9
Axı, hörmətli nazir, seçim camaatın olmalıdır. Əvvəla, yaşıl avtobuslar
heç uzaq yol üçün nəzərdə tutulmayıb, çünki bu maşınlarda oturacaqların
sayı azdır. Yolboyu sərnişinlərin çoxu 2 saat, saatyarımlıq məsafəni ayaq
üstə nehrə kimi çalxalana-çalxalana gəlməli olur. Hiss olunacaq dərəcədə
vaxt itkisi ilə mənzil başına yorğun-arğın çatırlar. Hələ bunun qarşıda
qışı var, uzaq yolun çətinliyini də nəzərə alsaq, neçə-neçə təhlükəli
məqamlarla üz-üzə qalmalı olacağıq. Ataların yaxşı bir məsəli var: “Özünə
qıymadığını başqalarına rəva bilmə”. Xahiş edirik ki, bu məsəli nəzərə
alıb Pirallahı sakinlərinin şəhərə gedib-gəlməsində önəmli yer tutmuş
“QAZEL” və “FORD”ların xəttə qaytarılmasına izin verəsiniz. Bizim
şəxsi maşın almağa, nə də Pirallahıdan köçüb şəhərə getməyə maddi im-
kanımız yoxdur. Biz Pirallahı sakinləri də Allah bəndələriyik və əminik
ki, nəqliyyat naziri cənab Ziya Məmmədov yaşıl maşınların yaşıl zəhərilə
ovqatımızı zəhərləməyəcək. Ada sakinlərinin arzu və istəklərini nəzərə
alıb iri həcmli yaşıl avtobuslarla bərabər “QAZEL” və “FORD”ların da
marşrutda fəaliyyət göstərməsinə rəvac verəcək.
29.04.2008
Dostları ilə paylaş: