Statistik müşahidə haqqında anlayış və onun vəzifələri


STATİSTİK MÜŞAHİDƏNİN NÖVLƏRİ



Yüklə 43,9 Kb.
səhifə4/8
tarix02.01.2022
ölçüsü43,9 Kb.
#42402
1   2   3   4   5   6   7   8
Movzu 2-yeni

STATİSTİK MÜŞAHİDƏNİN NÖVLƏRİ

  1. Cari (fasiləsiz) müşahidə

  2. Fasiləli müşahidə

  3. Başadan-başa müşahidə

  4. Başdan-başa olmayan müşahidə

  5. Statistik müşahidənin növlərini özündə əks etdirən struktur sxem

Statistik müşahidə təşkil olunma forması ilə bərabər başqa əlamətə görə də fərqlənir. Belə əlamətə misal ola­raq hadisələrin qeydə alınmasının dövriliyini göstərmək olar. Müşahidə dövriliyə görə iki yerə bölünür:

1) cari (fasiləsiz); 2) fasiləli.

Cari müşahidəyə misal olaraq doğum, ölüm, kəbin və boşanma hallarının qeydə alınmasını, məhsul buraxılışının uçota alınmasını və s. göstərmək olar.

Fasiləli müşahidə isə vaxtaşırı, ya da ehtiyacdan asılı olaraq aparılır.

Statistik müşahidənin bu və ya digər növünün təcrübədə tətbiqi məsələsi, öyrənilən ictimai hadisənin xüsusiyyətindən, müvafiq məlumata olan ehtiyacdan asılı olaraq həll edilir. İctimai həyatda baş verən hadisə və proseslərin əksəriyyəti cari müşahidənin aparılmasını tələb edir. Bununla bərabər, bir sıra hadisələr üzrə cari uçot aparmaq xeyli vaxt tələb etdiyi üçün əlverişli deyildir. Digər tərəfdən bəzi ictimai hadisələr haqda cari uçotun təşkilinə ehtiyac yoxdur. Məsələn, əhalinin sinfi, milli, yaş tərkibi və s. əlamətlər üzrə cari uçotun təşkilinə ehtiyac yoxdur. Bu kimi ictimai hadisələr üzrə dövri və birdəfəlik müşahidə aparmaq məqsədəuyğundur.

Statistik müşahidə öyrənilən hadisənin vahidlərinin əhatə olunmasına görə də təsnifləşdirilir. Vahidlərin əhatə olunmasına görə statistik müşahidə iki yerə bölünür:

1) Başadan-başa müşahidə;

2) Başdan-başa olmayan müşahidə.

Öyrənilən obyektin bütün vahidləri uçota alınarsa, buna başdan-başa (ümumi) myşahidə deyilir. Başdan-başa müşahidəyə misal olaraq bütün müəssisələrdə məhsul istehsalı, işçilərin sayı, əhalinin və mal-qaranın uçota alınmasını göstərmək olar.

Obyektin vahidlərinin bir hissəsi uçota alınarsa, buna başdan-başa olmayan (qeyri-ümumi) müşahidə deyilir.

Başdan-başa olmayan (qeyri-ümumi) müşahidənin aşağıdakı növləri vardır:


  • seçmə müşahidəsi;

  • əsas kütlənin müşahidəsi;

  • monoqrafiya müşahidəsi;

  • anket müşahidəsi;

  • müxbir müşahidəsi.





  1. Yüklə 43,9 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin