BAKI-2021
23.Göllərin təsnifatı və morfometrik ünsürləri.
Qurunun səthində qapalı çökək forması çala adlanır. Əgər belə çalalar çox
sukeçirməyən süxurlardan ibarətdirsə, onda atmosfer yağıntıları onlarda yığılaraq
bilavasitə dənizlərlə əlaqəsi olmayan, zəif su mübadiləsi gedən, zəif axımı olan və
ya axımı olmayan sututarlar yaradır və onlar göl adlanır.
Göllərin təsnifatı müxtəlif əlamətlərə görə aparılır. Inkişaf mərhələlərinə
göllər aşağıdakı kimi təsnif olunurlar:
1.Təzə göllər-bu dövrdə göllər əvvəlki relyef formasını saxlayır. Yerüstü
axarlarla gölə axıdılan müxtəlif fraksiyalı gətirmələr onun yatağının dəyişməsinə
təsir göstərir.
2.Nisbətən təzə göllər-bu dövrdə göl sahilə doğru dayazlaşır. Çayların göllərə
töküldüyü yerlərdə delta əmələ gəlir.
3.Köhnə göllər-bu dövrə sahillərin və delta yamacının uçması hesabına
dayazlaşır, genişlənir, göl yatağında çuxurlar gətirmələr hesabına dolur, dərinlik
azalır və su səthi bitki örtüyü ilə örtülür. Göl getdikcə susevən bitkilərin inkişaf
etdiyi kiçik gölməçələrə və nəhayət bataqlığa çevrilir.
Təsnifatlardan biri göl çalasının əmələgəlmə genezisinə görədir. Bu təsnifata
görə göllər aşağıdakı tiplərə bölünürlər:
1. Tektonik göllər-yer səthində sınmalar və çökmələr nəticəsində yaranır;
2. Vulkanik göllər-vulkanların kraterində və ya vulkan fəaliyyəti nəticəsində
əmələ gəlmiş çökəklərdə yaranır;
3. Buzlaq gölləri-qədim və müasir buzlaqların fəaliyyəti nəticəsində yaranır.
Belə göllərin əksəriyyəti buzlağın hərəkəti istiqamətində uzanır.
4. Su-erozion və su-akumlyativ göllər-çay dərələrində, deltalarda və dəniz
sahillərində yaranırlar. Bulara subarasındakı axmazlar da aiddir. Azərbaycanədim
dayaz körfəzlərdə və su basmış çay mənsəblərində yaranan göllər laqun və liman
göllər adlanır.Dənizlərdən ayrılmış fiord göllər də mövcuddur;
5. Meteorit mənşəli göllər-meteoritlər düşdükdə yaratdıqları çalalarda əmələ
gəlir;
6. Eol(külək) göllər-küləyin fəaliyyəti nəticəsində barxan və dyunların
arasında əmələ gəlir, kiçik və dayaz olur;
7. Karst (termokarst, suffozion) göllər-əsasən yeraltı və bəzən səth suları ilə
asan həll olunan dağ süxurlarının yayıldığı ərazilərdə və ya daimi donuşluq
zonasında ərimə getdikdə səth qatın çökməsindən yaranır;
8. Uçqun (bənd) göllər-çay dərələri dağ uçqunları, sürüşmələr, lava axını,
buzlaq morenləri ilə tutulduqda əmələ gəlir;
9. Orqanogen göllər-bataqlıq massivləri arasında yaranır;
10-Antropogen göllər-insanın təsərrüfat fəaliyyəti ilə bağlı daş karxanalarının
yerində və s. əmələ gəlir.
Hidroloji baxımdan göllər axarlı, axarsız və axınlı olurlar. Axınlı göllər kiçik
göllərdir və onlara tökülən çayın axım həcmi ondan çıxan çayın həcminə yaxın
olur.
Göl çalasının su səviyyəsinin ən yüksək qiymətindən aşağı hissəsi gölün
yatağı adlanır. Göl yatağına sahil və dərin zonalar daxildir. Sahil zona bilavasitə gölün sahilindən başlayır və onun yamacının ətəyində qurtarır. Bu zona litoral zona
da adlanır. Göl yatağının ən dərin hissəsinə profundal və litorala keçid hissəyə isə
sublitoral deyilir.
Sututarlarda suyun kimyəvi tərkibi. Suların kimyəvi tərkibi və ümumiyyətlə,
hidrokimyəvi rejimi, başlıca olaraq sututarların ölçülərindən (dərinliyi, sahəsi və su
həcmi)asılıdır. Sahəsi böyük və orta az olan göllərdə buxarlanma, eyni həcmli,
lakin sahəsi kiçik olan göllərə nisbətən böyük olur. Əgər gölün duzluluğu 1 q/l-ə
(1‰) Azərbaycanədər olarsa, onun suyu şirin, 1-24.7 q/l (≤ 24.7‰) olarsa,
şorakətli və24.7 q/l-dən çox olarsa duzlu hesab edilir. Axarlı göllərdə duzluluq
200-300 mq/l-dən böyük olmur. Dağ göllərinin duzluluğu daha azdır. Yarımsəhra
və quraq ərazilərin göllərində duzların miqdarı çox olur.
Göl suyunda olan əsas ionlar hidrokarbonat HCO3, karbonat CO3, sulfat SO4,
xlor Cl, kalsium Ca, maqnezium Mg və natriumdur Na. Göllərdə xlor və sulfat
duzları daha geniş yayılmışdır.
Göllərin hidrokimyəvi rejiminin formalaşmasında və bioloji proseslərin
inkişafında göl göl sularında həll olmuş qazların rolu böyükdür. Oksigen O2,
karbon CO2 və kükürd qazlarının H2S miqdarı daha çoxdur. Oksigen göl suyuna
havadan daxil olur, həm də bioloji proseslər nəticəsində ayrılır. Karbon qazı suda
və torpaqda gedən bioloji proseslər zamanı və üzv maddələr çürüdükdə əmələ
gəlir. Kükürd qazı isə ancaq gölün dibində və suda zülal maddələri çökdükdə
yaranır.
Göl suyunun şəffaflığı böyük intervalda dəyişir. Dərin dağ göllərinin suyu
daha şəffafdır. Dayaz, lakin sahəsi böyük olan göllərin suyunun şəffaflığı az olur.
Suyun rəngi mövsümi tərəddüdə malikdir və gölün müxtəlif hissələrində
fərqlənir. Bu, suda həll olmuş maddələrin, asılı hissəciklərin, mikroorqanizmlərin
işıq şüasını udması, səpələməsi və əks etdirməsindən asılıdır.
Göllərdə daim kənardan daxil olan və gölün özündə formalaşan maddələr
akkumlyasiya olunur. Gölün dibindəki lil mineral və üzvi mənşəli hissəciklərin
toplusudur. Lilin üst qatı yumşaqdır və dərinlik artdıqca sıxılır. Göllərin səciyyəvi
dib çöküntülərindən biri də sapropeldir.
Dostları ilə paylaş: |