 
 
 
Bu yazını heç qələmə almaq istəməzdim, ancaq nə edəsən, səni məcbur 
edirlər ki, yazmaq istəmədiyin mövzulara da qələm çalasan. Əfsuslar olsun 
ki, bizim əhalinin bir qismi internet saytlarında, sosial şəbəkələrdə var-gəl 
edir, ürəyində nə dərd-səri var hamısını açıb dünyaya faş edir. İş tapmayanlar, 
məmur  özbaşınalığından  təngə  gələnlər,  keçmişlərin  xəyallarıyla  aşıb-
daşanlar, “bəlkə də qaytardılar” xülyası ilə yaşayanlar, bugünün azadlığına 
da, müstəqilliyimizə də xor baxanlar, sovet eşqilə həyatını qurban verməyə 
hazır olanlar, türk adına, türklüyə lənətlər yağdıranlar, Rusiya başçısının 
hazırkı  hərəkətlərindən  vəcdə  gələnlər  gündən-günə  çiçəklənməyə 
başlayıb. Sosial ədalətsizliyin tüğyan etdiyi ölkələrdə el dili ilə desək, ara 
qarışdırmaq çox asan olur. Belə ölkələrdə qırğınlar salmaq, necə deyərlər, 
şəhərlərin,  kəndlərin  tozunu  göyə  sovurmaq,  etnik  qövmləri  bir-birilə 
döyüşdürmək,  çarpışdırmaq  həmişə  imperiyalar  əlində  ən  güclü  silah 
olub.  Əslində  biz  heç  Rusiya  ilə  ərazi  baxımdan  qonşu  deyilik,  amma 
o, kilometrlərlə yol qət edib və gəlib bizim qulağımızın dibində oturub.  
Rusiya  başçıları  Qafqaza  qədəm  qoyan  gündən  türk-erməni,  müsəlman-
erməni  düşmənçiliyi  yaradıb,  bu  düşmənçilik  həm  onların,  həm  bizim 
ürəyimizdə dərin yaralar açıb. Necə deyərlər, həm erməniləri əbədi bədbəxt 
edib, həm də bizi… Bu gün sosial şəbəkələrdə Rusiyanın bugünkü siyasi 
mövqeyindən zövq alanlar, məmur azğınlıqlarını imperiya ilə hədələyənlər 
bilməlidirlər  ki,  heç  bir  imperiya  digər  millətlərə  xoşbəxtlik  gətirmir,  o 
da  olsun  Rusiya…  O  ölkəyə  bizim  isti  iqlimimiz,  təbii  sərvətlərimiz 
lazımdır, bizim varlığımız isə onlara qətiyyən lazım deyil, ruslar o qanlı-
qadalı illərdə bizləri buralardan yox etmək istəyirdilər, amma bizim içdən 
milli  dirənişimiz,  dilimizi,  adət-ənənəmizi  qorumağımız,  kökümüzdən-
soyumuzdan uzaq düşməməyimiz onların imperiya hisslərinə üstün gəldi. 
Bu  gün  sovet  eşqilə  aşıb-daşanlar  bilməlidir  ki,  o  quruluş  bir  də  geri 
qayıtmayacaq, o quruluş özü də kökündən bədbəxt və yerində sayan quruluş 
idi, insan yaxşı nəsə bir geyim almaq istəyirdisə, bir-iki aylıq qazancından 
keçirdi,  pullarımız  o  zamanın  dili  ilə  desək  “alverçilərin”  əllərində  top-
lanırdı.  Dükanlar  boş  olurdu,  çörək,  ət,  kolbasa,  pal-paltar  növbələri, 
adam ların  günü  növbələrdə  keçirdi.  Hələ  bir-birinin  başını  yaran,  bir-
birinə xəsarət yetirənlər də olurdu. Biz hamımız məhbəsdə idik, təsadüfən 
xaricə yolu düşənlər də ordan qorxa-qorxa nə isə gətirirdi, qohum-qonşu da 


234
onun gətirdiyi pal-paltara, həsədlə baxardı. Bizim arzularımız boynumuza 
bağladığımız  qırmızı  qalstuklar  idi,  sonralar  onlar  rus  gülləsinə  çevrilib 
ürəyimizə dikləndi. Biz indi müstəqilik, amma müstəqillik özüylə bizə çox 
böyük əzab-əziyyətlər də gətirib. O əziyyətlər nədir?
Birinci  əziyyət,  işğal  olunmuş  torpaqlar,  dondurulmuş  müharibə, 
susmayan güllələr… İkinci, bizim ölkəmiz 200 ildən çox qul psixologiyası 
ilə  yaşayıb,  köləlik  düsturu  ilə  qol-boyun  atıb,  insanların  içində  vara 
həris lik,  ac  qalmaq  təhlükəsi,  yığmaqla  doymamaq  hazırda  keçmişin 
bizə  vurduğu  sağalmaz  xəstəliklərdən  biridir.  Yəni  gözümüz  acdır, 
yetmiş  il  sovet  hökuməti  kimləri  hakimiyyətə  gətirirdi?  Tam  savadı 
olmayan, səfil, yoxsul adamları, bu adamlar sonradan yavaş-yavaş təhsil 
görməyə başladılar. Yəni gözü ac adamların törəmələri meydana çıxdı…  
Əgər  insanın  gözü  ac  olmasa,  o  yığdığı  varidatla  çox  böyük  xariqələr 
yarada bilər, milləti, ölkəni ayağa qaldıra bilər, camaatın sevgisini qazana 
bilər. Xeyirxahlıq, ancaq halal pulla ola bilər, Zeynalabdin Tağıyev, Musa 
Nağıyev, Murtuza Muxtarov və başqa milyonerlər sovet vaxtından qabaq 
öz halal pullarını necə xeyirxahlığa sərf edirdi…
İndi isə bizdə əksinədir, getdikcə insanların indiki quruluşa da, onun 
məmuruna  da  nifrəti  artır.  Bunu  biz  özümüzdən  demirik,  insanların  yas 
yerlərində, toy ziyafətlərində, sosial şəbəkələrdə, bir çox saytlarda söylə-
diklərinə, yazdıqlarına rəğmən bu fikirləri yazmağa məcburuq. Əlinə və-
zifə  keçənlər  bu  ölkədə  özünü Allah  sayır,  başqalarına  yuxarıdan  aşağı 
baxır, artıq vəziyyət o həddə çatıb ki, sürdükləri maşınların sükanını idarə 
etməyə  qadir  deyillər,  necə  deyərlər,  camaatı  ayaq  altında  tapdalayırlar. 
İndi müharibədən də çox yol qəzalarında insanlar həlak olur. Bunumu biz 
arzulamışdıq?!  Ruhunda  qul  psixologiyası  oturuşmuş  insanlar,  təzədən 
yatmış  hisslərini  ayıltmağa  başlayıblar:  Bizim  dərdimizə  yalnız  “böyük 
qardaşımız”əlac  edə  bilər.  Artıq  rus  eşqilə  yanıb-yaxılanlar  bugünlər 
Rusiyanın  atdığı  yanlışlıqları  alqışlamağa  başlayıblar.  Deməli,  yuxarılar 
varidat yığıb kef çəkməklə məşğul ikən, millətin miskin hissəsinin içində 
bölünmələr  baş  alıb  gedib,  dini  parçalanmalar  dini  əndişələrə  gətirib 
çıxarıb, iş o yerə gəlib çatıb ki, öz torpağında əsgərlik çəkərkən ata-anası on 
dəfələrlə yanına gedib gələn oğullarımız indi Suriyada bir-biriylə çarpışan 
məzhəblərarası  rəzil  savaşın  qurbanı  olurlar.  Bir  qarın  çörək  üçün  özgə 
məmləkətlərdə  od-alovun  içinə  atılırlar!  Axı  biz  bu  müstəqilliyi  ona 
görə  qazanmışdıq  ki,  gedib  dilini  belə  bilmədiyimiz ölkələrdə  qanımıza 


235
qəltan olaq? Bunun kökündə nə dayanır? Bunun kökündə dayanan yəqin 
ki, maddiyyatdır, bu, qəpik-quruşla yaşayan insanların artıq öz ölkəsinə 
qarşı ümidsizliyi və yad ölkələrdə imdad aramaq istəyidir. Bu yaxınlarda 
görkəmli politoloq Vəfa Quluzadənin 5-ci kolon barədə dediyi fikirlərin 
canlı  təzahürü  insanların  sosial  şəbəkələrdə,  bir  çox  saytlarda,  etnik 
qarşıdurma  prinsiplərinə  söykənən  fikirlər  səsləndirməsi,  ölkə  içində 
baş  alıb  gedən  incikliklərdən  xəbər  verir.  Məmurların  bir  gündə  xarici 
ölkələrdə xərclədiyi pulları bu məsum insanlar on illərlə əldə edə bilmir. 
Ölkəmizdə hələ də 160-180 manat maaş alan və bu maaşla ailəni saxlamağa 
məhkum  olan  insanlarımız  var.  Günəmuzd  daş  karxanalarında  işləyən 
insanlar  artıq  öz  varlıqlarına  belə  nifrət  edirlər. Axı  sovet  quruluşundan 
bizi elə də uzun bir dövr ayırmır, o dövrün insanları hələ həyatdadı. İndiki 
həyatla keçən dövrü müqayisə edirlər, deyirlər ki, o vaxt heç nə tapılmasa 
da iş var idi. Heç kim heç kimə hambal kimi baxmırdı. O zaman burdakı 
azğınları Moskva ilə qorxudurduq, indi isə harınlamış adamlar heç kəsdən 
qorxmur, hətta millətin nə gündə yaşamasını da artıq unudublar, ölkədə 
bahaçılıq  baş  alıb  gedir,  insanlar  ət,  balıq,  bir  çox  yeyinti  məhsullarını 
almağa çətinlik çəkir, necə deyərlər, hər şey var, pul yoxdur! Adicə qarın 
dolandırmaq müşkülə  çevrilib,  ilbəil oğruların, yolkəsənlərin, öz evində 
pul-para üstündə öldürülənlərin sayı artır, hamı banklardan asılı qalıb. İndi 
doğmalar doğmalardan üz döndərib, hamı öz hücrəsinə çəkilib, insanlar 
əsəbidir,  hər  gün  narazı  üzlərlə  metroda,  digər  nəqliyyat  vasitələrində 
qarşılaşırsan,  necə  deyərlər,  ümidsiz  gözlər  üzür  adamı,  cənablar! 
Sovet dövrü pul var idi, yemək qıt idi, indi yemək bol, para qıt. 
Bax  budur,  insanları  bizə  yad  olan  məzhəblərə  üz  tutmağın,  “böyük 
qardaş” eşqilə alışıb-yanmağın, etnik qrupları bir-birinə qarşı çıxartmağın 
səbəbi… Ac adamda nə vətən hissi, nə millət istəyi olar, çünki ac qarının 
qurultusu, nəinki adamın özünü, onun yaşadığı ölkəni də zəlzələtək titrədər 
və böyük dağıntılar törədə bilər.
Müstəqillik hər bir dövlətin insanları üçün böyük xoşbəxtlikdir, amma 
bu xoşbəxtlik o dövlətin insanlarına heç olmasa orta dolanışıq səviyyəsində 
çatırsa…  Bizim  ölkənin  müstəqilliyi  kövrək  və  gəncdir!  Gənclər  necə 
dözümsüzdürsə,  bizim  müstəqillik  elə  dözümsüzdür,  hələ  oturuşmayıb, 
o  da  olsun  ki,  qarşıda  dondurulmuş  qanlı  müharibə,  düşmənimiz  arxa-
sında  dayanan  qorxulu,  əli  saysız-hesabsız  qanlara  batan  yağı.  Necə 
de   yər lər,  ilahi,  məni  düşmənimin  dostundan  qoru,  düşmənimlə  özüm 


236
bacararam.  Türküylə,  farsıyla,  talışıyla,  ləzgisilə,  kürdüylə,  yəhudisilə, 
həmçinin bu ölkədə, özünü bu ölkənin doğması sayan bütün insanlarımızla 
birlikdə, biz hamımız bütünlükdə azərbaycanlıyıq, bu ölkə hamımızındır, 
hamımızın da bu müstəqilliyin bəhrəsini dadmağa haqqımız var, bu haqdan 
bizi təcrid edənlər bunu anlamalıdır, dərk etməlidirlər ki, xalqın əsəblərilə 
oynamaq olmaz, bunun fəsadlarını aradan qaldırmaq sonra çox çətin olur… 
Necə ki, iğtişaşlar baş qaldıran ölkələrdə olduğu kimi… Allah elə eləsin 
ki, müstəqilliyimiz ötən əsrdə 23 ay olmuşdusa, bu əsrdə isə neçə-neçə 
iyirmi üçləri keçsin, neçə-neçə əsrləri adlasın, çünki müstəqillik özü də 
kişilik məktəbidir! Bu məktəbin qapıları heç zaman üzümüzə qapanmasın, 
işğal olunmuş torpaqlarımızda, əsgərlərimiz zəfər marşı çalsın! Güneyimiz 
istiqlal şərbətini dadsın! Bəsdir itirə-itirə getdik, artıq yetər!..
Sonda ölkəmizdə baş qaldıran beşinci kolona məsləhət: tələsməyin, siz 
baxın, görün 1-2 ildən sonra Rusiyanın özündə nə baş verəcək?..

Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin