Su rejiminin fazaları və rejiminə görə çayların təsnifatı.
Su obyektlərinin vəziyyətlərinin il ərzində qanunauyğun dəyişməsi hidroloji
rejim adlanır. Bu dəyişkənlik fiziki-coğrafi şəraitdən, ilk növbədə isə yağıntıların,
havanın temperaturunun və rütubətliyin dəyişməsindən asılıdır. Müxtəlif su
obyektlərinin-çayların, göllərin, bataqlıqların, yeraltı suların rejimləri ayrılıqda
öyrənilir. Su obyektlərinin səviyyəsinin və su sərfinin il ərzində dəyişməsi su
rejimi adlanır. Səviyyənin sutka, fəsil və çoxillik bir müddət ərzində dəyişməsi
səviyyə rejimi, sərfin dəyişməsi isə sərf rejimi adlanır.
Buz hadisələrinin göstərilən müddətdə dəyişməsinə buz rejimi, suyun
temperaturunun dəyişməsinə isə termik rejim deyilir. Bunlarla yanaşı çayların
gətirmələr, hidrokimyəvi rejimləri, məcra prosesləri və s. kimi rejimləri
mövcuddur. Onların hər biri ayrılıqda öyrənilir. Rejimin səciyyəvi dövrləri rejim
fazaları adlanır. Rajim fazalarının başlanğıc tarixi və sonu fiziki-coğrafi
amillərdən, başlıca olaraq iqlim şəraitindən asılıdır. Çayların əsas rejim fazaları
aşağıdakılardır:
• Gursululuq;
• Daşqın;
• Qıtsulu (aralıq);
Təbii su obyektlərinin su rejimlərindən fərqli olaraq, kanalların, su
anbarlarının rejimləri onların iş xüsusiyyətlərindən asılıdır. Qurutma meliorasiya
üçün tikilmiş bəzi kollektor-drenaj şəbəkələrinin su rejimi, həmin ərazidən axan
çayların su rejimi ilə oxşardır.
Qarın, buzların əriməsindən və uzun sürən yağışlardan sonra çaylarda suyun
səviyyəsi qalxır, su sərfi artır və bu hər il eyni vaxtda təkrarlanır. Bu rejim fazası
gursululuq adlanır.
Düzənlik çayalarında gursululuq əsasən yaz fəslinə təsadüf edir. Bu zaman
temperatur müsbət olur, havalar qızır, qar tədricən əriyir və müəyyən bir müddətdə
çayın su sərfi artır ki, bununlada yaz gursululuğu başlayır. Dağlıq ərazilərdə
yüksəklikdən asılı olaraq qarların buzlaqların əriməsi eyni vaxtda baş vermir. Buna
görə də gursululuğun davamiyyəti artır və yaz-yay gursululuğu əmələ gəlir.
Şərqi Avropanın şimal hissəsindəki şaylarda yay gursululuğu əsasən yaz qar
əriməsi hesabına yaranır.Şimal rayonlarında qar ehtiyatı cənub rayonlarına
nisbətən çox olduğu üçün onlarda gursulu dövrlərdə çayların axım miqdarı da çox
olur. Bu çaylarda gursululuq dövrü 180-200 gün və daha çox davam edir. Cənuba
getdikcə gursulu dövrün davamiyyəti azalır. Çayların əsas axımı yaz gursululuğu
dövründə olur.
Yüksək dağlıq ərazi çaylarında və mənbəyini buzlaqlatdan götürən çaylarda
gursululuq yayda olur. Yaz –yay gursululuğu olan ıaylara Terek, Amurdərya,
Sırdərya və başqalarını misal göstərmək olar. Uzun sürən musson yağışları
nəticəsində Amur çayı hövzəsində yay gursululuğu müşahidə olunur.
Ümumiyyətlə, illik axım miqdarının əsas hissəsi gursulu dövrə təsadüf edir.
Gursululuğun artma dövrü azalma dövrünə nisbətən qısa olur. Gursululuğun davamiyyəti qar ehtiyatından,qarərimə prosesinin şiddətləndiyindən və başqa
fiziki-coğrafi amillərdən asılıdır.
Qarın əriməsi böyük çay hövzələrinin hər yerində eyni vaxtda başlamır. Bu
gursululuğun formalaşmasına təsir göstərir.
Qar əriməyə başlayan kimi axıməmələ gəlmir. ərinti suyunun bir hissəsi qar
örtüyündə yığılır və o maksimal rütubət tutumuna çatdıqdan sonra suvermə prosesi
baçlayır.Əgər qar əriyəndə yağış yağarsa, bu zaman qar örtüyünün suvermə
qabilliyyəti artır.
Qardaxili akkumulyasiya ilə yanaşı, ərimə suyunun bir hissəsi hövzənin
səthində olan xırda çökəkliklərə yığılır, bir hissəsi isə torpaq-qurunt qatina
süzülür.Gursululuğun formalaşmasına yuxarıda göstərilən amillərdən başqa,
hövzədə olan göl və bataqlıqlar, bitki örtüyü təsir göstərir.
Yamacların ekspozisiyası da ərinti sularının maksimal axım modulunun
azalmasına səbəb ola bilər. Qeyd etmək lazımdır ki, ərinti sularının infiltrasiyasına
hövzənin torpaq-qurunt layının fiziki-mexaniki tərkibi böyük təsir göstərir.
İnfiltrasiya olmuş qar suyunun bir hissəsi quruntu nəmləndirir, qalan hissəsi isə
yeraltı suların ehtiyatını artırır.
Beləliklə, ərinti suları axımının formalaşmasında aşağıdakı mərhələlərin
olduğunu göstərmək olar:
• qarda ərinti sularının əmələ gəlməsi;
• ərinti sularının hövzənin qar örtüyündə akkymlyasiyası;
• ərinti sularının hövzənin səthindəki çökəklikdə akkumulyasiyası;
• ərinti sularının torpaq-qurntda infiltrasiyası və akkumulyasiyası;
• ərinti sularının yamaclarda və hidroqrafiki şəbəkə ilə axması.
Ərinti sularının yamaclarda və hidroqrafik şəbəkədə axın sürətindən asılı
olaraq yaz gursululuğunun müddəti dəyişir. Maksimal su sərfinin qiyməti də həmin
sürətdən asılıdır. Əgər yamaclarda və hidroqrafik şəbəkədə axının sürəti kiçik
olarsa, yaz gursululuğun davamiyyəti artar, sürət böyük olduqda isə, əksinə azalar.
Gursululuğu öyrəndikdə əsas məsələlərdən biri onun axım həcminin və maksimal
su sərfinin təyin edilməsidir. Müxtəlif coğrafi rayonlar üçün gursululuğun
başlanma və qurtarma tarixini, onun davamiyyətini müəyyən etməyin böyük
praktiki əhəmiyyəti vardır. Yaz gursululuğunu ayrı-ayrı illər üzrə təyin etmək üçün
çayların hidroqrafını parçalamaq lazımdır. Hidrometrik müşahidə məlumatları
olmayan çaylar üçün isə yaz gursululuğunun axımı ərazi üçün tərtib edilmiş axım
xəritəsinə əsasən təyin edilə bilər. Daşqın hidroloji rejim fazalarının ən əsaslarındandır. Daşqın, nisbətən qısa müddət ərzində su sərfinin kəskin artmasına deyilir.
Daşqının yaz və yay gursululuğundan fərqi ondadır ki, o müəyyən bir vaxtda
deyil, ilin müxtəlif fəsillərində baş verir, axım həcmi gursululuqdakından az olur
və nisbətən qısa müddət ərzində davam edir.
Daşqınlar leysan yağışları və qış zamanı havanın mülayimləşməsi ilə əlaqədar
olaraq qarın əriməsindən və uzun sürən yağışlardan sonra əmələ gəlir.
Leysan daşqınları isə Krım, Qafqazın Qara dəniz sahillərində və Dneprin
Karpatdan axan qollarında daha tez-tez baş verir.
Daşqınlar ilin müxtəlif fəsillərində əmələ gəlir. Daşqının əsas ünsürləri
qalxma və düşmə müddətləri, daşqın axımının həcmi və maksimal su sərfidir.
Ayrı-ayrı hallarda daşqının maksimal sərfi və səviyyəsi gursulu dövrün müvafiq
sərfindən və səviyyəsindən böyük ola bilər. Daşqın zamanı çayda daçqın dalğası
əmələ gəlir.
Kiçik hövzəli çaylarda hesabı sərf kimi daşqın sərfləri qəbul edilir. Daşqın
zamanı su böyük əraziləri basır və müxtəlif təsərrüfat sahələrinə böyük ziyanlar
vurur. Odur ki, bir çox çay hövzələrində hər il daşqına qarşı mübarizə tədbirləri
görülür. Bəzən bu məqsədlə çaylarda xüsusi tənzimləndirici su anbarları da tikilir.
Daşqının formalaşması sutplayıcı hövzədə yağış sularının toplanma vaxtından
asılıdır. Leysan yağışları böyük hövzələrdə müntəzəm paylanmır və yalnız onun
müəyyən sahələrini tutur. Leysan, şiddətliyi 10-20 mm/saatdan çox olan, qısa
müddət davam edən (2-3 saat) yaöışlara deyilir. Leysan yağışları isə şiddətliyi 2-10
mm/saatdan çox olan və bir neçə saatdan bir neçə günə qədər davam edən yağışlara
deyilir. Leysan və leysan yağışı yağdıqda, suyun bir hissəsi torpaq səthinin
islanmasına sərf olunur, yəni az yağışın yağması ilə səth axımının başlanması
arasında müəyyən bir vaxt keçir. Bu vaxt, hövzənin geoloji quruluşundan,
relyefindən, bitki örtüyündən asılıdır. Yağış suyunun bir hissəsi buxarlanmaya, bir
hissəsi isə hövzədəki mikroçökəklikləri doldurmağa sərf olunur. Bunların hər ikisi
daşqın axımının itkiləridir. Yağış suyu süzülərək torpağa keçir və yeraltı suların
ehtiyatını artırır. Buna görə də həmin sular hidroqrafik şəbəkəyə gec gəlib çatır.
Səth axınları xırda su lülələri şəklində yamaclarda hərəkət edir, bir-birinə qarışır,
sonra isə birləşərəkçay şəbəkəsinə daxil olur. Yamaclardan axan səth sularının
sürəti hidroqrafın formasına böyük təsir edən amillərdən biri hövzənin bitki
örtüyüdür. Bitki örtüyü olan hövzələrdə səth axını coşqun xarakterli olmur.
Bitkisiz hövzələrdə isə bu axın coşqun olur və onun kinetik enerjisinin bir hissəsi
hidravliki müqaviməti dəf etməyə sərf olunsa da, eroziya prosesi daha şiddətli
gedir. Daşqına çayla hərəkət edən dalğa kimi baxsaq, onda həmin dalğanı
səciyyələndirən əsas kəmiyyətlər onun yayılma sürəti, amplitudası və uzunluğu
olacaqdır. Daşqın dalğası hərəkət edərkən onun ön hissəsində qalxma zamanı
meyllik, enmədəkindən çox olur. Buna görə də daşqın fazası üçün su sərfinin
səviyyədən asılılıq əyrisi şəklində olur. Düzənlik çaylarında isə bu əlaqə əyrisi adi
formada kimi qalır.
Dostları ilə paylaş: |