Axımın ölçü vahidləri. Çay axımının əsas ölçü vahidləri aşağıdakılardır:
1. Axım həcmi çayın və ya su axarlarının en kəsiklərindən müəyyən müddət ərzində (saniyədə, saatda, sutkada, bir fəsildə, ildə və ya bir çox illərdə) keçən su və ya gətirmələrin miqdarıdır. Suyun axım miqdarı (W) m3 və ya km3-lə ölçülür.
Gətirmələr axımı tonla (t) ifadə olunur. Saniyəlik axım sərf adlanır. Deməli, vahid zamanada çayın canlı en kəsiyindən keçən suyun miqdarına (həcminə) su sərfi deyilir və Q ilə işarə olunur. Vahid zamanda çayın canlı en kəsiyindən keçən
gətirmələrin miqdarı (çəkisi) gətirmələr sərfi adlanır və Rr ilə işarə olunur.
Su sərfinin ölçü vahidi m3/s, gətirmələr sərfinin ki, isə kq/s-dir. Gətirmələrin
və suda həll olmuş maddələrin birlikdə axım miqdarı sülb axımı, saniyəlik axımı isə sülb sərfi adlanır və kq/s ilə ifadə olunur.
Axımı həcmini (W) təyin etmək üçün su sərfini (Q) zamana (T) vurmaq lazımdır: burada, T - zamandır və T=k•t ( k-günlərin sayı, t-bir sutkadakı saniyələrdir-86400san).
Çaylarda və ya su axarlarında su sərfi zamandan asılı olaraq dəyişir. Odur ki, axımı səciyyələndirmək üçün orta sutkalıq, aylıq, illik və çoxillik sərf anlayışlarından istifadə edilir. Orta sutkalıq sərf (Q) sutka ərzində təyin edilmiş
sərflərin orta ədədi qiymətidir. Orta aylıq (Qay) sərfi isə belə hesablamaq olar:
burada, m-günlərin sayıdır. Simvollar üzərindəki xətt zamana görə orta qiymətləri göstərir.
Orta illik və çoxillik sərflər müvafiq olaraq aşağıdakı ifadələrlə təyin edilir:
2. Axım modulu-vahid zamanda sutoplayıcının (F) vahid sahəsindən axıb
gələn suyun miqdarına deyilir. Axım modulunun ölçü vahidi 2
Axım modulunun ifadəsi belədir:
M=Q/F [l/s•km2]
burada,
Q-su sərfi, m3/s; F-sutoplayıcı sahəsi, km2-lə.
3. Axım layı müəyyən zaman ərzində sutoplayıcı sahədən toplanıb axan suyun sahədə müntəzəm yayılmasından əmələ gələn su layıdır.(mm). Axım layını tapmaq
üçün axım miqdarını sutoplayıcının sahəsinə bölmək lazımdır.
burada, W-axım həcmi, m3-la, F-sutoplayıcı sahəsi, km2-lə.
İllik axım layı isə belə təyin edilir.
Əgər illik axım layı məlumdursa, onda axım modulunu və illik axım həcmini
təyin etmək olar:
M=0.0317⋅Y
W = Q•T
Dostları ilə paylaş: |