St və mks” fakultəsi “Meliorasiya və stt”

Yüklə 1,1 Mb.
səhifə48/54
tarix02.01.2022
ölçüsü1,1 Mb.
#41904
1   ...   44   45   46   47   48   49   50   51   ...   54
8fe2ad1613e1a280bc7c9016f3516718

Gətirmələr axımının rejimi. Çayın rejiminin il ərzində dəyişməsi də onların

nəql etmə qabiliyyətinə və gətirmələrin miqdarına təsir göstərir. Belə ki, çay yaz

gursululuğunda və daşqınlar zamanı ən çox gətirmələr nəql edir. Azsulu dövrlərdə

isə çaylardakı gətirmələrin miqdarı minimal olur.

Çaylar en kəsiyinin sahəsinin, dərinliyinin, meylliyinin axın boyu dəyişməsi,

qolların böyüməsi çayların gətirmələri nəql etmə qabiliyyətini dəyişdirir. Bu

amillərlə yanaşı, gətirmələrin rejiminə axının turbulentliyi və daxili axıntılar da

təsir göstərir. Ümumiyyətlə, gətirmələr axımının il ərzində paylanması çayın su

rejimi ilə əlaqədardır. Çayın su sərfi artdıqca gətirmələrin sərfi də artır.

Gətirmələrin maksimal sərfi su sərfinin maksimumundan bir qədər tez müşahidə

olunur.

Su rejiminin dəyişməsi ilə əlaqədar, gətirmələrin mexaniki tərkibi də dəyişir.

Gursululuğun qalxma fazasında çaydakı gətirmələrin miqdarı xırda fraksiyaların

(<0.05mm) hesabına daha çox artır. Səviyyə düşdükdə isə suda iri fraksiyalar daha

çox olur.

Kiçik çaylarda isə həm kiçik (<0.05mm), həm də iri fraksiyaların (>0.05 mm)

maksimal miqdarı eyni vaxtda müşahidə olunur. bu ondan irəli gəlir ki, böyük

hövzəli çaylardan fərqli olaraq kiçik çaylarda hövzənin hissələrindən axıb gələn su,

hidroqrafiki şəbəkəyə təxminən eyni vaxtda gəlib çatır.

Meşə zonasının çaylarında bulanıqlıq ən az (ρ<20 q/m3) olur. Bunun səbəbi

səth aıxının az olması və yuyulma prosesinin zəif getməsidir. Meşə zonasından cənuba getdikcə gətirmələrin miqdarı da artır. Meşə-çöl zonalarında bulanıqlıq 500

q/m3 çatır. Bu səthi eroziyanın güclənməsi ilə izah olunur.

Hidrotexniki qurğular tikildikdə çayların təbii gətirmələr rejimi dəyişir. Belə

ki, kür çayı üzərində bir sıra su anbarları tikildikdən sonra onun illik gətirmələr

axımı kəskin azalmışdır.

Azərbaycan ərazisində bir neçə yüz nohur və su anbarları vardır ki, bunlar da

əsasən dağətəyi və düzən zonalardadır. Su anbarlarının ümumi sahəsi 1000 km2-ə

yaxındır və meliorasiya, su təchizatı, energetika, balıqçılıq və s. sahələrin

inkişafına şərait yaradıb. Respublikanın böyük su anbarları: Mingəçevir, Şəmkir,

Araz su qovşağı, Sərsəng, Ceyranbatan, Arpaçay və Ağstafaçaydır. Bu böyük

yeddi su anbarında, Respublikanın bütün su anbarlarında toplanmış suyun 95%-i,

sahələrinin isə 90%-dən artığı cəmlənmişdir. Azərbaycanın və eləcədə bütün

qafqazın ən böyük su anbarı Mingəçevirdir(F=605km2, hmaks=75 m, W=16 km2).

Çay dərələrində yerləşən su anbarlarına Şəmkir, Mingəcevir, Sərsəng və s.,

məcradan xaricdə yerləşən su anbarlarına isə Ceyranbatan, Cavanşir və s.aid edilir.

Su anbarlarının əsas hidroloji xüsusiyyətləri əvvəldən lahiyyələşdirmə zamanı

müəyyən edilsədə, sahillərinin dinamikası və lillənmə prosesi həmişə problemlər

yaradır.

Su anbarlarının miqdarı artdıqca Respublikanın göllük kəmiyyəti artır.

Azərbaycanda suvarma əkinçiliyi inkişaf etdiyindən burada su axıtma

qabiliyyəti müxtəlif olan çoxlu kanallar və şoran torpaqların yuyulması üçün

kollektorlar vardır. Kanalların ümumi uzunluğu 40 min km-dən artıq,

kollektorlarınkı isə on minlərlədir.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   54

Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə

yükləyin