Statistikanın obyekti və predmeti


Variasiyanın statistik öyrənilməsi



Yüklə 146,67 Kb.
səhifə12/14
tarix30.05.2022
ölçüsü146,67 Kb.
#60054
1   ...   6   7   8   9   10   11   12   13   14
Statistika imtahan sualları

17. Variasiyanın statistik öyrənilməsi
Statistikada sosial-iqtisadi hadisə və proseslər öyrənilərkən əlamətin müxtəlif variasiyalarına rast gəlinir. Başqa sözlə desək, istənilən statistik külliyyat hər hansı əlamətə görə göstəriciləri variasiya edən vahidlərdən ibarət olur. Ümumi külliyyatda ayrı-ayrı vahidlərin əlamətə görə göstəricilərinin dəyişməsi, çoxnövlülüyü variasiya adlanır. Əlamət göstəriciləri statistikada faktor adlanan müxtəlif səbəb və şərtlərin təsiri ilə dəyişir, yəni variasiya edir. Təsir edən bütün faktorlara görə formalaşan variasiya ümumi, daha əhəmiyyət kəsb edən faktorlara görə yaranan variasiya sistematik adlanır. Ümumi variasiya sistematik və təsadüfi variasiyaların birləşməsindən formalaşır.
Statistik tədqiqatlarda variasiyalara görə analiz əhəmiyyətli olub, statistik analizin əsas tərkib elementlərdən biri hesab edilir. Belə ki, variasiyaların tədqiqi, öyrənilən əlamətin göstəricilərinin dəyişməsini, başqa əlamətlərlə qarşılıqlı münasibətlərinin qiymətləndirilməsi imkanını yaradır. Variasiyanı xarakterizə edən göstəricilər külliyyata görə hesablanmış orta göstəricilərin tipikliyini müəyyən edən meyar kimi qəbul olunur. Seçimi müşahidələrdə xətaların təyin olunması zamanı istifadə olunur.
Tədqiq olunan əlamətin müxtəlif göstəriciləri variantlar, onlara görə vahidlərin sayı tezliklər adlanır. Tədqiqat əlamətinin göstəriciləri ilə vahidlərin sayı əlamətin paylanmasını formalaşdırır və variasiya sırası kimi təqdim olunur.
Variantlarla tezliklərin münasibəti paylanma qanunauyğunluqlarım üzə çıxarır və xüsusi tezlik, yığılmış tezlik, mütləq və nisbi paylanma sıxlıqları, mərkəzi paylanma göstəriciləri, paylanma formaları, ölçü göstəriciləri kimi statistik göstəricilərlə təsvir olunur.
Beləliklə, variasiya eyni zaman anı və ya zaman periodunda ümumi külliyyatın ayrı-ayrı əlamətləri arasındakı fərqlərdir. Variasiyaların statistik analizi aşağıdakı məsələlərin həllini nəzərdə tutur:
1) Variasiya sırasının qurulması;
2) Variasiya sırasının qrafik təsviri;
3) Variasiya sırasının mərkəzi paylanma göstəricilərinin və struktur xarakteristikalarının hesablanması;
4) Variasiyanın ölçü və intensivlik göstəricilərinin müəyyən olunması;
5) Variasiya sırasının paylanma formalarının qiymətləndirilməsi.
Variasiya sırasının qurulması ümumi külliyyatın göstəricilərinin hər hansı əlamətə görə artan və azalan qaydada paylanmasını nəzərdə tutur. Variasiya sıralarında paylanma kəmiyyət əlamətinə görə aparılır. Variasiya sıralan diskret və interval sıralara bölünür. Diskret variasiya sıralarında qruplaşma diskret dəyişən əlamətə görə baş verir. Interval variasiya sıralarında qruplar müəyyən aralıqlarla aldıqları qiymətlərə görə qurulur.



Yüklə 146,67 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin