AZƏRBAYCAN RESpUBLİKASININ DÖVLƏT
HİMNİ (fƏLSƏfİ-TEKSTOLOjİ TƏHLİL)
MƏQALƏSİNİN MÜƏLLİfİ
ƏMİRŞAH BABAŞAH OĞLUNA (HACILI)
AÇIQ MƏKTUB
Sizin Azərbaycan Respublikasının Dövlət Himninin mətni barədə
verdiyiniz təhlili oxuyub, bu ölkənin bir vətəndaşı kimi çox məyus ol-
dum. Ona görə ki, biz müstəqilliyimizin 17-ci ilini yaşayan, sinəsi
paramparça olmuş, Azərbaycan ölkəsinin kiçik bir hissəsində bəxtinə bu
yaxınlarda istiqlal haqqı düşmüş bir xalqıq. Bu xalqın çox qismi dünyanın
hər yerinə səpələnmiş, ürəyi vətən həsrətilə alışıb-yanan, qürbət ağrı-
acılarına köklənmiş bir ömür yaşayır, çünki onun torpağının cənub hissəsi
İran, şimal hissəsində yerləşən Dərbənd Rusiya, Borçalı isə Gürcüstan
qanunlarına tabe olmaq məcburiyyətində qalıb. İrəvan xanlığı mərkəz ol-
maqla, bütünlüklə Qərbi Azərbaycan ərazisində Rus imperiyasının amansız
hökmü və himayədarlığıyla indiki Ermənistan yaradıldı. Bizim erməni
kimi tanıdığımız, əslində özlərinin özlərinə “hay” dedikləri gəlmə yağılara
bu torpaq, xalqımıza qarşı edilən soyqırımı və repressiyayla bəxşiş edildi.
Əslində göy türklər də, hunlar da, xəzərlər də, ərəblər də, monqollar da,
ruslar da, farslar da Azərbaycanı işğal məqsədilə tapdalayıb keçiblər. Hər
hökmdar da bu torpaqda öz izlərini qoyub gedib… Dili ilə, dini ilə, adət-
ənənələrilə, törətdikləri vəhşiliklərlə…
Allahın bizə bəxş etdiyi müstəqilliyin neçə əsrlərdir ki, həsrətində idik.
Mən ona görə Allahın bizə bəxş etdiyi müstəqillik deyirəm ki, əgər im-
periya balıq kimi başından iylənməsəydi, rus “qardaşlarımızın” əsarətində
yaşamağa məhkum idik və məhkumluqdan bizi Allah xilas etdi. Yaxşı ki,
xilas dönəmində Heydər Əlirza oğlu Əliyev kimi ağıllı, uzaqgörən, tədbirli,
millətinin ədəbi dilini sevən, şivələrdən uzaq, natiqlik qabiliyyətinə malik
16
olan böyük insan, dilin sağalmaz yaralarına məlhəm edən, mənəvi təbibimiz
oldu. Allah ona qəni-qəni rəhmət eləsin və ruhu şad olsun. Hamımızın
yaxşı yaddaşına həkk olmuş məşhur o müşavirədə millətin elm adamları
qarşısında “Biz azərbaycanlıyıq və bizim dilimiz Azərbaycan dilidir” dedi.
O uzaqgörən vətənpərvər bizi milli təfriqələrdən xilas etdi, amma hamıya
məlumdur ki, bizim indiki danışdığımız dil Azərbaycan türkcəsidir, bu
ölkənin çox qismi türkdilli xalqdır.
Hörmətli Əmirşah müəllim! Sivil ölkələr yüz illərlə eyni himni və həmin
himnə yazılmış eyni mətni işlədərlər, heç bunu yeniləşdirmək haqqında
fikirləşməzlər. Siz himnin mətnində işlənmiş ərəb və fars dilindən dilimizə
keçmiş gəlmə sözlərin bolluğundan şikayətlənirsiz. Ərəb dilindən gələn
Vətən sözünü dilimizə yad adlandırırsız və deyirsiz ki, bunu yurd sözü ilə
əvəz etmək lazımdır və yaxud ərəb dilindən götürülmüş qəhrəman ifadəsini,
monqol dilindən türk dilinə keçmiş, bahadur sözü ilə əvəz etmək lazımdır
deyirsiniz. Əgər qəhrəman sözünü bahadur sözüylə əvəz etsək, onda Milli
Qəhrəman yox, Milli Bahadur yazılmalıdır. Axı niyə sizin dediyiniz iradlar
təkcə himnə yazılmış şeir parçasına aid olmalıdır? Sonra misraların sonun-
da “iz” şəkilçisinin işlənməsi şerə daha da axıcılıq verir. Əgər sizi şeirdə
gedən qafiyə qüsurları narahat edirsə, bu da dahi Üzeyir bəyin musiqisinin
sədaları altında cilalanır, yəqin ki, müəlliflər mətnin söz qüdrətini artırmaq
və təsirli etmək üçün bu kiçik qüsurlara göz yumublar. Ümumiyyətlə, mahnı
mətnlərində bəstəkarlar şerin gücünü artırmaq üçün bəzən qafiyə və heca
pozuntularına yol verirlər. Çox güman ki, himnin mətnində gedən bu xətalar
da onun qüdrətini artırmağa xidmət edib və artırıb da. Mənim 53 yaşım var, ilk
dəfə məktəbə gedərkən müəllim bizə yazı lövhəsində ana, vətən, ata sözlərini
yazmağı öyrətdi. Əgər sizin yaz dı ğınız fikirlərlə razılaşsaq, onda vətən, məktəb,
kitab, kitabxana, şəhid lər xiyabanı, salam, xeyr, bəli kimi minlərlə sözlər bizim
dilimizdən çıxa rılmalıdır. Öncə klassik ədəbiyyata, Füzulidən tutmuş ən qəliz
yazan Seyid Əzim Şirvaniyə, dahi Sabirə qədər, sonra müasir söz adamlarının
yazıb-yaratdıqlarına əməlli-başlı əl gəzdirmək lazım olacaq. Hələ mən tibdə,
texniki ədəbiyyatda və elmimizin bir çox sahələrində bizimkiləşmiş, ərəb, fars,
rus, ingilis və sair dillərdən dilimizə keçib doğum şəhadətnaməsi qa zan mış
sözlərdən danışmıram.
Biz hamımız yaxşı bilirik ki, ərəb sözlərinin doğmalaşması islam dini
və islami həyat tərzi ilə bağlıdır. İslama inancımızın əksi bayrağımızın
üstündə açıq-aydın dalğalanmaqdadır. Bizim ölkədə hansı yerdə yuva
17
salıb yurd qurursansa ora yurd deyilir. Vətən isə geniş anlam kimi bi-
zim ağlımıza, ruhumuza hopub. Böyük Səməd Vurğunun “Azərbaycan”
şerindən iki misranı sizin diqqətinizə yetirmək istəyirəm:
Dostları ilə paylaş: |