Söz köNLÜMÜ QƏLƏm etdi (publiSİSTİk düŞÜNCƏLƏR)



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə81/99
tarix26.12.2016
ölçüsü1,12 Mb.
#3432
1   ...   77   78   79   80   81   82   83   84   ...   99
Sən də köçəri quştək qəlbimdə yuva salıb
Yad ürəyə köçmüsən.
Bil ki, sən nə vaxtsa peşiman olub
Geriyə – yuvana dönmək istəsən,
Bu yuva dondurar səni oduyla.
Bu yuva rədd edər, yox edər səni,
Dolar buz qəlbinə dünyanın qəmi.
Odur ki, qayıtma, qayıtma…
Qayıtma geri!..
“Qayıtma  geri”  deyən  şairin  ruhu  yəqin  ki,  şeirlərinin  havasıyla 
duyğulandığım  bir  məqamda  bir  şam  işığıtək  öz  hərarətini  misralarının 
ətrafında  şölələndirir.  Odur  ki,  şeirlərini  birər-birər  oxumaq  sevdasına 
düşmüşəm.  Oxuduqca  sanki  bugünlərlə  səsləşir,  baxmayaraq  ki,  şeirlər 
1980-ci illərə, başqa tarixə, imperiya əsarətində yaşadığımız illərə təsadüf 
edir, amma şeirlərin ab-havasıyla tanış olanda heç bir pafos, tərif şairin 
yaratdıqlarında duyulmur. Ona görə də istedad sahibinin tabe olduğu qüvvə 
onun  təkcə  ilhamı  olmalıdır.  Necə  ki,  Tapdıq  Əlizamanoğlunda  olduğu 
kimi…  Təbii  şair,  yazıçı  zaman  burulğanlarına  sinə  gərib  bacardıqca, 
fürsət düşdükcə öz azad hisslərini heç bir qadağaya tabe etməməlidir milli 
dəyərləri ayaqlar altına salmamaq şərtiylə…
Şairin “Son sözüm” şeri qəlbi dönük çıxmış dildara hicran ağısıdır:
Son sözüm nə oldu – min bir bəhanə,
Özün-öz səhvini bilərsən bir gün.
Sındırıb bir qəlbi – gedirsən – apar,
Bu qəlbə səcdəyə gələrsən bir gün.
Bizi öz qoynunda bəsləyən, ağrılı-acılı günlərimizə şahidlik edən başı 
bəlalı,  sinəsində  topları,  tüfəngləri  susmayan  dünyaya  nə  qədər  nəzmlə, 


246
nəsrlə  sözlər  deyilmiş,  kitablar  yazılmış,  tarixlər  cilalanmışdı.  Şairin 
“Dünyadır” şeri elə bu məqama köklənib:
Hər bir işi müəmmalı, düyünlü,
Avand işi nəhs eləyən dünyadır.
İşi olmaz qanmayanla heç zaman,
Qananlarla bəhs eləyən dünyadır.
Yolumuzu dağa, daşa tuş edib,
Qəlbimizdən qara qanlar keçirib,
Duzlu suyu bal yerinə içirib,
Sonra gendən baxıb gülən dünyadır.
Minləri,  milyonları  yola  salan,  şahları,  sultanları  taxtından  düşürən, 
öz varıyla gözləri özünə cəlb edən, ürəkləri fəth edən dünya sonda insanı 
ayaqdan, dildən salır, bəzən şahı gədaya möhtac edir, insanın yığdıqlarını 
birər-birər,  astaca-ustaca  əlindən  alır,  onu  yorğan-döşək  möhtacı  edir, 
əlini əsdirir, dizini titrədir. Təkcə bir dəfə baharı olan insanın tufanlı qışını 
qapıdan içəri salır. Şair demiş:
Könül, tez alışıb, tez də odlanma,
Hər yanar ocaqdan sən gəl od alma,
Şirin-şirin yalanına aldanma,
Üzə gülüb gəl-gəl deyən dünyadır.
Vətən  qeyrətli  söz  adamlarımızın  istər  nəzmində,  istərsə  nəsrində 
Vətən ayrılığı bir qırmızı xətt kimi keçir. Paramparça Azərbaycanın ağrı-
acıları  hansı  söz  adamının  ruhunu  dilə  gətirməyib?  Bu  yaranın  acısını 
ədəbiyyatımız tariximizlə yanaşı çəkib və çəkir… Şairin “Uzanaydım Araz 
üstə” şeri bu qəbildəndir:
Uzanaydım Araz üstə,
Sinəm üstdən keçəydilər.
Deyirlər su aydınlıqdır,
Bu su məni dərdə salıb,
Bu nə zülm, bu nə sitəm,
Məni məndən çay ayırıb...


247
İndi  də  işğaldan  başı  qurtulmayan,  Vətən,  səni  nə  zaman  əliqanlı, 
düşüncəsi dəhşət saçanlar rahat buraxacaq? Bəlkə biz özümüz sənə dönük 
çıxmışıq, bir ola bilməmişik, elə bu gün də bu ağrılarla baş-başayıq. Tapdıq 
Əlizamanoğlunun  “Bütöv  gör  məni”,  “Yuxuma  gəlmişdin”,  “Tarixim 
qədimdən qədim”, “Dönəcəyəm mən”, “Darıxdım” şeirlərində vətəni büt-
öv görmək həsrəti, ülvi məhəbbət, yurd istəyi qəlb titrədir. “Ay məzar daşı” 
şeri şairin haqq dünyasına qovuşmuş doğmasıyla səmimi söhbətidir. Bu 
söhbət, bu ülfət ürəkləri yanıqlı misraların diliylə titrədir:

Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin