İdarəolunma forması. konstitusiyalı monarxiya. İkinci dünya müharibəsində təslim olduqdan sonra Yaponiya Amerika ordusu tərəfindən zəbt olunur. Ali hakimiyyət, müttəfiqlərin razılığı ilə Amerika hərbi administrasiyasına məxsus idi. Onun vəzifəsi ölkəni demokratikləşdirmək və millətçilik ünsürlərindən azad etmək idi. Bu prosesin çərçivəsində Yaponiyada Yeni Konstitusiya işlənildi və 1947-ci ilin mayında qüvvəyə mindi- ölkənin tarixində ilk dəfə milli suverenlik və əsas demokratik azadlıq prinsiplərini elan etdi, ümumseçki hüququnu təsbih etdi. Dövlət idarəçliyinin əsas konsepsiyası kimi hüquqi dövlət konsepsiyası qəbul edildi. Dövlətçilik hüququ təcrübəsində Konstitusiyanın 9-cu maddəsi-Yaponiya beynəlxalq münaqişələrin həlli üsulu kimi müharibələrdən və hər hansı «müharibə vasitələri»nə malik olmaqdan «həmişəlik» məhrum edildi. dövlətinin başçısı imperator. ali qanunverici orqan parlament. qanunvericilikdə parlament və hökumət arasında bərabərlik mövcuddur. Konstitusiya yapon imperatoru statusunu müəyyən etmişdir. O, dövlətin və xalqın birliyinin rəmzidir, onun təvəllüd günü (23 dekabr) ölkənin milli bayramı
Yaponiyada idarəçilik forması monarxiya elementləri ilə respublika prinsiplərinin formalaşması və dövlət institutları fəaliyyətinin həmahəngliyini təşkil edir. imperator xalqın adından parlamenti çağıra bilər, aşağı palatının buraxılmasını elan edə bilər, Konstitusiyada, qanunlarda, müqavilələrdə, hökumətin qərarlarında düzəlişlər edə bilər. O, parlamentin məsləhəti ilə baş naziri təyin edir, ordenlərlə təltif edir, xarici diplomatik nümayəndələri qəbul edir. İmperatora verilən səlahiyyətlər formal xarakter daşıyır, çünki, bunların həyata keçirilməsində onun təşəbbüsü vacib sayılmır.
Müasir Yaponiya təhlükəsizlik sahəsində ABŞ-dan asılı olduğundan siyasi məhdudiyyətə malik ölkədir. Qarşılıqlı əməkdaşlıq və təhlükəsizliyin təmin olunması haqda 1960-cı ildə Amerika-Yaponiya müqaviləsi-ABŞ hərbi qüvvələri Yaponiya ərazisində öz hərbi bazasını yarada bilər. Okinava adasında ABŞ ilə hərbi və siyasi ittifaq Yaponiyanın xarici siyasətinin əsasını təşkil edir.
Yaponiyada yerli idarəetmə sistemi çox yaxşı inkişaf etmişdir. Yerli hakimiyyət orqanları əraziləri daxilində özünüidarə hüququna malikdir və bəzi mühüm məsələlər üzrə müstəqil qərar qəbul edə bilir. Parlament yerli hakimiyyətin dəstəyi olmadan konkret inzibati vahidə aid olan qanun qəbul edə bilməz. İnzibati cəhətdən 46 prefektura və paytaxt dairəni birləşdirən Yaponiya 10 iqtisadi regiona bölünür. AR ilə diplomatik əlaqələr 7 sentyabr 1992-ci ildə yaradılmışdır. Bakıda səfirliyi.
Dostları ilə paylaş: |