BÖLGƏLƏRDƏN GƏLƏN SƏSLƏR Bu yaxınlarda anama baş çəkmək üçün doğulduğum yurda getdim. Bu yurdun adı Tağaydır. O, Azərbaycanın şimal bölgələrindən biri olan, Bakının 105 km-də yerləşən Siyəzən rayonunun ərazisinə aid və birbaşa onun tabeçiliyindədir. Mən Siyəzən rayonunun Tağay kəndində dünyaya göz açmışam. Məqsədim doğulduğum ocaqla sizi tanış etmək deyil, çünki bir çoxları yaxşı bələddir, Siyəzən-Quba zonasının Qalaaltısı, Nabranı, Qəçreşi və bir çox buna bənzər gözəl guşələrinə… Mən paytaxtın el arasında “Şamaxinka” adlandırıldığı yerdən av tobusa əyləşib Siyəzənə üz tutdum. Adətən Bakıdan ora uzaqbaşı saat yarım vaxt qət edərdim, amma bu dəfə belə olmadı, çünki şi- mal yolu mənə nəhəng bir tikinti obyektini xatırlatdı. Nəhayət, ma- şın ləngiyə-ləngiyə getsə də, beş saata Siyəzənə çatdım. Ömrümdə