St və mks” fakultəsi “Meliorasiya və stt”


BAKI-2021 4.Hidroloji rejim və axımın ölçü vahidləri



Yüklə 1,1 Mb.
səhifə7/54
tarix02.01.2022
ölçüsü1,1 Mb.
#41904
1   2   3   4   5   6   7   8   9   10   ...   54
8fe2ad1613e1a280bc7c9016f3516718

BAKI-2021

4.Hidroloji rejim və axımın ölçü vahidləri.
Su obyektlərinin rejimi və ya hidroloji rejimi dedikdə, onların vəziyyətinin zamana görə dəyişmələrinin səciyyəvi xüsusiyyətlərinin toplusu başa düşülür.

Hidroloji rejim aşağıdakı ünsürlərin, çoxillik, mövsümi, sutkalıq tərəddüdlərində təzahür edir:

suyun səviyyəsinin(səviyyələr rejimi);

sululuğun (axım rejimi);

buz hadisələrinin (buz rejimi);

suyun temperaturunun (temperatur rejimi);

axının nəql etdiyi gətirmələrin miqdarının və tərkibinin (gətirmələr

rejimi);

həll olmuş maddələrin tərkibinin və konsentrasiyasının (hidrokimyəvi



rejimi);

çay məcrasının dəyişməsinin (məcra prosesinin rejimi);

Dalğalanma rejimi, axının sürətlər rejimi və s. kimi terminlər də işlədilir.

Səviyyənin və sululuğun zamana görə tərəddüdləri birlikdə su rejimi adlanır.

Buz hadisələri müşahidə olunan su obyektlərinin vəziyyətindəki dəyişikliklərin toplusuna qış rejimi deyilir.

Hidroloji rejimə təsir göstərən hidrotexniki qurğuların olub-olmamasından asılı olaraq, tənzimlənmiş və təbii rejim anlayışlarından istifadə edilir. Su obyektlərinin növünə görə çayların rejimi, göllərin rejimi, bataqlıqların rejimi, yeraltı suların rejimi terminləri işlənir.

Hidroloji rejim elementləri dedikdə hadisə və proseslər (məsələn, səviyyənin, sululuğun, suyun temperaturunun və s. tərəddüdləri) nəzərdə tutulur ki, onların məcmusu su obyektlərinin hidroloji rejimini səciyyələndirir.

Hidroloji rejimin xarakteristkaları arasında çay axımı daha böyük praktiki əhəmiyyətə malikdir. Ərazinin su ilə təmin olunma səviyyəsi, hidroenerji

ehtiyatları və s. oradakı çayların axımının kəmiyyəti ilə müəyyən olunur.


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin