Səmərəlilik və məqsədəuyğunluq prinsipi: Bu prinsip rahatlıq, genişlik, hər bir komponentin funksional əhəmiyyəti və estetikliyidir. Əgər biz bu prinsiplərin həyata keçirilməsindən kənarda əşya-inkişafetdirici mühiti yaratsaq, onda bizim mühitimiz ölü və bahalı oyuncağa çevriləcək.
• Uşaq bağçasının binasında yaş dinamikasını əks etdirən müxtəlif kombinasiyalarda uşaqlar və böyüklərin müxtəlif fotoportretləri asılır;
• Albomlar və fotoşəkillər olan qovluqlar uşaq üçün əlçatan yerlərdə saxlanılır ki, uşaq istədiyi vaxtda onlara baxa bilsin;
• Bütün prinsiplər uşaqların yaş imkanlarına əsaslanmalıdır.
25. Təhsilləndirici mühitin qurulmasında müəllimin rolu. Ən yaxşı şəkildə təşkil edilmiş təhsil mühiti olsa belə, öz-özünə və böyüklərin fasilitasiyası (dəstək və yardım) olmadan uşaqların inkişafına təsir edə bilməz. Yalnız böyüklər məqsədli şəkildə və mövzuya uyğun təşkil edərək uşaqların hərəkətləri və münasibətlərində onun mahiyyətini ortaya qoyur. Məktəbəqədər təhsil müəssisəsinin hər bir tərbiyəçi-müəllimi (tərbiyəçi, musiqi rəhbəri, metodist və s.) də müəssisənin tədris-məkan mühitinin yaradılmasında iştirak edir. Qeyd etmək lazımdır ki, tərbiyəçi-müəllim bu zaman öz fərdiliyini nümayiş etdirir, öz təhsil məkanının imkanlarını nəzərə alır, eyni zamanda öz şəxsi layihəsini bütün məktəbəqədər müəssisənin təhsil mühitinin modeli ilə uyğunlaşdırır. İnkişafetdirici təlim mühiti uşaqların təfəkkür, sosial, emosional, fiziki və yaradıcı inkişafına böyük təsir göstərir. Tərbiyəçi-müəllimlər fiziki və psixoloji baxımdan təhlükəsiz və həvəsləndirici mühit yaradaraq uşaqların müstəqil və qrup layihələri, oyun, müxtəlif vasitələr və digər uşaqlar və böyüklərlə qarşılıqlı əlaqə vasitəsilə inkişafını dəstəkləyirlər.
Uşaqyönümlü mühitin yaradılması işində aşağıdakı prinsiplər nəzərə alınmalıdır:
• Uşaqların ətraf mühitdə olan əşyalar və onları əhatə edən insanlarla qarşılıqlı əlaqə qurmağına xidmət etməsi;
• Uşaqların inkişafı və öyrənməsini təmin etmək üçün onların maraq, ehtiyac və güclü tərəflərinin nəzərə alınması. Elementar tədqiqatların aparılması, yeniliklərin kəşf edilməsi və fikir mübadiləsinə şərait yaradan mühitin qurulması məsuliyyəti tərbiyəçi-müəllimlərin üzərinə düşür. Belə mühitdə tərbiyəçi-müəllimin rolu uşaqların özünüifadəsinin dəstəklənməsi, arzu olunan davranış və şəxsi keyfiyyətlərin formalaşdırılması, “niyə?” “nə üçün?” suallarının verilməsi ətrafdakılara qarşı hörmət və qayğının göstərilməsi və məsuliyyət hissinin təmin olunmasından ibarətdir. Uşaqyönümlü inkişafetdirici mühitdə tərbiyəçi-müəllim uşaqların irəli sürdükləri fikir və təşəbbüslərə hörmət və diqqətlə yanaşır, onları məşğələlərin planlaşdırılması və həyata keçirilməsi zamanı nəzərə alır. Təşəbbüskar uşaqlar dəstəklənir, bir qədər çəkinən və passiv olan uşaqlar isə təşəbbüs göstərməyə həvəsləndirilir. Bunun üçün tərbiyəçi-müəllim “Sən nə ilə məşğul olmaq istəyərdin?” “Sən nə fikirləşirsən?” “Çəkdiyin şəklin mənasını mənə izah et” və s. kimi sual və təkliflərlə uşaqları fəallaşdıra bilər. Uşaqlar yalnız eşitmək və deyilən kimi hərəkət etmək deyil, fikir yürütmək, faktlar axtarmaq, səbəb-nəticə əlaqələrini soruşmaq, izah etmək və cümlə qurmaq, sadə tədqiqatlar aparmaq, həmyaşıdları ilə ünsiyyət qurmaq, fəaliyyəti marağına görə seçmək və sərbəst davranmaq hüquqlarına malikdirlər.
Tərbiyəçi-müəllimin vəzifəsi, ilk növbədə, hər bir uşağın fərdi inkişafı üçün optimal şəraitin təmin edilməsi ilə bağlıdır.
II. Müəllim qrupda inkişafetdirici əşya-məkan mühitinin təşkilində nəyi bilməlidir? 1. Ətraf mühit, təhsil, inkişaf, tərbiyə, stimullaşdırıcı, mütəşəkkil və kommunikativ funksiyaları yerinə yetirməlidir. Amma ən əsası o, uşağın müstəqilliyi və özfəaliyyətini inkişaf etdirmək üçün işləməlidir; 2. Məkanın çevik və dəyişkən istifadəsi tələb olunur. Ətraf mühit uşağın ehtiyac və maraqlarına xidmət etməlidir; 3. Obyektlərin forması və dizaynı təhlükəsizliyə yönəldilməli və qrupun uşaqlarının yaşına uyğun olmalıdır; 4. Dekor elementləri asanlıqla dəyişdirilə bilən olmalıdır; 5. Hər bir qrupda uşaqların eksperimental fəaliyyəti üçün yer təşkil etmək lazımdır; 6. Qrup otağında əşya mühitini təşkil edərkən psixi inkişafın qanunauyğunluqları, onların sağlamlıq göstəriciləri, psixofizioloji və kommunikativ xüsusiyyətləri, ümumi və nitq inkişafının səviyyəsi, həmçinin emosional sahənin göstəriciləri nəzərə alınmalıdır; 7. Rəng palitrası isti və pastel tonlarla təqdim edilməlidir; 8. Qrup otağında inkişaf sahəsini yaratdıqda oyun fəaliyyətinin aparıcı rolunu nəzərə almaq lazımdır; 9. Qrup üçün əşya-məkan inkişafetdirici mühit uşaqların yaş xüsusiyyətləri, təhsil müddəti və proqramından asılı olaraq dəyişməlidir.
Dəstəkləyici mühitin uğurlu qurulması üçün:
• Yetərincə çeviklik;
• Çətinliklərdən qorxmamaq və müxtəlif yanaşmalardan istifadə etmək;
• Fərdi müxtəlifliyə hörmət;
• Kollektivlə əməkdaşlıq etmək, onları dinləmək və təkliflərini qəbul etməyə hazır olmaq;
• Özünü qrupda inamlı hiss etmək;
• Digər müəllimlərlə bir komandada işləməyə hazır olmaq.