Su anbarları və kanalların lillənməsi. Gətirmələr suvarma sistemlərindəki
kanallara daxil olur və onların hidravliki göstəricilərindən asılı olaraq dibə çökə
bilir. Bu, kanalların suburaxma qabiliyyətini azaldır və hər il suvarma dövrü
qurtardıqdan sonra onları gətirmələrdən təmizləyirlər. Çaylar üzərində tikilmiş su
anbarları da çay gətirmələri ilə lillənir.
Düzənlik ərazilərdəki su anbarlarında gətirmələrlə lillənmə prosesi 100 illərlə
davam edir və uzun müddətə başa çatır. Dağ çaylarındakı su anbarları bir neçə ilə
lillənir. İstismarının 13-cü ilində tamamilə lilə dolub sıradan çıxır; Murqab çay
üzərindəki Taş-Keprinski su anb. və s. Göl və məcra tipli su anbarlarında
gətirmələrin hərəkəti və çökməsi fərqlidir. Göl tipli anbarlarda suyun səviyyəsi az
müddətdə üfüqi vəziyyətə düşür və anbara daxil olan axının sürəti azalır. Anbara
daxil olan iri həcmli fraksiyalar çökərək deltaya bənzər çöküntü əmələ gətirir.
Kiçik fraksiyalar isə anbar boyu hərəkət edərək, bəndin yuxarı byefində toplanır və
müəyyən hissəsi isə suburaxıcı qurğu ilə axıdılaraq aşağı biyefdə çökür.
Məcra tipli anbarlarda- su güzgüsü tədricən üfüqi vəziyyət olduğundan suyun
hərəkət sürəti göl tipli anbarlara nisbətən artıq olur. Bu tip anbarlarda çökən
gətirmələr yuxarıdan aşağıya doğru uzanan fraksiyalara görə azalan kərdilər əmələ
gətirirlər.
Çayda su anbarı tikdikdə onun su və gətirmələr rejimi dəyişir. Su anbarında
axının sürəti azaldığı üçün gətirmələr çökməyə başlayır. Gətirmələrin çökmə
prosesi lillənmə adlanır.
Asılı gətirmələrlə bərabər, su anbarında dib gətirmələri də yığılır. Düzənlik
çaylarında asılı və dib gətirmələrin 105-ə qədərini təşkil edir. Dağ çaylarında asılı
və dib gətirmələrinin axım nisbəti müxtəlif olur. Bəzən dib gətirmələri asılı
gətirmələr axımının 25-50%-ni (və daha çox) təşkil edə bilər.Su anbarının
lillənməsini hesabladıqda asılı və dib gətirmələrin axım həcmi müəyyən
edilməlidir. Lillənmə müddəti su anbarının istismar gücünü müəyyənləşdirir. İri su
anbarları birinci il su ilə doldurulduqda gətirmələrin hamısını özündə çökdürüb
saxlayır. Axımı illik tənzimləyən və kiçik bəndli su anbarlarında illik gətirmələr
axımın ancaq bir hissəsi qalır. Su anbarının mexaniki tərkibi bəndə doğru dəyişir:
iri gətirmələrin çayın su anbarına töküldüyü yerdə, xırda hissəciklər isə bəndə
yaxın çökməyə başlayır və tədricən bəndin yanına gəlib çatır. Su anbarı o zaman
gətirmələrlə tam dolmuş hesab edilir ki, çayın təbii gətirmələr rejimi su anbarı olan
sahədə yenidən bərpa olunsun. Bu, ölçüləri bənd tikilməmişdən əvvəl çayın
ölçülərinə müvafiq olan məcra əmələ gələndən sonra baş verir. Su anbarları çay gətirmələri ilə bərabər, onların sahillərinin yuyulubuçulmasında
əmələ gələn materiallarla da lillənir. Sahillərin yuyulması və
uçulmasından əmələ gələn materiallar hesabına lillənmə, su anbarının gətirmələrlə
lillənməsinin 40%-nə qədərini təşkil edə bilər.
Su anbarları morfometrik ünsürləri – həcm, sahə və dərinliyinə görə bir sıra
qruplara bölünür. Su su anbarlarının ölçüləri normativ həcm və səviyyələrlə
müəyyənləşir. Su anbarlarında ölü həcm (Völü) faydalı (Vf) və daşqın əleyhinə
həcmlər (Vd) nəzərdə tutulur. Bu həcmlərə uyğun su səviyyələri (ÖHS) ölü həcm
səviyyəsi, normal səviyyə (NS) və daşqın həcmi səviyyəsi (DHS) adlanır.
Ölü həcm – nizamlamada bilavasitə iştirak etməyib, su anbarının normal
istimarı üçün nəzərdə tutulur və anbara daxil olan lilləri çökdürüb saxlamaq
məqsədini daşıyır. Ölü həcmin dolma müddəti (lillə) anbarın istirmar müddətini
müəyyən edir. Ölü həcm və ÖHS-i suyu istifadə olunma məqsədlərindən asılı
olaraq müxtəlif şəkildə dəyişə bilər. HES-lərə xidmət edən su anbarlarında (ÖH)
və (ÖHS)-si normal gücdə işlənməsini təmin etmək məqsədilə suqəbuledici qurğu
qarşısında tələb olunan basqını saxlamaq, trubinlərlə havanı buraxmamaq şərtlərinə
əsasən təyin olunur.
Su anbarı naviqasiya məqsədli istifadə edilərsə ÖHS-i gəmilərin normal
hərəkəti üçün minimal səviyyə kimi qəbul edilməlidir. Bu səviyyədə güclü
küləklərdən yaranan dalğalarda belə gəmilər körpüyə, limana yan ala bilməlidirlər.
Su anbarlarından balıqlıçılıq, quşçuluq, vəhşi heyvanlar inkişaf etdirmək
nəzərdə tutularsa, (ÖHS)-i və dərinliyi 2-2,5m aşağı olmamalıdır.
Yayda su anbarında səviyyə kəskin azalır. Su anbarından yay aylarında belə
normadan artıqsu götürüldükdə də dərinlik 2m-dən az olmamalıdır. Çünki
sanitariya nöqteyi nəzərdən də minimal dərinlik saxlanmalıdır. Yoxsa istilik
xəstəliyi yaradan ağcaqanadlar və s. yaranır.
Faydalı həcm – axımın nizamlanma prosesini tənzim etməklə yanaşı,
hesablama dövründə su anbarından zəmanətli suverməni təmin edir. (Vf) faydalı
həcm nizamlama müddətindən asılı olaraq müxtəlif hüdudda dəyişə bilər.
Mövsümi – illik nizamlama məqsədli su anbarlarında faydalı həcmdəki su il
ərzində işlədilir, yəni gursulu dövrdə anbar suyu özündə toplayır, zasulu dövrdə
isə nizamlayıcı vəzifəni görür.
Su anbarının normal səviyyəsi (HS) əsas layihə səviyyəsidir. Onun əsasında
anbarın normal işini təmin edən hidrotexniki qurğuların hesabatı aparılır, texniki –
iqtisadi göstəricilər müəyyən edilir.
Daşqın əleyhinə həcm – daşqın suyunun bir hissəsini özündə saxlamaq və aşağı
biyefə atılan suyun miqdarını azaltmaq üçündür. Daşqın əleyhinə həcm 2 hissəyə:
tənzimlənən və tənzimlənməyən hissələrə bölünür. Birinci həcm səviyyəsi ilə
bənddə suaşıranın astanasına qədər yığılan su, 2-ci suaşıranın astanasından
yuxarıda qalan su həcmidir. Su anbarlarında bəndin yuxarı biyefində ancaq
fövqəladə hallarda DHS-in yaradılmasına icazə verilir. Suyun bu səviyyədən
yuxarı qalxması, anbardan aşağıdakı sahələrin su altında qalmasına səbəb ola bilər.
Həll olmuş maddələr axımı. Səth və yeraltı sular torpaqda və qruntda olan
duzları həll edərək ionlarla zənginləşir. Su əhəng, gips və dolomit süxurlarını daha asan həll edir. Çay sularının tərkibində müxtəlif duzlar vardır. Həmin duzlar kation
və anionlardan ibarətdir. Tərkibinə görə çay suları aşağıdakı qruplara bölünürlər:
• Hidrokarbonatlı;
• Xlorlu;
• Sulfatlı.
Çay sularının tərkibində müxtəlif həll olmuş qazlar da olur: oksigen, azot,
karbon, hidrogen-sulfid.
Çay suyundakı əsas kationlar bunlardır: natrium, kalsium, maqnezium,
kalium. Bundan başqa suyun tərkibində müxtəlif mikroelementlər, biogen
elementlərvə üzvi maddələr olur.
Suda həll olmuş maddələr çay, göl və dənizlərdə canlı aləmin yaşamasına və
inkişafına imkan verir. Suların kimyəvi tərkibindən asılı olaraq onların bəzi fiziki
xassələri dəyişir.
Suların kimyəvi tərkibini öyrənməkdə əsas məqsəd su təchizatında,
suvarmada və başqa sahələrdə onlardan istifadənin nə dərəcədə mümnük oluolmamasını müəyyən etməkdir. Hal-hazırda sənaye və nəqliyyatın, kənd
təsərrüfatının ikişafı, şəhərlərin artması ilə əlaqədar olaraq su obyektləri çirklənir.
Odur ki, hidrokimyəvi tədqiqatlar ən vacib məsələlərdən birinə çevrilmişdir.
Hidrokimya təbii suların kimyəvi tərkibini, onların ətraf mühitdə gedən
proseslərdən asılı olaraq zaman və məkana dəyişməsini öyrənən elmdir. Çay
sularının kimyəvi tərkibini kəmiyyətcə səciyyələndirmək üçün minerallaşma
dərəcəsi anlayışından geniş istifadə edilir. Vahid su həcmindəki həll olmuş
maddələrin miqdarına suyun minerallaşma dərəcəsi deyilir. Okeanologiyada isə
duzluluq məfhumundan istifadə olunur. bunlarla yanaşı, suda olan əsas ionların
cəmi də suyun kimyəvi tərkibinin kəmiyyət göstəricisidir.
S.A.Alyokin suyun minerallaşma dərəcəsinə görə çayları aşağıdakı qruplara
bölür:
• az minerallaşmış (<200mq/l);
• orta minerallaşmış (200-500mq/l);
• artıq minerallaşmış (500-1000 mq\l);
• yüksək minerallaşmış (>1000mq/l).
Çay sularının minerallaşma dərəcəsi şimaldan cənuba getdikcə artır.
Məlumdur ki, şimaldan cənuba iqlim dəyişdiyi üçün yağıntıların miqdarı getdikcə
azalır, buxarlanma isə artır. Odur ki, çay sularının kimyəvi tərkibi dəyişir,
minerallıq artır. Çayların çoxunun hidrojarbonat sinfinə aid olub, az (200mq/l) və
orta minerallaşma dərəcəsinə (200-500 mq/l) malikdirlər. Tərkibində olan
kationlara görə bu çay suları kalsium qrupuna aid edilir. Bu çaylarda maqneziumlu
və natriumlu sulara çox təsadüfi halda rast gəlinir. Cənubi Qafqazın əsas çayları
göstərilən sinif və qrupa aiddir.
Yüksək minerallaşma dərəcəsinə (<1000 mq/l) malik olan çay suları xloridli
və sulfatlı sular sinfinə aid edilir. Bu siniflərə daxil olan az minerallaşma dərəcəli
çaylara çox az təsadüf edilir. Sulfatlı sular sinfinə aid olan çaylara çöl və
yarımsəhra zonalarında rast gəlmək olar.
1000>
Dostları ilə paylaş: |