250
Mən səni sevirəm, sevəcəyəm də…
Eşqinlə yanıram sönən deyiləm,
Bir dəfə dediyim sözün cavabın
Min il də gözlərəm dönən deyiləm.
Şair demişkən məhəbbət yükü çox ağır yükdür, onu hər kəs çiyinlərində
daşıya bilməz. Daşısa da çox uzaqlara apara bilməz. Necə ki, zəmanəmizdə
dağılan gənc ailələrin sayı günbəgün artır. Öz ürək sevdasını vara, pula
əsir edənlər bu sevgi notlarından azacıq da olsa qidalansaydılar, nə baş
verərdi? Dünya dağılmazdı ki, ey sevdalı ürəklər, könlü daş olanlara qoy
sevgi şərqisi olsun mərhum şairimizin “Sevgi həyatdır” şeri:
Məhəbbət kimin ki qisməti oldu,
Demək yana-yana yaşayacaqdır.
Onun sevinc yükü, qəm yükü boldu,
Sevənlər mərdanə daşıyacaqdır.
Tapdıq Əlizamanoğlunun “Bir topa tüstü” şeri maraqlı oxşamaları,
bənzətmələrilə diqqəti çəkir, o tüstünün əvvəlcə topalaşıb-birləşib, göy
üzündə birdən-birə ayrılıb-yox olmasını varlığın itməsilə eyniləşdirir.
Doğrudan da tüstü bacadan çıxıb gedəndə topa şəklində olur, sonra
haçalanır, parçalanır və göy üzündə yox olub gedir. Elə bu maraqlı gediş
də şair diqqətindən yayınmayıb, onu insan varlığı ilə uzlaşdırıb, məharətlə
nəzmə gətirib:
Bir topa tüstü qalxdı havaya,
Yüksələrək göylərə –
birdən-birə ayrıldılar.
Səmanın boşluğunda
Gözdən itib yox oldular.
Ayrılmasaydılar,
Bir tüstü kimi,
Görərdi, tanıyardı hamı onları.
Varlığını itirmək
Qorxusu gözləyir ayrılanları.
Ruhu göyə ürcah olmuş dəyərli şairimizin “Bıçaq” şeri insan şüurundan
bir-birinin həyatına qəsdi, qırğını bitməyən bəşər acılarına tutarlı cavab
251
misralarıdır. Doğrudan da görəsən, insan niyə bir-birinin həyatına qəsd
edir, ona bu haqqı kim verib? Özünü vəhşi heyvanlardan qoruyan adam
özü vəhşilik edir, bu müharibələr, bu torpaq oğruları, bu insan alverçiləri,
bu canalanlar niyə kəsmir ucu-bucağı görünməyən dəhşətləri, qəsdləri?!
Nədir onların amacları? Yer kürəsini məhvə çəkmək, ev yıxmaq, qan
tökmək… Bəlkə insan cildində iblislər var aramızda, ona görə də dünya
yaxasını xətalardan qopara bilmir ki, bilmir, şairin şerində acı ittihamsayağı
deyildiyi kimi…
Birinin əli ilə sancıldı
o birinin kürəyinə.
Sancıldı milyonların ürəyinə.
Öldürdüyünü öldürdü,
Qorxu altında saxladı dirini.
Amma heç eşitmədik
İki bıçaq doğraya
Dostları ilə paylaş: