Sual məktəbəqədər təhsildə təhsilləndirici mühit anlayışı


Uşaqyönümlü mühitin yaradılması işində nəzərə alınmalı əsas prinsiplər



Yüklə 129,61 Kb.
səhifə23/58
tarix24.12.2022
ölçüsü129,61 Kb.
#77729
növüTəhsil proqramı
1   ...   19   20   21   22   23   24   25   26   ...   58
MÜHITIN TƏŞKILI. IMTAHAN.

26. Uşaqyönümlü mühitin yaradılması işində nəzərə alınmalı əsas prinsiplər
Ən yaxşı şəkildə təşkil edilmiş təhsil mühiti olsa belə, öz-özünə və böyüklərin fasilitasiyası (dəstək və yardım) olmadan uşaqların inkişafına təsir edə bilməz. Yalnız böyüklər məqsədli şəkildə və mövzuya uyğun təşkil edərək uşaqların hərəkətləri və münasibətlərində onun mahiyyətini ortaya qoyur. Məktəbəqədər təhsil müəssisəsinin hər bir tərbiyəçi-müəllimi (tərbiyəçi, musiqi rəhbəri, metodist və s.) də müəssisənin tədris-məkan mühitinin yaradılmasında iştirak edir. Qeyd etmək lazımdır ki, tərbiyəçi-müəllim bu zaman öz fərdiliyini nümayiş etdirir, öz təhsil məkanının imkanlarını nəzərə alır, eyni zamanda öz şəxsi layihəsini bütün məktəbəqədər müəssisənin təhsil mühitinin modeli ilə uyğunlaşdırır. İnkişafetdirici təlim mühiti uşaqların təfəkkür, sosial, emosional, fiziki və yaradıcı inkişafına böyük təsir göstərir. Tərbiyəçi-müəllimlər fiziki və psixoloji baxımdan təhlükəsiz və həvəsləndirici mühit yaradaraq uşaqların müstəqil və qrup layihələri, oyun, müxtəlif vasitələr və digər uşaqlar və böyüklərlə qarşılıqlı əlaqə vasitəsilə inkişafını dəstəkləyirlər.
Uşaqyönümlü mühitin yaradılması işində aşağıdakı prinsiplər nəzərə alınmalıdır:
• Uşaqların ətraf mühitdə olan əşyalar və onları əhatə edən insanlarla qarşılıqlı əlaqə qurmağına xidmət etməsi;
• Uşaqların inkişafı və öyrənməsini təmin etmək üçün onların maraq, ehtiyac və güclü tərəflərinin nəzərə alınması. Elementar tədqiqatların aparılması, yeniliklərin kəşf edilməsi və fikir mübadiləsinə şərait yaradan mühitin qurulması məsuliyyəti tərbiyəçi-müəllimlərin üzərinə düşür. Belə mühitdə tərbiyəçi-müəllimin rolu uşaqların özünüifadəsinin dəstəklənməsi, arzu olunan davranış və şəxsi keyfiyyətlərin formalaşdırılması, “niyə?” “nə üçün?” suallarının verilməsi ətrafdakılara qarşı hörmət və qayğının göstərilməsi və məsuliyyət hissinin təmin olunmasından ibarətdir. Uşaqyönümlü inkişafetdirici mühitdə tərbiyəçi-müəllim uşaqların irəli sürdükləri fikir və təşəbbüslərə hörmət və diqqətlə yanaşır, onları məşğələlərin planlaşdırılması və həyata keçirilməsi zamanı nəzərə alır. Təşəbbüskar uşaqlar dəstəklənir, bir qədər çəkinən və passiv olan uşaqlar isə təşəbbüs göstərməyə həvəsləndirilir. Bunun üçün tərbiyəçi-müəllim “Sən nə ilə məşğul olmaq istəyərdin?” “Sən nə fikirləşirsən?” “Çəkdiyin şəklin mənasını mənə izah et” və s. kimi sual və təkliflərlə uşaqları fəallaşdıra bilər. Uşaqlar yalnız eşitmək və deyilən kimi hərəkət etmək deyil, fikir yürütmək, faktlar axtarmaq, səbəb-nəticə əlaqələrini soruşmaq, izah etmək və cümlə qurmaq, sadə tədqiqatlar aparmaq, həmyaşıdları ilə ünsiyyət qurmaq, fəaliyyəti marağına görə seçmək və sərbəst davranmaq hüquqlarına malikdirlər.
Tərbiyəçi-müəllimin vəzifəsi, ilk növbədə, hər bir uşağın fərdi inkişafı üçün optimal şəraitin təmin edilməsi ilə bağlıdır.

Yüklə 129,61 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin