6
o kamal yığnaqlarından bir an belə aralı olmayıb və xüsusən Hacı Mailin
o müdrik siması bir an da belə gözlərim önündən getmir. Amansız xəstəlik
Hacı Mailə möhlət versəydi, hələ neçə-neçə qəzəl kitablarını, divanlarını
araya-ərsəyə gətirərdi.
Fəqət, hardan biləsən fələyin gərdişini? Hökm çıxardan da O, hökmü
həyata keçirən də O. Bizlərsə, onun hökmünə məhkum olmuşlarıq. Necə
səbirlə, necə təmkinlə qulaq asırdı Hacı Mail məclisdə oxunan şeirlərə…
İrad tutanda da elə yumşaq, elə mülayim deyirdi ki, iradını… Müəllifin
ümidini itirməmək üçün. Ərəb, fars dillərinin bilicisi, sənədsiz alim, iste-
dadlı şair. Hacı Mailin ruhuna Allahdan rəhmət diləyirəm. Məzarın nurla
dolsun, böyük şair!
Sənin övladların sənət çırağının işığıyla öyünə bilərlər. Ey heç kəsə
əyilməyən dağ vüqarlı sənətkar! Sənin yoxluğun Azərbaycan alimləri,
söz xiridarları içində bundan sonra daha çox bilinəcək. Yoxluğun göyüm-
göyüm göynədəcək səni candan sevənləri, əziz Hacı Mail. Allah sənə qəni-
qəni rəhmət eləsin, ruhun şad olsun! Sinəsində Vətən ağrılarıyla dünyanı
tərk edən sənətkar. Ürəyində hələ nə qədər sözün-sovun qaldı…
Yoxluğun hiss olunduqca sənətinin yaddaşlardan silinməzliyi aləmə
üs yan olacaq. Ölməz, Hacı Mail, bilirəm həmkarların sənin əziz xatirənə
qəzəllər həsr edəcəklər.
Yoxluğunun xəbəri nədənsə mənim könlümdə heca vəznində ürək
yanğısına çevrildi. Mən sənin əziz xatirənə həsr etdim bu şeri, ruhun şad
olsun əməli pak ustadım!
BU XƏBƏR
Mərhum qəzəl ustadımız Hacı Mailin
unudulmaz xatirəsinə
İçimdə acıya döndü bu axşam,
Söndü
gözlərimin gecəsində şam,
Aldı ürəyimdən kədərlərim kam,
Sel etdi gözümün yaşın
bu xəbər,
Yandırdı qəlbimin başın bu xəbər.
Əsl insanları itirmək çətin,
Ən ağır
itkisi bəşəriyyətin,
7
Ey fələk, sarsıtdı məni niyyətin,
Ağlatdı
könlümün gözün bu xəbər,
Göstərdi ölümün üzün bu xəbər.
İlahi yaxşını həyatdan alar,
Onun
yoxluğuyla qəlbləri çalar,
Duyğulu canları ələmə salar,
Saldı
ürəyimi qəmə bu xəbər,
Atdı gözlərimi nəmə bu xəbər.
O candan sevərdi Azərbaycanı,
Həyatı, cahanı, hər keçən anı,
Fələk ayrı etdi tənindən canı,
Saldı matəmini dilə bu xəbər,
Mailin yoxluğun elə bu xəbər.
Füzuli oduyla alışan şair,
“Şəbi-hicran” ilə yarışan şair,
Məcnun atəşinə qarışan şair,
Dostları ilə paylaş: