Söz köNLÜMÜ QƏLƏm etdi (publiSİSTİk düŞÜNCƏLƏR)



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə84/99
tarix26.12.2016
ölçüsü1,12 Mb.
#3432
1   ...   80   81   82   83   84   85   86   87   ...   99
  
bir-birini.
  
Belədir bütün silahlar,
  
Görəsən, heç bunu
  
düşünübmü insanlar?!
Şairin “Baba-Nəvə” şeri yatmış balacanın qığıltısıyla qol-boyun olan 
babanın nəvəsinə köklənmiş heç zaman sönməyən, ürəyindən çıxmayan 
ülvi, səmimi məhəbbətidir. Baba, sanki nəvəsinin üzündən qəlbinə çilənən 
həyat  eşqini  duyur.  Bu  insanları  bir-birinə  bağlayan  nəsil,  kök  telləridir 
ki,  bəşəriyyəti  min  illərdir  yaşadır,  gələcəyə  aparır,  insan  kökünü, 
soyunu  qırılmağa,  məhv  olmağa  qoymur.  Şair  bu  kökün  şirinliyindən, 
müqəddəsliyindən misralarında bəhs edir.
  
Baxıb babasının solmuş üzünə.
  
Ay baba, nə gözəl nağıldı, – dedi.
  
Nağıl özü babanın
  
qəlbini dəldi keçdi,
  
Ötən günlər gözləri
  
önündən gəldi keçdi.
  
Dəyişdi əhvalı-halı


252
  
bir anda,
  
Ömür nağıl imiş
  
sən demə sonda. 
 
Şair  vəfasız  dünyanın  etibarsızlığından  “Dünya”  şerində  bəhs  edir. 
Dün yanın  şirinliyinə  aludə  olub  vardan,  sərvətdən  bərk-bərk  yapışan, 
ətra fındakı  ac-susuzlara  məhəl  qoymayan,  amma  guya Allah  eşqilə  hər 
il  müqəddəs  ocaqlara  baş  çəkənlər  bilmirlər  ki,  bununla  çullarını  sudan 
çıxara bilməyəcəklər, müqəddəs ocağı ziyarətlə günah yuyulmaz, günah 
ac qarnı doydurmaqla, ətrafına mərhəmətli, sədaqətli olmaqla dost-tanış, 
qohum-əqrəba yaddaşında xeyirxah əməllərlə iz qoymaqla yuyular. Necə 
deyərlər, Allaha da xoş gedər, bəndəyə də:
  
İnanma dünyanın etibarına
  
A qardaş, inan ki, gididi dünya.
  
Axır möhtac edər əl ağacına,
  
Uşağı, böyüyü, igidi dünya.
Tapdıq Əlizamanoğlunun “Məni danarsanmı?” şeri gözəl bir məhəbbət 
nəğməsidir. Yalnız onu şərqiyə çevirəcək bəstəkar lazımdır. Təəssüf hissilə 
qeyd eləmək yerinə düşər ki, indiki zamanda mahnı sözləri də cılızlaşıb, 
çünki şərqinin, nəğmənin sözləri şair qələmindən çıxmalıdır. Hər yerindən 
duran isə şair ola bilməz. Mərhum şairimizin məhəbbət şerini bütünlükdə 
oxucuların diqqətinə çatdırmaq istəyirəm:
Söylə görüm ay vəfasız,
Ötən günü anırsanmı?
İlk məhəbbət həsrətilə,
Alovlanıb yanırsanmı?
Uydun ötəri həvəsə,
Düşdü qulağın min səsə.
İndi özgə bir nəfəsə,
Sən şirinlik qatırsanmı?
Əllərimdən çıxıb qaçdın,
Özgəsinə könül açdın.


253
Özgə ömrə işıq saçdın,
İndi məni danırsanmı?
Şeir isti ürək sevər, ucalıq sevər onu duyanların qəlbində əbədi yaşar, o 
məhrəmanə hisslərin, şirin təbəssümlərin ilıq nəfəsidir.
Yetər ki, onu duyub diqqət edəsən, bax onda şairlərin könül təranələrinin 
sədasını eşidəcəksən, bir çoxları kimi deməyəcəksən mən şeir oxumuram. 
Şeir yerin, göyün məhəbbət nişanələrini özündə əks etdirən, misra-misra, 
söz-söz nəğmələşən şair ilhamının məhsuludur. Şairin özü kimi, sözü də, 
misrası da möcüzədir. Bu möcüzənin qapısının açarı yalnız şairlərin ürək 
guşələrində əxz olunur. 
Tapdıq  Əlizamanoğlunun  “Kimə  gərəksən”,  “Eşidin  sevənlər”,  “Kü-
lək”, “Gözəlliyi duyasan gərək”, “Ürək-dil”, “Seç görüm”, “İki qar daş”, 
“Yaşımı soruşma” şeirləri bir-birindən oxunaqlı, bir-birindən diqqət çə kən-
dir. Yuxarıda qeyd etdiyim kimi adam heç bir şerin yanından ötəri baxıb 
keçə bilmir. Şairin “ Səhəri gözləyirəm” şerinə diqqət edək:
Gecələr ürəyim yetim uşaq tək,
Mütləq qüssələrlə bələnməlidir.
Tənhalıq qəlbimin gecə köynəyi
Qaranlıq düşdümü geyinməlidir.
Onun “Dəyişib zaman” şeri vara hərisləri qamçılayan, öz əqidəsindən 
dönməyən  təmiz  bir  insanın  haqqı  tapdalayanlara,  yalanlarla  böyük 
kürsülərə nail olanlara tutarlı cavabdır.
Dünyanın ən böyük həqiqətindən
Sən üstün tutmusan dövləti, varı.
İtirdin vicdanı and içə-içə
Bəsdir, yalanlardan əl götür barı.
 
Şairin “Nişan günündür”, “Günahkar özünsən”, “Səndən nigaranam”, 
“Dedin  yandıraram  səni”  şeirləri  ülvi  məhəbbətin  yaratdığı  hisslərin 
vüsal-ayrılıq  təranəsidir.  Gözəl  şairin  “Yuxu”  şeri  ikiyə  parçalanmış 
Azərbaycanın  yaralarından  bəhs  edir, Arazın  qanlı  axması,  ona  kədərlə 
baxması,  ikiləşmiş  bir  xalqın  tarixi  faciəsidir.  Bu  faciəni  şairlər  zaman-
zaman nəzmə çəkib. Şair də öz yuxusunda qanlı Araz çayını görür:


254
  
Qardaşım əl edib
  
Çağırdı məni.
  
Qaçmağa tələsdim yanına.
  
Birdən ilişdim dünyanın
  
Tikan hasarına.
 
 Şairin “İki qardaş” şeri də bir növ “Yuxu” şerinin davamıdır:
 
  
Bir-birindən ayrı yaşadı
  
Qanı bir, dili bir,
  
İnamı bir, dini bir.
  
İki qardaş.
İçində Araz adlı bir dərd daşıyan millətin Qarabağı da işğal altındadır, 
bu  işğal  sonu  görünməyən  dibsiz  dərə  kimi  elə  hey  uzanır,  məkrli 
imperiyaların  oyun  mərkəzinə  çevrilmiş  Azərbaycan  onu  sevən  qələm 
əhlinin daim diqqət mərkəzində olub. Mərhum şair Tapdıq Əlizamanoğlu 
da bu dərdi öz şeirlərində yana-yana nəzmə çəkir. 
Şeirlər  səksəninci  illərdə  yazılmasına  baxmayaraq,  siyirmədə  yatıb 
qalırdı. Yaxşı ki, dəyərli insanların əlinə keçib və kitabın çapına maliyə 
tapılıb. “İki qardaş” şerindən nümunə gətirməklə sözümü burda tamama 
yetirib dərindən köks ötürdüm. 
İlahi, aramızda o qədər söz qoşub şair olmaq istəyənlər var ki, qoy onlar 
vaxtilə çapını gərəkli bilməyən mərhum şairimiz Tapdıq Əlizamanoğlunun 
şeirlərilə tanış olsunlar. Hər fikri misraya düzüb şeir saymasınlar, şairlik 
içdən gəlsin gərək, qəfil gələn məhəbbət kimi… Necə deyərlər, quyuya su 
tökməklə quyu sulu olmaz, ay adamlar! Şairliklə onsuz da pul qazanmaq, 
dolanmaq  olmur. Yaza  bilmirsinizsə  yazmayın,  siz Allah!  Sözümü  ruhu 
göylərə uçan şairin 1983-cü ildə yazdığı “Dansan danılacaqsan” şerinin 
son bəndilə bitirmək istəyirəm, ruhu şad olsun, məzarı nurla dolsun, necə 
deyərlər, Allah o dünyasını versin:
Boy verməyən bir dənizdir bu həyat,
Üzmək bacarmasan boğulacaqsan.
Yeni həyat qurub “köhnəni” danma,
Dansan sən özün də danılacaqsan.


255
Bununla da şairin “Aramızda həsrət qaldı” toplusu haqqında yazdığım 
bu publisist yazıya son nöqtəni qoydum. Bu an gözlərimin önündə bir işıq 
yanıb-söndü, yox, elektrik işığını demirəm, ümumiyyətlə, bizdə nadir hal-
larda işıqlar sönür. 
Bəlkə bu yəqin ki, haqqında yazdığım, haqq dünyasına qovuşmuş şair 
qardaşım Tapdıq Əlizamanoğlunun ruhunun işığı idi, qəfil yandı, ağ işığa 
döndü və tez də ötüb keçdi, ruhu şad olsun!
  13-14.09.2014 

Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin