St və mks” fakultəsi “Meliorasiya və stt”


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİLNAZİRLİYİ



Yüklə 1,1 Mb.
səhifə4/54
tarix02.01.2022
ölçüsü1,1 Mb.
#41904
1   2   3   4   5   6   7   8   9   ...   54
8fe2ad1613e1a280bc7c9016f3516718

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİLNAZİRLİYİ

AZƏRBAYCAN MEMARLIQ İNŞAAT UNİVERSİTETİ
ST və MKS” fakultəsi

Meliorasiya və STT” kafedrası



Fənnin adı: Hidrologiya

Mövzu 2 : Giriş.Yer kürəsinin su ehtiyatları və su dövranı.
Mövzuya aid suallar:

1. Yer kürəsinin ümumi sahəsinin neçə faizi su altındadır ?

2. Okeanologiya və qurunun hidrologiyası nə deməkdir?

3. Hidrologiyada müxtəlif tədqiqat üsulları hansılardı?


Məruzəçi: Aqrar elm. üzrə fəlsəfə dokt. V.H.Səlimova

Qrup 330a1a2

ƏDƏBIYYAT

  1. Bağırov Ş.N., Aslanov H.Q., Hidrologiya, hidrometriya və axının nizamlanması. Dərslik, Bakı, 1982

  2. Məmmədov M.Ə., İmanov F.Ə., Mahmudov R.N., Hidrometriya.

Dərslik, Bakı, 2000

  1. Məmmədov M.Ə., İmanov F.Ə., Ümumi hidrologiya.Dərs vəsaiti, Bakı, 2003

  2. B.Melikov “ Hidrologiya”.

BAKI-2021

2.Yer kürəsinin su ehtiyatları, planetdə su dövranı və su balansı.

Su insanların həyat və fəaliyyətində mühüm əhəmiyyət kəsb edən planetimizin ən qiymətli sərvətidir. Təbiətdə bitki və canlı orqanizmlərdə baş verən bütün proseslər suyun iştirakı ilə həyata keçir. Bütün varlıqların yaradıcısı sudur. Canlı orqanizmlərin və bitkilərin əsas hissəsinin su olduğu bütün insanlara məlumdur. Yer kürəsinin ümumi sahəsinin 71 faizi su altındadır. Su ehtiyatlarına: əsasən okeanlar, dənizlər, təbii göllər, süni su anbarları, çay suları, buzlaqlar və yer kürəsinin üst bir kilometrlik qalınlığındakı yeraltı sular daxildir.

İ.A.Fedosevə görə yer kürəsindəki, su həcmləri haqqında olan məlumatlar cədvəl 1-də olduğu kimidir; (1967)

Cədvəldən göründüyü kimi planetimizdə 1454193 milyard kub kilometr həcmində su vardır. Yerin quru hissəsindəki fauna və flora aləmində demək olar ki, şirin sudan istifadə olunur. Bir litr suda duz bir qramdan az olduqda belə sular şirin su adlanır. Yerin şirin su ehtiyatı ümumi su ehtiyatının çox az bir hissəsini təşkil edir.

M.İ.Lvoviçə görə yer kürəsindəki şirin su ehtiyatı haqqında məlumatlar cədvəl 2-də olduğu kimidir (1974).

Cədvəldəki rəqəmlərdən məlum olur ki, yer kürəsinin quru hissəsində insanların istifadə edə biləcəyi əsas şirin su ehtiyatı çaylardakı 1,2 min kub kilometr və yeraltı 1,0 kilometrlik qatda olan 4,0 mln kub kilometr həcmindəki sudur.

Yer səthinin üçdə iki hissəsini tutan suyun 2,5 faizi şirin su ehtiyatının payına düşür. Təəssüflə qeyd etmək lazımdır ki, şirin su ehtiyatı dövlətlər arasında qeyri-bərabər paylanıb. Ifrat nəmliyə malik, quraqlıq və yarım quraqlıq zonalarda yerləşmiş dövlətlər var.




Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin