St və mks” fakultəsi “Meliorasiya və stt”


Yer kürəsində su ehtiyatları



Yüklə 1,1 Mb.
səhifə5/54
tarix02.01.2022
ölçüsü1,1 Mb.
#41904
1   2   3   4   5   6   7   8   9   ...   54
8fe2ad1613e1a280bc7c9016f3516718

Yer kürəsində su ehtiyatları Cədvəl 1

Sıra sayı

Yer kürəsinin su ehtiyatları

Həcmi,

min km3



Ümumi həcmdən %-lə

1

Dünya okeanları və dənizlərdə

1370323

93,96

2

Yer səthindən aşağıda

60000

4,12

2.1

Aktiv su dəyişilən zonada

4000

0,27

3

Buzlaqlarda

24000

1,65

4

Göllərdə

280

0,019

4.1

Süni yaradılmış su anbarlarında

5




5

Torpaqda nəmlik formasında

85

0,006

5.1

əkin sahəsinə verilən suvarma suyu

2




6

Atmosferdə rütubət formasında

14

0,001

7

Çaylarda

1,2

0,0001




Ümumi həcm

1454193

100

Yer kürəsində şirin su ehtiatları

Cədvəl 2



S/s

Yer kürəsinin şirin su ehtiyatları

Həcmi,

min. km3



Ümumi həcmdən

%-lə


1

Buzlaqlarda

24000

85

2

Yerin 1 km-lik üst qatında

4000

14

3

Göllərdə və su anbarlarında

155,0

0,6

4

Torpaqda nəmlik formasında

83,0

0,3

5

Atmosferdə rütubət formasında

14,0

0,05

6

Çaylarda

1,2

0,004




Ümumi həcm

28253,2

100

Yer kürəsi üçün ümumi su balansı tənliyi aşağıdakı kimi yazıla bilər.



(3)

Yəni yer kürəsi üzrə buxarlanan suyun ümumi həcmi planetimizə düşən atmosfer yağıntılarının həcminə bərabərdir.




AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN MEMARLIQ İNŞAAT UNİVERSİTETİ
ST və MKS” fakultəsi

Meliorasiya və STT” kafedrası


Fənnin adı: Hidrologiya

Mövzu 3 : Təbiətdə suyun paylanması və su dövranının tərkib hissələri..
Mövzuya aid suallar:


  1. Təbiətdə suyun paylanması və su dövranının tərkib hissələri hansılardı?

  2. Yer kürəsinin hansı hissəsi axarlı deyilir?

  3. Xəzər dənizinə tökülən çayların neçə faizi yeraltı suların payına düşür?


Məruzəçi: Aqrar elm. üzrə fəlsəfə dok. V.H.Səlimova

Qrup 330a1a2
ƏDƏBIYYAT

  1. Bağırov Ş.N., Aslanov H.Q., Hidrologiya, hidrometriya və axının nizamlanması. Dərslik, Bakı, 1982

  2. Məmmədov M.Ə., İmanov F.Ə., Mahmudov R.N., Hidrometriya.

Dərslik, Bakı, 2000

  1. Məmmədov M.Ə., İmanov F.Ə., Ümumi hidrologiya.Dərs vəsaiti, Bakı, 2003

  2. B.Melikov “ Hidrologiya”.



BAKI-2021

3.Təbiətdə suyun paylanması və su dövranının tərkib hissələri.
Su, yerin coğrafi təbəqəsindəki canlıların həytında böyük əhəmiyyətə malikdir. O təbiətdə baş verən fiziki, kimyəvi və bioloji proseslərin demək olar ki, hamısında iştirak edir. Yerin inkişafının ilk dövründə, yəni onun səthində

temperatur bir neçə min dərəcə azaldığı dövrdə oksigen və hidrogendən ilkin su buxarları əmələ gəlmişdir. Yer qabığının sonrakı inkişaf tarixi bilavasitə su ilə əlaqədar olmuşdur. Ərimiş halda olan minerallar kütləsi tədricən soyuduqda suyun

bir hissəsi yüksək təzyiq altında bərkiyərək su buxarlarını digər qazlarla birlikdə məhlul şəklində özündə saxlayır.

Yer qabığının sonralar daha da soyuması nəticəsində su buxar halından maye halına keçərək planetin səthində əmələ gəlmiş ilkin çökək sahələrə yığılmışdır.

Təqribən 2.5 milyard davam edən dövr ərzində sərbəst halda olan suyun miqdarı sabit qalmışdır. Hal-hazırda baş verən bəzi proseslər nəticəsində su möhkəm birləşmələrə daxil olur və beləliklə bilavasitə su halında ola bilmir. Lakin yer

qabığının dərin qatlarında əks prosesə rast gəlinir. Belə ki, yüksək təzyiq və temperatur şəraitində yenidən müəyyən miqdarda su əmələ gəlir.

Yer kürəsində suyun ümumi miqdarı 1.386⋅109 km3-dir və bu bizim planetin kütləsinin 0.03% -ni təşkil edir. Bunun təqribən 94% -i dünya okeanı, qalan hissəsini isə yeraltı suları təşkil edir. Yer kürəsindəki okean və dənizlər vahid dünya okeanını əmələ gətirir.

Ümumi sahəsi 510 mln. km2 olan yer kürəsinin 361 mln. km2 sahəsini dünya okeanı və 149 mln. km2 quru təşkil edir. Belə ki, okean və dəniz sularının qurunun sahəsindən 2.4 dəfə çoxdur . Quru və su sahələri Yer kürəsində qeyri- bərabər paylanmışdır. Qurunun çox hissəsi şimal yarımkürəsində, yalnız 19.1% -i isə cənub yarımkürəsindədir.

Yer kürəsinin quru hissəsi axarlı və axarsız sahələrə bölünür: 117 mln. km2 axarlı, qalan 32 mln. km2 isə axarsız sahələrdir. Çayların axımı bilavasitə okean və dənizlərə tökülən quru hissəsinə axarlı sahə deyilir.

Yer kürəsinin su ehtiyatı çox böyükdür. Okean və dənizlərdə olan suyun ümumi həcmi dəniz səviyyəsindən hündürdə olan qurunun həcmindən 13 dəfə artıqdır. Əgər bu su bərabər şəkildə yer kürəsinə yayılarsa, onda 2.5 kmqalınlığında su layı əmələ gətirər. Son hesablamalara görə Yer kürəsində mövcud olan buzlaqların həcmi 25-26

mln. km3 -ə bərabərdir. Bu böyük buz və qar kütləsi əriyərsə, onda okean və dənizlərin səviyyəsi 80 m-dən artıq qalxa bilər. Quru sularının 230 min km3–I göllərdə, 1.2 min km3 isə çaylardadır.

Axım yer səthində qeyri-bərabər paylanmışdır. Belə ki, çayların ümumi axım həcminin 98%-i bilavasitə okean və dənizlərə tökülür, qalan 2% -i axarsız

sahələrdə qalır. Axarsız sahələrdə əmələ gələn 700 km axımını 426 km3–i Xəzər, Aral, Balxaş göllərinin paylarına düşür, digər axarsız sahələrdə olan axımı isə 275 km3 -dir.

Hidrologiya bir elm sahəsi kimi son 110-130 ildə formalaşmışdır və onun başlıca tədqiqat obyekti təbitdə suyun dövranıdır. Təbiətdə su dövranı

aşağıdakı sxem üzrə baş verir; atmosfer yağıntıları düşür; səth axımı və yeraltı sular əmələ gəlir; yeraltı və səth suları ağırılıq qüvvəsinin təsiri altında çay dərələrinə axır və çaylar yaranır; yağış sularının bir hissəsi torpaq ötüyündə toplanır və sonra buxarlanaraq atmosferi su buxarları ilə doydurur; okeanın səthinə düşən yagıntılar da buxarlanır; atmosferdəki su , buxarı kondensasiya

edərək ( suyun buxar halından maye halına keçməsi kondesasiya adlanır ) yağıntı şəklində okean və materiklərin sərhinə düşür. Bu proses fasiləsiz olaraq davam edir.

Təbiətdə su dövranın ən vacib xüsusiyyəti onun hidrosferin bütün sularını birləşdirməsi, əlaqələndirməsidir. Bu su dövranın hərəkətverici qüvvəsi Günəşin istilik enerjisi və ağırlıq qüvvəsidir. İstiliyin təsiri altında su buxarlanır,

kondensasiya baş verir. Ağırlıq qüvvəsinin təsiri altında yağış damcıları düşür, çaylar axır, yeraltı və torpaq suları hərəkət edir.

Təbiətdə su dövranı atmosferi, okeanı, litosferi, torpaq örtüyünü, çayları, gölləri, biosferi əhatə edir.

Atmosferdə müxtəlif hava axınları rütübəti bir ərazidən başqa əraziyə hərəkət etdirir və son nəticədə atmosfer yağıntıları müşahidə edilir. Çoxillik dövrdə quruya 765 mm, okean səthinə 1140 mm və yer kürəsinin sərhində isə orta hesabla 1030 mm yağıntı düşür ( 1 il ərzində ). Materiklərə düşən yağıntının miqdarı, materiklərin səthindən buxarlanan suyun miqdarından çoxdur. Bu əlavə rütübəti quruya okean səthindən hava axınları gətirir. Bunun nətiçəsində materiklərin su ehtiyatları çoxalır.

Atmosferdə su buxarının əsas mənbəyi dünya okeanıdır (86% rütubət okeandan və 14% qurudan). Müxtəlif iqlim qurşaqlarında okean səthindən buxarlanmanın miqdarı fərqlənir. Ekvatorial zonada buxarlanma yağıntıdan azdır, çünki burada buludəmələ gəlir. Mülayim enliklərdə də buxarlanma illik yağıntıdan azdır. Səbəbi:istilik kifayət qədər deyildir. Tropik və subtropik zonalarda isə əksinə, buxarlanma yağıntıdan çoxdur: çünki bu zonalarda quru passat küləkləri hakim olduğundan,buludluluq az olur.

Okean cərəyanları çox böyük su kütlələrini okeanın bir hissəsindən başqa hissəsinə hərəkət etdirirlər. Bu cərəyanların dəriyinliyi bir neçə yüz metrə, eni isə 300 km-ə çatır. Okean cərəyanlarının su sərfi yer kürəsinin bütün çaylarının ümumi su səthindən 1000 dəfə çoxdur.

Litosfer təbiətdə su dövranında yeraltı suların vasitəsilə iştirak edir. Təqribən 2 km-dən dərində yerləşən yeraltı sular su dövranında çox zəif iştirak edirlər.

Bu suların həcmi azdır və çox duzludur. Şirin yeraltı sular əsasən Yer qabığının yuxarı hissəsindədirlər. Bu sular çayları, gölləri və dənizləri qidalandırırlar. Çox qısa müddətdə təzələndiyinə görə şirindir. Əgər çaylar yeraltı suları qidalandırmasaydılar, onların rejimi il ərzində çox dəyişkən olardı. Çöl, yarımsəhra və səhra zonalarında çayların yeraltı sularla qidalanması çox zəif olduğuna görə bu çaylar quruyur. Çayların qidalanmasında iştirak edən yeraltı suların həcmini hesablamaq üçün çay hövzəsinin su balansı tənliyindən istifadə etmək olar. Xəzər dənizinə tökülən çayların axımının 40%-i yeraltı suların payına düşür. Lakin yeraltı suların bir hissəsi birbaşa dənizlərə, okeanlara axır. Belə yeraltı sular çay axımının ancaq 5%-ni təşkil edir. Yer kürəsinin quru hissəsi üçün yeraltı axım layı 90 mm-dir.

Yeraltı suların ərazi üzrə paylanması 2 vacib amildən asılıdır: 1.Coğrafi zonallıq; 2.Geoloji quruluş; Adətən atmosfer yağıntıları çox düşən ərazilərdə yeraltı su ehtiyatları da çox olur. Yeraltı suların formalaşmasına karst güclü təsir göstərir. ( Karst süxürları suda nisbətən asan həll yayılan ərazilərdə su asanlıqla yerin altına süzülür və yeraltı suların formalaşması üçün əlverişli şərait yaranır. Belə rayonlarda çaylar daha bol sulu olur və buxarlanma azalır.

Çay hövzələrinin su balansına suyu yaxşı keçirən vulkan tufları da güclü təsir göstərir. Məsələn; Qarabağ vulkanik yaylasında yağış və qar suları çox asanlıqla bu süxürlardan süzülür, yeraltı suları qidalandırırlar. Geoloji quruluş kiçik çayların su balansına daha güclü təsir göstərir. Böyük çayların

hövzələrində geoloji quruluşu mürəkkəb olduğundan onun su dövranında rolunu qiymətləndirmək çox çətindir.

Əslində torpaq örtüyü litosferin bir hissəsidir. Buna baxmayaraq torpaq sularına təbiətdə su dövranının ayrıca bir tərkib hissəsi kimi baxılır. Bu onunla izah

olunur ki, torpaq suları bir çox əlamətlərə görə yeraltı sulardan fərqlənir: a)torpaq suları yeraltı sulara nisbətən bioloji proseslərlə daha sıx bağlıdır; b)torpaq suları hava şəraitindən daha çox asılıdır.

Torpaq suları bitkiləri qidalandırır, buxarlanır və yeraltı suların formalaşmasında iştirak edirlər. Meşə zonasında torpaq suları yeraltı suları daha

intensiv qidalandırır, çunki ağacların kök sistemi torpağı yumşaldır. Torpaq örtüyü iqlim amilləri ilə çaylar, göllər və yeraltı sular arasında əlaqə yaradır.

Torpaq örtüyünün su dövranında rolu onun infiltrasiya (süzülmə) və susaxlama qabiliyyətindən asılıdır. Əgər süzülmə və susaxlama qabiliyyəti

zəifdirsə, onda yağıntının əsas hissəsi səth axımı yaradır; torpağın nəmliyi az olur, buna görə də buxarlanma zəifləyir; yeraltı sular az əmələ gəlir; yağış daşqınları

fasilə verdikdə çaylar quruyur, çünki yeraltı sularla qidalanma çox zəifdir. Əgər torpağın süzülmə və susaxlama qabiliyyəti güclüdürsə, onda su balansı elementləri kəskin şəkildə dəyişir: səth axımı azalır, buxarlanma güclənir, yeraltı sularla

qidalanma ən böyük qiymətinə çatır. Ümumiyyətlə, çay axımının amilləri arasında iqlimdən sonra ikinci yerdə torpaq örtüyü durur. Torpaq örtüyünün rolunu qiymətləndirmək üçün eksperimental çöl tətqiqatlarının aparılmasına çox böyük ehtiyac var.

Çayların təbiətdəki su dövranında iştirakı digər komponentlərə (torpaq, okean, atmosfer və s.) nisbətən daha yaxşı öyrənilmişdir. Bu heç də təsadüfi deyildir. Hələ qədim dövrlərdən insanlar çay sahillərində məskunlaşmış və çay sularından müxtəlif məqsədlər üçün başlıca içməli su mənbəyi çaylardır.

Təbiətdə su dövranında çayların rolu ondan ibarətdir ki, çaylar ocean səthindən buxarlanaraq materiklərin üzərinə gedən rütubəti yenidən okeana

qaytarırlar. Məhz buna görə də okean səthindən buxarlanma okean səthinə düşən yağıntılardan çoxdur. Okean üçün buxarlanma ilə yağıntı arasındakı fərq çayların okeana gətirdiyi suyun miqdarına bərabərdir. Materiklərdə isə əksinə, buxarlanma yağıntının miqdarından azdır.





Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin