Söz köNLÜMÜ QƏLƏm etdi (publiSİSTİk düŞÜNCƏLƏR)



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə12/99
tarix26.12.2016
ölçüsü1,12 Mb.
#3432
1   ...   8   9   10   11   12   13   14   15   ...   99
bu  qədər  çətin  və  uzun  yol  getməmişdim,  ancaq  bütün  bu  çətinliyə 
baxmayaraq düşünəndə ki, yaxın zamanlarda şimal yolu ilə maşınlar 
rahat gedib-gələcəklər, adamı qürur hissi bürüyür, çünki sovet zamanı 
da istəyirdilər şimal yolunu təzədən çəksinlər, amma iş yarımçıq qaldı 
və  bu  bizim  müstəqilliyimizə  nail  olduğumuz  zamana  düşdü.  Mü-
vəqqəti çətinlik olsa da bütün bunlar ürəkaçan və könlü riqqətə gətirən 
məsələlərdir. 
 Nə isə, mətləbdən uzaqlaşmayım. Siyəzənə çatan kimi bir taksi tutub 
Tağay kəndinə yollandım. Bu kənd Siyəzənin 7 km-də yerləşir. Kəndimizə 
yol Yenikənd və Gilgiçay kəndlərindən keçir. Bir tərəfi dağlarla, bir tərəfi 
dənizlə əhatələnmiş  kəndimizin  çox  gözəl havası,  içildikcə  doyulmayan 
şollar suyu və ara-sıra sönsə də işığı var. Buranın insanları əsasən əkin-
çilik, heyvandarlıq və tərəvəzçiliklə məşğuldur. Az bir qismi isə kənarda 
işləyir.  Suyunu  içməklə,  havasını  udmaqla  doymadığım  Tağayın  şərait 


21
baxımdan  bəxti  heç  vaxt  gətirməyib.  Şimal  dəmiryol  stansiyasının  3 
km-də  yerləşən  bu  kənd  həmişə  rayon  rəhbərlərinə  gözdən-könüldən 
uzaq yer kimi görünüb. Bilmirəm, bunun təqsiri orda yaşayan insanlarda 
və  ya  ona  ögey  baxan  əlaqədar  təşkilatlardadır?  Paytaxtın  115  km-də 
yerləşən bu kəndin işığı da 1968-ci ildə çəkilmişdi. Şollar suyu isə çox 
sonralar çəkilib. Halbuki kəndin 3-4 km-də həmişə su, işıq və qaz olub. 
Sovet  dönəmində  –  keçən  əsrin  80-ci  illərində,  nəhayət,  bu  kəndə  qaz 
xətti çəkildi, camaatın yanacaq problemi həll olundu. Elə bil bu kəndin 
bəxtinə günəş doğdu, ancaq bu da uzun çəkmədi. Sovet hökuməti süquta 
uğrayanda ölkəmizin bir çox bölgə mərkəzləri və kəndləri kimi Tağayın 
da  qazı  kəsildi.  Bizim  kənd  dənizkənarı  zolaqda  yerləşdiyi  üçün  burda 
meşələr də yoxdur. Camaat əvvəllər burda heyvan peyinindən hazırlanan 
təzəkdən, odundan, tapılanda kömürdən istifadə edirdi. Onu da deyim ki, 
Abşeronun yaxınlığında yerləşməsinə baxmayaraq, buranın qışı da sərtdir. 
Yayı isə sərindir, camaat yayda da orda yorğanla yatır. Sovet hökumətinin 
ilk  dövrlərində  dənizə  yaxın  sahədə  ata-babaların  saldığı  qədim  üzüm 
bağları da məhv edilib və yerində süni meşə massivi salınmışdı. Hətta ora 
meşəbəyi də təyin olunmuşdu, lakin kəndə qazın verilməsi dayandırılan 
kimi,  SSRİ  dağılan  vaxt  camaat  birinci  soyuqdan  ölməmək  üçün  bu 
meşəyə üz tutdu. Bu minvalla ağaclar qırılıb məhv edildi, sonra isə həyət-
yanı bağlar da bu qırılmaya məruz qaldı. İndi şükür Allaha ki, ölkəmizdə 
çətinliklər aradan qalxmağa başlayıb. Azərbaycanın ən ucqar bölgələrinə 
belə  qaz  verilməsi  vüsət  alıb.  Sağ  olsun  ölkəmizin  başçısını  və  bu  işlə 
əlaqəli təşkilatları, amma bu vüsətdən təəssüf ki, bizim kəndimiz kənarda 
qalıb. Bakıya yaxın olan Siyəzən özü neft istehsal edən rayondur. Tağayın 
3  km-də  yerləşən  Yenikənd,  Gilgiçay,  Həmyə  və  sair  kəndlər  qazla 
təchiz  olunub,  ancaq  Tağayda  isə  camaat  qaz  problemilə  üz-üzə  qalıb. 
Məni təəccübləndirən odur ki, bu işlə birbaşa əlaqədar olan təşkilatlar və 
səlahiyyətli orqanlar bu məsələylə heç maraqlanmır və ya maraqlanmaq 
istəmirlər.  Kəndlə  bağlı  olan  bələdiyyə  və  icra  orqanları  bu  məsələnin 
üstündən sükutla keçirlər. Halbuki kənddə qaz xətti var. Bu qaz xətlərini 
təmir edib camaatı qazla təchiz etmək elə də çətin iş deyil. Mən camaatdan 
soruşanda  dedilər  ki,  əksinə  qaz  xətlərini  kəsib  aparırlar.  Bu  məsələ  öz 
həllini tapsa, qırılıb çatılmış meşəmiz yenidən dirçələr, camaatımızın isə 
təmiz havalı, saf sulu, göy Xəzərli Tağayımızla ülfəti və bağlılığı birə-on 
artar. İnsanları kəndlərdən qaçırıb rayon mərkəzlərinə və paytaxta dolduran 


22
nədir? Şəraitsizlik, laqeydlik, bəzi yerli icra orqanlarının və bələdiyyələrin 
kəndlərə ögey münasibəti.
 İnanıram ki, məqalə qəzetdə dərc olunan kimi Siyəzən rayonunun 
aidiyyəti orqanları bu məsələnin tezliklə həllinin icrasına öz səlahiyyətləri 
çərçivəsində rəvac verəcəklər. Qarşıdan prezident seçkiləri gəlir, qoy sadə 
Tağay camaatı da bu seçkilərə üşüyə-üşüyə yox, isti ürəklə getsin!
  07.09.2008

Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin