|
|
səhifə | 156/284 | tarix | 19.02.2022 | ölçüsü | 0,75 Mb. | | #52843 |
| İQTİSADİ İMTAHAN
Hidroqrafiya. çaylar qısa və az. ən böyüyü Sinano çayıdır. Çaylar dağ çayları olduğundan gəmiçiliyə yararlı deyildir. Lakin hidroenerji mənbəyi kimi və suvarmada istifadə olunmasına görə əhəmiyyətlidirlər. Hidroenerji potensialına görə Honsü dağlıq rayonu daha çox seçilir. Şirin su mənbəyi kimi göllərin də əhəmiyyəti vardır.
Torpaq-bitki örtüyü. zəif podzol və torflu t (Hokkaydo, Honsünün şimalı və qərbində), qonur meşə (Honsünün şərqi), qırmızı t (Honsü, Küsü, Sikoku). Meşə sərvəti əhəmiyyətlidir və 2/3 hissəsini əhatə edir. Meşələr dağlıq ərazilərdə yayılmışdır. Hokkaydonun iynəyarpaqlı meşələri ağac emalı sənayesi üçün mühüm xammal bazasıdır. Düzənliklərdə mədəni landşaft mövcuddur. Yaponiyanı əhatə edən dənizlərin faunası müxtəlif və zəngindir. Yüksək dərəcədə sənayeləşmə, şəhərlərin böyüməsi, torpaq «qıtlığı» ətraf mühitin çirklənməsi problemini yaratmışdır. Ona görə də Yaponiya ətraf mühitə təbiəti mühafizə sistemi çərçivəsində yanaşmağa çox meyllidir.
Dostları ilə paylaş: |
|
|