3. Antropoloji yanaşma. Tanınmış pedaqoq-alim K.D.Uşinski təhsilə antropoloji yanaşma ideyasını inkişaf etdirmiş v antropologiya fakültəsinin təsis edilməsini təklif etmişdi. Antropoloji yanaşma təhsil proseslərinə dair biliklərin insan təbiəti haqqında biliklərlə əlaqələndirilməsini nəzərdə tutur, pedaqoji biliyin alınmasını insanın pedaqogikaya inteqrasiyanı təmin edən metodla bağlayır, şəxsiyyətin inkişafı problemlərinin nəzəriyyəsi və metodologiyasının yaradılmasının əsasında duran antropoloji aksiomatika dayanır.
Antropoloqlar, fərqli insan həyat tərzlərini bacardıqca öyrənmək istəyirlər. Tanımaq istədikləri bu insanlar, onlarla eyni cəmiyyətin üzvləri və ya fərqli bir qitə, şəhər, rayon ya da kəndlərdə yaşayırlar. Onların həyat tərzləri, beynəlxalq sərhədlər arasındakı müntəzəm hərəkətlər modelləri içində ola bilər ya daonlar öz sərhədlərində daimi modellərini qurmuş ola bilirlər. Arxeoloqlar min illərlə yer üzündə qalan izlərdən əski həyat tərzlərini yenidən qururlar; insan növləri mənşəyini yenidən qurmaya cəhd edən antropoloqlar, milyonlar il keçmişə aid olan fosil qalıqlarından istifadə edirlər. Vəziyyət nə olursa olsun, antropoloqlar bəzən onları şaşırdan adətlərlə qarşılaşa bilərlər. Lakin, onlar bu cür həyat tərzlərini daha yaxşı tanımaq üçün risk aldıqca, gedişatda tanışlığın xoş tövhələri ilə qarşılaşırlar. Bu şokedici bilinməyənin bilinənə döndüyü, eləcə də bilinənin bilinməyənə çevrilməsi, antropoloqların gözlədiyi və bu işin zövqverici tərəflərindən biridir. Antropologiya insan təbiətini, insan cəmiyyəti və insan keçmişini öyrənən bir sahə kimi tərif edilə bilər.
Antropologiya insan təbiətini, insan cəmiyyəti və insan keçmişini öyrənən bir sahə kimi tərif edilə bilər (Greenwood and Stini 1977). Bu akademik disiplinin məqsədi insan olmağın nə demək olduğunu mümkün olduğu qədər ən geniş anlamda izah etməkdir. Sadəcə antropoloqlar diqqətlərini insan və onun yaratdıqlarına fokuslaşdırmır. İnsan biyologiyası, ədəbiyyat, incəsənət, tarix, dilçilik, sosilogiya, siyasi elmlər, iqtisadiyyat – bütün bu akademik disiplinlər və bir çoxu – insan həyatının bir ya digər cəhətinə fokuslaşmışlar. Lakin antropoloqlar inanmışlar ki, insan həyatının daima iş, ailə, güc və anlamın kompleks modelləri ilə iç-içə keçdiyini qəbul etmədən, insanın fəaliyyətlərinin öyrənilməsinin açıqlaması səthi olacaqdır. Antropologiyanın, insan təkamülünün öyrənilməsinə verdiyi ən önəmli töhfələrdən biri, bioloji təkamülün mədəni təkamüllə eyni olmadığını göstərməsidir.
Antropoloqlar uzun müddətdir ki, insan inkişafı və ictimai həyatı formalaşdıran inanclar, davranışlar və maddi obyektlərdəki dəyişikliklərlə bağlı olan mədəni təkamüllə maraqlanırlar. Antropologiyada mədəni təkamüllə bağlı ilkin mübahisələr, bir silsilə universal mərhələlərin üzərində durur. Lakin bu yanaşma William Durham(1991) və Robert Boyd (məsələn, Richerson və Boyd 2006) kimi mədəni təkamüldən bəhs edən müasir antropoloqlar tərəfindən rədd edilmişdir. Mədəniyyət dəyişikliyi və bunun “mədəni təkamül” adının verilməsinin uyğun olub-olmaması ilə bağlı indiki zamanda qızğın mübasihələr olur, yalnız antropologiya sahəsində deyil, eyni zamanda Təkamül biologiyası və inkişaf psixologiyası kimi əlaqəli sahələrdə də elədir. Bu mübahisənin ortasında antropologiyanın, insan təkamülünün öyrənilməsinə verdiyi ən önəmli töhfələrdən biri, bioloji təkamülün mədəni təkamüllə eyni olmadığını göstərməsidir. Bu ikisinin arasında fərqi qoymaq, insanlarların düşündüyü və etdiyi hər şeyi bioloji cəhətdən- yəni “genlər”, “irq” və ya “cins” baxımından- açıqlamağın mümkünlüyünü iddia edən arqumentlərin yanlış və uyğunsuz olduğunu göstərmək üçün önəmlidir.