St və mks” fakultəsi “Meliorasiya və stt”


BAKI-2021 22.Su anbarları, növləri və kanalların lillənməsi



Yüklə 1,1 Mb.
səhifə50/54
tarix02.01.2022
ölçüsü1,1 Mb.
#41904
1   ...   46   47   48   49   50   51   52   53   54
8fe2ad1613e1a280bc7c9016f3516718

BAKI-2021
22.Su anbarları, növləri və kanalların lillənməsi.
Su anbarları çalasının formalaşması hidrodinamik və geodinamik proseslərin

mübadiləsi təsirilə inkişaf edir. Bu təsir sualtı və suüstü yamacların relyefinin və

sahil xəttinin dəyişməsində özünü göstərir. Su anbarlarının çalasının formalaşması,

sahillərinin dinamikası, su dolduqdan sonrakı ilk 10 ildə intensiv olur. Çala ilə su

kütləsi arasında təbii müvazinət yarandıqdan sonra proses nisbətən zəifləyir.

Mənşəyinə görə su anbarları 4 tipə ayrılır:

1. Çay dərəsində yaradılmış bəndli su anbarları; bu su anbarlarının qidasını

çay suları təşkil edir. Onların eni az, dərinliyi çox, forması isə uzunsov olur.

Sərsəng su anbarı buna misaldır;

2. Səth suları ilə təbii əlaqəsi olmayan, məcradan xaric, göl yataqlı,

doldurulma su anbarları; səth suları ilə təbii əlaqəsiolmayan məcradan xaric,

müyyən çökəkdə yaradılan su anbarlarının qidasını kanalla daxil olan çay suları

təşkil edir. Məsələn, Ceyranbatan və Cavanşir su anbarları.

3. Dənizin körfəz hissəsində yaradılmış su anbarı; Körfəzin bəndlə dənizdən

ayrılmış hissəsində yaradılan su anbarlarının əsas qidasını çaylar təşkil edir. Məs:

Ukrayinada Sasık su anbarı.

4. Təbii gölün alçaq sahillərində bənd qurmaqla ↑ həcmi artırılmış su

anbarları; Məs: Naxçıvan çayın mənbə hissəsində Batabat bataqlıqları əsasında

yaradılmış bir neçə su anbarı buna misaldır. Bəndli su anbarları – çay məcrasının

eninə bağlayıcı bəndin köməyilə yaradılır və yığılan su ehtiyatı – suvarma,

energetika, su nəqliyyatı, su təchizatı və s. məqsədlidir. Ərazinin topoqrafik,

geoloji və hidrogeoloji xüsusiyyətdən, rayonun iqlim və təsərrüfat şəraitindən asılı

olaraq bəndin yeri seçilir və tikiləcək su anbarının həcmi müəyyən edilir.

Bəndli su anbarları qovşağına daxil olan əsas hidrotexniki qurğular aşağıdakılardır:

1. Bəndlər - anbara su toplayan əsas tikilidir. Bəndlər materiallarına görə torpaq,

daş-torpaq, daş, tökmə-daş, beton, dəmir-beton növlərinə ayrılır.

a). Qravitasiyalı bəndlər - böyük kütləyə malik olduğundan bünövrəsində

sürüşməyə qarşı sürtünmə qüvvəsi dayanıqlıq yaranır.

b). Tağ şəkilli bəndlər – bu bəndlərdə dəyanətlik yükün qayalı sahillərə və

bünövrəyə ötürülməsi heasbına yaranır.

v). Kontros bəndlər – şaquli beton, dəmir-beton və metal divarlardan olub, araları

müstəvi və ya əyri səthli formalı konstruksiyalarla örtülür.

2. Su tullayanlar – çayla gələn daşqın sularını aşağı byefə ötürən qurğudur.

3. Su qəbuledicilər – bəndin gövdəsində yaradılır və yığılan suyu tələbatçılara

buraxır. Bəndin konstruksiyasından asılı olaraq, qülləli, borulu və s. olur. Su anbarlarının növləri dedikdə bura:

1. Qapalı su çənləri – metal, beton, daş, dəmir-beton və s. yerin altında və ya

üstündə (səthində) müəyyən hündürlükdə xüsusi dayaqlar üzərində qurulur.

2. Yerdə qazılan açıq hovuzlar. Çox halda

hidroenergetika məqsədilə axımın nizamlanmasında istifadə

olunur.


3. Üfüqi və az mailli yer səthində bənd çəkmə yolu ilə qurulan su anbarı. Bunlardan torpaqların meliorasiyasında və s. istifadə olunur.

4. Bəndli su anbarları.

Azərbaycan ərazisində bir neçə yüz nohur və su anbarları vardır ki, bunlar da

əsasən dağətəyi və düzən zonalardadır. Su anbarlarının ümumi sahəsi 1000 km2-ə

yaxındır və meliorasiya, su təchizatı, energetika, balıqçılıq və s. sahələrin

inkişafına şərait yaradıb. Respublikanın böyük su anbarları: Mingəçevir, Şəmkir,

Araz su qovşağı, Sərsəng, Ceyranbatan, Arpaçay və Ağstafaçaydır. Bu böyük

yeddi su anbarında, Respublikanın bütün su anbarlarında toplanmış suyun 95%-i,

sahələrinin isə 90%-dən artığı cəmlənmişdir. Azərbaycanın və eləcədə bütün

qafqazın ən böyük su anbarı Mingəçevirdir(F=605km2, hmaks=75 m, W=16 km2).

Çay dərələrində yerləşən su anbarlarına Şəmkir, Mingəcevir, Sərsəng və s.,

məcradan xaricdə yerləşən su anbarlarına isə Ceyranbatan, Cavanşir və s.aid edilir.

Su anbarlarının əsas hidroloji xüsusiyyətləri əvvəldən lahiyyələşdirmə zamanı

müəyyən edilsədə, sahillərinin dinamikası və lillənmə prosesi həmişə problemlər

yaradır.

Su anbarlarının miqdarı artdıqca Respublikanın göllük kəmiyyəti artır.

Azərbaycanda suvarma əkinçiliyi inkişaf etdiyindən burada su axıtma

qabiliyyəti müxtəlif olan çoxlu kanallar və şoran torpaqların yuyulması üçün

kollektorlar vardır. Kanalların ümumi uzunluğu 40 min km-dən artıq,

kollektorlarınkı isə on minlərlədir.




Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin