St və mks” fakultəsi “Meliorasiya və stt”


BAKI-2021 Gətirmələr əmələ gəlməsi və xarakteristkaları



Yüklə 1,1 Mb.
səhifə47/54
tarix02.01.2022
ölçüsü1,1 Mb.
#41904
1   ...   43   44   45   46   47   48   49   50   ...   54
8fe2ad1613e1a280bc7c9016f3516718

BAKI-2021
Gətirmələr əmələ gəlməsi və xarakteristkaları.
Çay axını ilə aparılan və ya çökərək məcra və subasarların dib çöküntülərini

əmələ gətirən bərk mineral hissəciklər gətirmələr adlanır. Çay gətirmələrinin əmələ

gəlməsinə səbəb olan təbii proseslər aşağıdakılardır: aşınma, denudasiya və

eroziya.


Aşınma, fiziki-kimyəvi proseslərin təsiri altında bərk dağ süxurlarının ayrıayrı

hissələrə və xırda hissəciklərə bölünməsidir. Aşınmanın iki əsas növü var:

fiziki və kimyəvi aşınma. Aşınma məhsullarının yamac boyu ağırlıq qüvvəsinin

təsiri ilə hərəkəti denudasiya prosesi adlanır. Eroziya prosesi isə su və küləyin

torpağa və süxurlara dağıdıcı təsiridir. Bu üç prosesin təsiri nəticəsində çay axınları

bərk hissəciklərlə zənginləşir. Çay axınları vasitəsilə nəql edilən gətirmələrin

miqdarı eroziya prosesinin şiddətliyindən asılıdır. Çay gətirmələrinin əmələ

gəlməsində su eroziyası daha fəal rol oynayır. Eroziya yaqmac və yataq

eroziyalarına bölünür. Yamac eroziyası öz növbəsində səthi yuyulma və dərinlik

yuyulmasına bölünür. Hövzə səthinə yağan yağışın mexaniki təsiri ilə parçalanan

torpaq qrunt hissəcikləri ətrafa sıçrayıç və əmələ gəlmiş səth axınına qarışaraq,

onunla birlikdə axıdılır. Yamacın meyilliyindən, axımın miqdarından asılı olaraq

bərk hissəciklərin bir hissəsi hidroqrafiki şəbəkəyə gətirilir.

Yamac eroziyası ərazinin fiziki-coğrafi şəraitindən çox asılıdır. Yağışın

şiddətliyi və yamacın meyilliyi artdıqca, eroziya və bitki örtüyü də böyük təsir

göstərir. Bitki örtüyü olan ərazidə yamac eroziyasının şiddətliyi az olur. Həmin

prosesin gedişatına təsərrüfat fəaliyyətinin də təsiri böyükdür. Odur ki, bir çox

rayonlarda eroziyanı zəiflətmək və onun qarşısını almaq üçün aqrotexniki

tədbirlərdən istifadə edilir.

Məcra eroziyasının da iki növü var. Onların biri dərinlik (dib), o biri isə yan

eroziyasıdır. Düzənlik çaylarının çoxu tarazlaşmış vəziyyət almışlar, yəni axın

boyu quytullar və növbəli dayazlıqlar bir-birini əvəz edir. Onlarının vəziyyətinin

dəyişməsi əsasən yaz gursululuğu və ya daşqınlar vaxtı baş verir.

Yan eroziya nəticəsində çayların sahilləri yuyulur və genişlənir.

Çay gətirmələri hərəkət xüsusiyyətlərinə görə asılı və dib gətirmələrinə

bölünür. Çay axınının orta sürətindən, canlı en kəsikdə yerli sürətlərin

paylanmasından və gətirmələrin iriliyindən asılı olaraq, bərk hissəciklərin

(gətirmələrin) bir qismi çayın dibindən qaldırılaraq uzun bir məsafəyə asılı halda

nəql edilir. Bir qrup gətirmələr isə çayın dibindən qaldırılaraq qısa bir məsafəyə

aparılır və sonra yenidən çayın dibinə çökür. Bu proses bir müddət təkrar olunur və

salrsiya adlanır.

Gətirmələrin asılı və dib gətirmələrinə ayrılması şərtdir. Belə ki, axının

sürətindən asılı olaraq dib gətirmələri asılı gətirmələrə çevrilir və əks proses

müşahidə olunur.

Gətirmələrin əsas xarakteristkaları aşağıdakılardır: həndəsi ölçüsü,

hissəciklərin forması, qranulometrik (mexaniki) tərkibi, fiziki-kimyəvi xassələri və

məsaməliyi. Gətirmələrin ən vacib xarakteristikası onun ölçüsüdür. Qranulometrik

tərkibinə görə gətirmələr müxtəlif fraksiyalara bölünürlər: gil, qum, çınqıl, kəsək

(və ya daş).

Gətirmələrin ölçüsünü təyin etmək üçün onları tordan (ələkdən) keçirirlər.

Gətirmələr, tərkibində olan gil, toz hissəcikləri və qumlardın miqdarına görə 21

kateqoriyaya bölünürlər. Çayın canlı en kəsiyindən keçən ətirmələrin miqdarına gətirmələr sərfi deyilir və

kq/san ilə ifadə olunur. asılı (R) və dib (G) gətirmələri ayrılıqda ölçülür və

hesablanır. Müəyyən bir müddət ərzində (gün, ay, fəsil, il və s.) çayın apardığı

gətirmələrin ümumi miqdarına isə gətirmələr axımı deyilir. Gətirmələr axımı,

adətən tonla ifadə olunur. Hövzənin vahid səhəsindən aparılan gətirmələr axımına

gətirmələrin axım modulu deyilir və t/km2 ilə ifadə olunur. müəyyən bir müddətdə

suda həll olmuş maddələrin çayda aparılan miqdarına ion axımı deyilir. Asılı gətirmələr. Axın vasitəsilə asılı halda nəql edilən gətirmələrin hərəkət

qanunauyğunluğunu ilk dəfə 1848-ci ildə Dyupyu əsaslandırmışdır. Onun

müşahidələrinə əsasən sürət qradiyenti böyük olduqda çayın dibində yerləşən bərk

cisimlərə qaldırma qüvvəsi təsir göstərir. Axının dibində olan bərk hissəciyin üst

səthində suyun sürəti böyük, aşağıda isə kiçik, bəzən hətta sıfra bərabər olur. Dibdə

isə əksinə, təzyiq çox olduğundan sükunətdəki gətirmələrə qaldırma qüvvəsi təsir

göstərərək, onları yerlərindən tərpədir. Yerindən oynamış bərk hissəciklər axınla

birlikdə hərəkət edir. Bundan sonra gətirmələrin uzun müddət asılı halda qalması

turbulentliyindən, o cümlədən şaquli sürət pulsasiyasından asılıdır. Hal-hazırda

asılı gətirmələrin hərəkətinin iki nəzəriyyəsi mövcuddur. Nəzəriyyələrdən biri

diffuziya nəzəriyyəsidir. Onu 1913-1923-cü illərdə atmosfer üçün V.Şmit və

Ç.Teylor vermişlər. V.M.Makkaveyev isə 1931-ci ildə diffuziya nəzəriyyəsini

məcra axınları üçün işləmişdir. Diffuziya nəzəriyyəsinə görə gətirmələrin hərəkəti

turbulent axında mübadilənin mövcud olması ilə əlaqədardır. Həmin nəzəriyyəyə

əsasən axında turbulent qarışma zamanı mövcud substansiyalar da (məhlul, istilik,

bərk hissəciklər və s.) aparılır. Az meyllilik çayların nəql etdiyi gətirmələrin miqdarı az olur.Çaylar

gətirmələri ən çox yaz gursululuğu və daşqın dövründə nəql edirlər.

Çayın canlı en kəsiyində gətirmələr qeyri-müntəzəm paylanır. Səthdə

gətirmələrin miqdarı az, dibdə isə çox olur. Çayın eni boyu da gətirmələrin miqdarı

eyni olmur və axının istiqamətindən və yerli yuyulmalardan asılıdır. Dib gətirmələləri. Gətirmələrin bir hissəsi axının ancaq dibi ilə hərəkət edir və

belə gətirmələr dib gətirmələri adlanır. Onların hərəkəti gətirmələrin iriliyindən,

axının hidravliki göstəricilərindən və yatağın dibində yerləşməsindən asılıdır.

Əvvəlcə axının təsirinə daha çox məruz qalan dibdəki kiçik hissəciklər

hərəkətə gəlir. Sonra axının təsiri nəticəsində iri gətirmələr də hərəkətə gəlir.

Dib gətirmələri yaz gursululuğu və daşqın vaxtı demək olar ki, olmur. Çay

yatağının dibində yerləşən hissəciklərə hidrodinamiki qüvvə ilə yanaşı, qaldırma

və sürtünmə qüvvələri də təsir göstərir.

Ön və qaldırma qüvvələrinin təsiri nəticəsində dibdə yerləşmiş gətirmələr öz

dayanıqlığını itirir və diblə yuvarlanmağa başlayırlar. Axında sürət pulsasiyasının

olması ilə əlaqədar olaraq gətirmələr müəyyən dərinliyə qədər qalxırlar. Qumdan ibarət olan dib gətirmələri qırçın şəklində hərəkət edir. Məlumdur ki,

müxtəlif sıxlıqlı mühitlərin sərhədlərində dalğavari səthlər əmələ gəlir. Məsələn,

səhralarda qum barxanları, çaylarda isə su ilə dibdəki bərk hissəciklərin

sərhəddində qırçınlı səth yaranır. Qum qırçınlarının uzununa profilində bir neçə

səciyyəvi hissə ayırmaq olar:-qırçının arxa yamacı, ön yamacı zirvəsi və dibi.

Qırçının təşkil olunduğu gətirmələr belə hərəkət edirlər: ayrı-ayrı qum hissəcikləri

ön yamacla zirvəyə qalxaraq sonra aşağı düşür və arxa yamacda çökür. Beləliklə,

ancaq qırçının səthində olan qum hissəcikləri hərəkətdə olur. Qırçınlar hərəkət

etdikcə, onlar bir neçə xırda qırçınlara da bölünə bilərlər.

Qırçınların hündürlüyü dərinlikdən asılıdır. Dərinlik artdıqca onların

hündürlüyü də artır.

Qırçınların sürəti kiçik olur. Məsələn, Volqa çayının orta axında 8-20 m

uzunluğunda olan qum qırçınları bir gündə 0.3-1.3 m məsafəyə hərəkət edir. Dib

gətirmələrinin sərfini hesablamaq üçün bir sıra düsturlardan istifadə edilir. Dib

gətirmələrinin həndəsi ölçüləri axın boyu dəyişir. Dağlıq hissədə çayların nəql

etdiyi gətirmələrin diametri böyük, düzənlik hissədə isə kiçik olur.




Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin